Aldanmış ulduzlar (opera) — Vikipediya

Aldanmış ulduzlar
Bəstəkar
Dili Azərbaycan dili
Yaradılma tarixi 1976
İlk səhnələşdirmə 19 noyabr 1977

Aldanmış ulduzlar - bəstəkar Məmməd Quliyevin görkəmli dramaturq Mirzə Fətəli Axundovun "Aldanmış kəvakib" adlı povesti əsasında yazdığı opera. Libretto - Vidadi Paşayev.

Aldanmış ulduzlar - Proloq, epiloq və dörd məclisdən ibarət opera.

Bəstəkar Məmməd Quliyev, Libretto - Vidadi Paşayev, Quruluşçu rejissor - Əflatun Nemətzadə, Musiqi rəhbər və Dirijor - Rauf Abdullayev, Quruluşçu rəssam - Ə. Almaszadə, Xormeysterlər - N. Məlikov, G. Koryakin, Baletmeysterlər - R. Axundova, M. Məmmədov.

Əsər ilk dəfə 1977-ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində tamaşaya qoyulmuşdur.

M. F. Axundovun povestinin əsas – xalq və hökmdarlar problemini bəstəkar özündə dram teatrı, balet və pantomima cizqilərini birləşdirən sintetik opera formasında canlandırır. Əsərin janr diapozonunu genişləndirməyə çalışmaqla, müəlliflər operada qədim milli teatr formalarının, bayramlarda meydanlarda göstərilən “Qaravəlli” tamaşaları ənənələrini canlandırmağa cəhd göstərirlər. Bu “teatrda teatr” forması xalq komik nağıllarının, oxşamalarının və teatr tamaşalarının ən müxtəlif personajlarını operaya daxil etməyə imkan verir. Məsələn, bir – birini tamamlayan Keçəl və Kosa belələrindəndir.

Qəhrəmanlar və ifaçilar

[redaktə | mənbəni redaktə et]
  • Kosa - Ə. Haqverdiyev
  • Keçəl - K. Hüseynov
  • Axund - B. Mirzəyev, (C. Əkbərov)
  • Səlma - X. Qasımova
  • Yusif Sərrac - A. Məlikov
  • Şah - F. Mehdiyev
  • Cəmaləddin (münaccim) - A. Kərimov
  • Başbilən (vəzir) - Q. Əliyev
  • Bəhbəhani (saray şairi) - İ. Ələkbərov
  • Yumruqoğlu (sərkərdə) - Ş. Quliyev
  • Fiqaro (əcnəbi elçi) - K. Məmmədov
  • II Elçi - İ. Məmmədov
  • III Elçi - V. Tahirov
  • Cəllad, hərəmlər, rəqqasələr, saray əhli, keşikçilər, xalq nümayəndələri