Alma almaya bənzər — Vikipediya

Alma almaya bənzər
rus. Яблоко как яблоко
Janr komediya
musiqili
Rejissor Arif Babayev
Ssenari müəllifi Alla Axundova
Baş rollarda Hüseynağa Sadıqov
Fazil Salayev
Səfurə İbrahimova
Həsən Məmmədov
İnarə Quliyeva
Hacıbaba Bağırov
Operator Valeri Kərimov
Bəstəkar Ramiz Mirişli
Rəssam Firəngiz Qurbanova
İstehsalçı "Azərbaycanfilm" kinostudiyası
İlk baxış tarixi 29 dekabr 1975
Filmin digər adı Sehrli almalar
Filmin növü tammetrajlı bədii film
Müddət 81 dəq.
Ölkə SSRİ SSRİ
Dil azərbaycanca
İl 1975
Texniki məlumatlar 9 hissə
2602 metr
genişekranlı
Rəng rəngli
IMDb ID4270810

Alma almaya bənzər — rejissor Arif Babayev tərəfindən 1975-ci ildə ekranlaşdırılmış lirik kinokomediya filmi. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film insanları düzlüyə, bir-birinə hörmət etməyə çağırır, xoşbəxtliyin yalnız halal zəhmətdə olduğunu göstərir. Filmdə əsas rolları Hüseynağa Sadıqov, Fazil Salayev, Səfurə İbrahimova, Həsən Məmmədov, İnarə QuliyevaHacıbaba Bağırov ifa edirlər.

Lirik kinokomediyanın baş qəhrəmanı Nadir babadır (Hüseynağa Sadıqov). O, ömrü boyu bağbanlıq edib, bir-birindən gözəl almalar yetişdirir. Onun təhsili olmasa da biliklərə, elmə həmişə can atıb, tumsuz alma sortu yetişdirmək istəyib. Nəhayət o, buna gərgin əmək və təcrübələr sayəsində nail olur. Gözəl, sehrli almalar adamlara xoşbəxtlik gətirir. Məsələn, sürücü Qurban (Həsən Məmmədov) gənc kolxozçu qız Mədinəyə (Səfurə İbrahimova) vurulur, müəllimə (İnarə Quliyeva) dəcəl uşaqlarla dostlaşır, kobud poçtalyon mehriban, telefonçu (Suğra Bağırzadə) isə diqqətli olur, yeddi qız atası Haşımın (Əhməd Əhmədov) ailəsində nəhayət oğlan uşağı doğulur. Lakin almalar möcüzə yaratdığı kimi, sehrli meyvənin hesabına varlanmaq istəyənlər də meydana çıxır...[1]

Film insanları düzlüyə, bir-birinə hörmət etməyə çağırır, xoşbəxtliyin yalnız halal zəhmətdə olduğunu göstərir.[1]

Filmin üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Ssenari Müəllifi : Alla Axundova
Quruluşçu Rejissor : Arif Babayev
Quruluşçu Operator : Valeri Kərimov
Quruluşçu Rəssam : Firəngiz Qurbanova
Geyim Rəssamı : Arif Əbdürrəhmanov
Bəstəkar : Ramiz Mirişli
Səs Operatoru : Əziz Şeyxov
Rejissor : Əşrəf Mamayev
Montaj edən : A. Abramova
Qrim Rəssamı : N. Veselova
Rejissor Assistenti : Rauf Gözəlov, Ziya Şıxlinski, E. Muradova
Operator Assistenti : Rəsul Bayramov(R. Bayramov kimi)
Assistent : A. Şahbazov, İ. Kopanets
Quraşdırılmış Səhnələrin Rəssamı : Mirzə Rəfiyev
Quraşdırılmış Səhnələrin Operatoru : Ramiz Babayev
İşıq Ustası : V. Qorbaçov
Redaktor : İsi Məlikzadə
Filmin Direktoru : Əli Məmmədov (III)
Mahnıları İfa edən : Flora Kərimova, Mirzə Babayev, Anatollu Qəniyev
Filmin Direktorunun Müavini : Nadir Əliyev
Çalır : SSRİ Kinematoqrafiya Komitəsinin Simfonik Orkestri
Fotoqraf-rəssam: Pərviz Quliyev
Hüseynağa Sadıqov — Nadir
Fazil Salayev — Mehdi
Səfurə İbrahimova — Mədinə
Həsən Məmmədov — Qurban
İnarə Quliyeva — Aişə
Hacıbaba Bağırov — Məmmədəli
Firəngiz Abbasova — Güllü
Əhməd Əhmədov — Haşım
Cəmil Quliyev — Kərimov
Rauf Gözəlov — Həsən
Suğra Bağırzadə — telefonçu qız
Tələt Rəhmanov — milis işçisi
Nadir Əsgərov — Mürvət
Zemfira Sadıqova — Haşımın arvadı
Süsən Məcidova — Haşımın qayınanası
H.Şabanov
Arif Mədətov — Həsənin işçisi
Əminə Nağıyeva — tibb bacısı
Sergey Filippov — üç idarədə işləyən şəxs rolunda
Əsgər Məmmədoğlu - Xəstəxanada növbədə gözləyən ata
Ramiz Əzizbəyli - Satıcı
Yusif Yulduz - Satıcı
Ramiz Məmmədov (aktyor) - Satıcı
Filmi səsləndirənlər:
Səməndər Rzayev - Nadir (Hüseynağa Sadıqov (aktyor) ) (titrlərdə yoxdur)
Yaşar Nuri - Mehdi (Fazil Salayev) (titrlərdə yoxdur)
Əminə Yusifqızı - Mədinə (Səfurə İbrahimova) (titrlərdə yoxdur)
Amaliya Pənahova - Aişə (İnarə Quliyeva) (titrlərdə yoxdur)
Mirvari Novruzova - Güllü (Firəngiz Abbasova) (titrlərdə yoxdur)
Ağaxan Salmanlı - Aşot (Əhməd Əhmədov (aktyor)) (titrlərdə yoxdur)
Pərviz Abbasov - Kərimov (Cəmil Quliyev (rejissor)) (titrlərdə yoxdur)
Ramiz Əzizbəyli - Həsən (Rauf Gözəlov) (titrlərdə yoxdur)
Yusif Vəliyev - üç idarədə işləyən şəxs rolunda (Sergey Filippov)(titrlərdə yoxdur)
  1. 1 2 Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh.85.
  • Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 33.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 190.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]