Alternativ rok — Vikipediya

Alternativ rok
ing. alternative rock
İstiqamət Rok
Mənbəsi Yeni dalğa
Yarandığı dövr 1970-ci illərin sonu
Ölkə
Törəmə formalar Qranj
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Alernativ rok (ing. alternative rock) — musiqi janrı. 1970-ci illərin sonunda hard roka bir alternativ təqdim etmək məqsədilə ortaya çıxmışdır. Hər nə qədər hard roka bənzədilsə də akkord və ritmləri fərqlidir. Dinləyiciyə fərqli bir harmoniya anlayışı təqdim edir. Analiz edildiyində indiki vaxtda sərt tonlarla istifadə edilən alternativ rok, Hard Rok əsaslıdır. Proqressiv rok, İndi-rok, Grunge, Indie Pop, Brit Pop, kimi bir çox fərqli musiqi növünü içində saxlayır. İndiki vaxtda ən çox seçilən rok sahəsidir. "Alternativ rok" termini ən çox ABŞ'da işlədilir. RusiyaBöyük Britaniyada isə "alternativ musiqi" və "alternativ" terminləri işlədilir.

Nirvana

ABŞ-də 1980-ci illərin əvvəllərində kolleclər vaxtı bir neçə radiostansiyada ilk dəfə alternativ rok səsləndirilməyə başladı. Böyük Britaniyada alternativ rok Riçard Skinner, Enni Naytinqeyl və Con Pil kimi didceylərin sayəsində populyarlaşdırılırdı, hansılar ki, BBC radiosunda alternativ musiqini dəstəkləyirdilər. 1980-ci illərin ortalarında alternativ rok ABŞ'da məşhur oldu və kolleclərin bir çox radiostansiyalarına yayıldı. Bu Amerikada "kolleck rok" termininin istifadəsinə gətirib çıxardı. Böyük Britaniyada alternativ rok (orada "indi-rok" termini istifadə edilirdi) əhəmiyyətli müvəffəqiyyətə nail oldu: çox alternativ qruplar tez-tez hit-paradların yuxarı pillələrində yer alırdı (ancaq ən radikal musiqi formaları kölgədə qalmağa davam edirdi). 1986-cı ildə ABŞ'da MTV alternativ musiqi haqqında "120 dəqiqə" gecə proqramını göstərməyə başladı. Nəhayət, 1980-ci illərin sonlarında Şimali Amerikada WFNX (Boston, Massaçusets) və KROQ (Los-Anceles, Kaliforniya) kimi belə ticarət stansiyaları alternativ roku səsləndirməyə başladı. 1980-ci illərin ortalarında ən məşhur amerikan alternativ qrupları R.E.M., Sonic Youth, The Replacements və Hüsker Dü; və ingilis New Order, The Smiths, The Cure idi. 1980-ci illərin alternativ qrupları böyük müvəffəqiyyət əldə etmədilər, amma musiqi qruplarının növbəti nəsilinə böyük təsir göstərdilər, onların məşhurluğu üçün əsaslı təməli qoydular.

Bu qruplar alternativi həmin onillik üçün rok-musiqinin ən populyar forması edərək 1990-ci illərdə meynstrimə daxil oldular. Bu artistlərdən çoxu alternativin ilk növbədə malik olduğu DİY-etikasına zidd olduğuna görə öz məşhurluğundan imtina etdilər. Bu tərzin əksər əsas qruplarının dağılmasından sonra alternativ rok öz populyarlığını itirdi.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]