Alyaska yupikcəsi — Vikipediya

Alyaska yupikcəsi
Ölkə Amerika Birləşmiş Ştatları (Alyaska)
Danışanların ümumi sayı
  • 16.900 nəf.
Təsnifatı
Eskimos-aleut dilləri
Inuit–Yupik[vd]
Yupik dilləri[vd]
Alyaska yupikcəsi
Yazı latın əlifbası
Dil kodları
ISO 639-1
ISO 639-2
ISO 639-3 esu
Dilin strukturlarının dünya atlası yun, ych, ypk
Atlas of the World’s Languages in Danger 690, 691
Ethnologue esu
Linguasphere 60-ABA-c
ELCat 845
IETF esu
Glottolog cent2127

Alyaska yupikcəsi və ya qısaca Yupikcə (öz dilində olan adı: Yugtun ; İngilis dilində Yupʼik və ya Central Alaskan Yupʼik) – Amerika Birləşmiş Ştatlarının qərb və cənub-qərbi Alyaska ştatında Alyaska yupikləri tərəfindən danışılan Eskimos-Aleut dil ailəsinin Yupik dilləri qrupundan bir Eskimos dili.

Yupikcənin de facto yazı dili olan forması Yukon və Kuskokwim çayları ətrafında danışılan dialektdir. Yupiklər 23.000 olan nüfuslarıyla Alyaskanın ən sıxlıq yerli xalqıdır. Lakin, ancaq 14.000 dən bir az çoxu[1] ana dilindən danışa bilir. Yenə də bu rəqəm Yupikcəyi Alyaskada ən çox danışanı olan yerli dil edər.

1900-cü illərdə ana dili Yupikcə olan Uyaquk adlı biri tərəfindən icad edilən heca yazısıyla (Alyaska yazısı və ya Yugtun yazısı) da nümunələri olsa da, rus dövründə kiril əlifbası istifadə edilmişdir. 1960-cı illərdə, Irene Reed və başqaları tərəfindən Alyaska Yerli Dil Merkezində (ANLC) tətbiq olunan Latın mənşəli əlifba, 1970-ci illərdə müvəffəqiyyətə çatan bir proqramın nəticəsidir. Bu gün Yukon və Kuskokwim dialektlərində (Yupʼik) daha çox olmaq üzrə, Hooper Bay ilə Chevak bölgəsinin dialekti (Cupʼik) və Nunivak adasının dialekti (Cupʼig) üzərinə də qısa qısa hekayələr halında dərs kitabları çıxır.[2] Alyaska Yerli Dil Mərkəzi ilə koordinasiyalı şəkildə 17 qəsəbədə Yupikcə təhsil və tədrisi aparılır

¹yeri qəti deyil

Dialekt və qəbilələri

[redaktə | mənbəni redaktə et]

Eskimos qəbilə adları "-miut" ('xalq') əki ilə törədilər.

  • Unaliq-Pastuliq yupikləri və yupikcəsi (İngiliscə Norton Sound Yup’ik)
    • Unaliq yupikləri və yupikcəsi (öz dilində olan adı: Unalirmiut; İngiliscə Unaliq subdialect). Qəbilələri: Atnegmiut, Kuuyuŋmiut, Eŋlutaleġmiut, Caxtulegmiut, Uŋallaqłiŋmiut, Tacirmiut.
    • Pastuliq yupikləri və yupikcəsi (öz dilində olan adı: Pastulirmiut; İngiliscə Kotlik subdialect)
  • Yukon-Kuskokwim yupikləri və yupikcəsi (öz dilində olan adı: Yugtun və ya Yugcetun [dil], Yupiaq [tək], Yupiik [iki], Yupiit [cəm]; İngilizce General Central Yup’ik). Qəbilələri: Qerauranermiut, Kuigularmiut, Qip’ngayarmiut, Qaluyaarmiut, Marayaarmiut, Chnagmiut, Kuigpagmiut, Akulmiut, Caninermiut, Kusquqvagmiut (Unegkumiut, Kiatagmiut).
  • Egegik yupikləri və yupikcəsi (öz dilində olan adı: Aglurmiut; İngilizce Egegik Yup’ik, Bristol Bay Yup’ik)
  • ÇupiklərÇupikcə (öz dilində olan adı: Cugtun və ya Cugcestun [dil], Cup’ik [tək], Cupiik [iki], Cupiit [cəm]; İngilizce Cup’ik, Hooper Bay-Chevak Cup’ik). Yupik əlifbasında c hərfi ç (ch) səsinə bərabərdir.
    • Hooper Bay Çupikçesi (öz dilində olan adı: Askinarmiut; İngilizce Hooper Bay subdialect)
    • Chevak Çupikçesi (öz dilində olan adı: Qissunamiut; İngilizce Chevak subdialect)
  • Nunivak çupikcəsi (öz dilində olan adı: Cugtun [dil], Cup’ig [tək], Cupiik [iki], Cupiit [cəm], Nuniwarmiut; İngilizce Cup’ig, Nunivak Cup’ig or Cup’ik). Nunivak adasında Nunivak çupikləri tərəfindən danışılır

Daha çox söz əsasında lokal danışmalardan qaynaqlanan dialekt və şiveler arası fərqlər, qarşılıqlı anlaşmaya mane olmaz.

Yukon (Kuigpak) Kuskokwim (Kusquqvak) anlamı
elicar- elitnaur- öyrənmək
elicaraq elitnauraq şagird
elicari- elitnauri öyrətmək
elicarista elitnaurista müəllim
aiggaq unan əl
ikusek cingun dirsək
ayuqe- kenir- qaynadaraq bişirmək
cella ella hava, kainat
naniq kenurraq lampa, işıq
uigtua- naspaa- sınamaq

Alyaskada 19801992-ci illərdə, Eskimo-Aleut dillərində dannışa bilən əhali [3]

Ayaska etnik sayı anadilində danışa bilənlərin sayı % danışa bilənlərin orta yaş həddi
1980 . . . .
Sibir Yupikləri 1.100 1.050 95 Orta nəslin çoxu və uşaqların hamısı
Yupikler 17.000 14.000 80 Orta nəslin çoxu və uşaqların bir qismi
İnyupikler 12.000 5.000 40 Orta nəslin çoxu və uşaqların bir qismi
Supikler 3.000 1.000 33 Orta nəslin çoxu və uşaqların bir qismi
Aleutlar 2.200 700 35 Orta nəslin çoxu və uşaqların bir qismi
1992 . . . .
Sibir Yupikləri 1.100 1.050 95 Orta nəslin hamısı və uşaqların böyük bir qismi
Yupiklər 18.000 12.000 67 Orta nəslin hamısı və uşaqların kiçik bir qismi
İnyupiklər 13.000 4.000 31 Orta nəslin çoxu və uşaqların bir qismi
Supiklər 3.100 600 19 Orta nəslin çoxu və uşaqların bir qismi
Aleutlar 2.100 400 19 Orta nəslin çoxu və uşaqların bir qismi

Müasir Yupik əlifbasında 18 hərf vardır. Bunların 14 dənəsi (c, g, k, l, m, n, p, q, r, s, t, v, w, y) ünsüz olub, 4 kısa (a, e, i, u) və 3 uzun (aa, ii, uu) ünlü tapılar. Bundan başqa, 6 dənə də (ai, au, ia, iu, ua, ui) diftong vardır.

Cüt ünsüz apostrafla göstərilir: Yupʼik (ok: Yuppik)

  • Sözlərdə üç say vardır: tək, iki, cəm
tək iki cəm mənası
yuk yuuk yuut insan
qayaq qayak qayat kayak
arnaq arnak arnat qadın
Kass’aq Kass’ak Kass’at Qərbli; Amerikan; İngiliscə danışan
kaviaq kaviak kaviat tülkü
qaltaq qaltak qaltat kova
amiq amiik amiit dəri
mikelnguq mikelnguuk mikelnguut uşaq
nuna nunak nunat kuru; şəhər
agun angutek angutet kano
  • Sözlər yalın halda çoğu zaman adlıq hal şəkilçisi qəbul edir: daha çok -q və ya -k
  • Sözlər (və ya cümlələr) 4 hissədən ibarət olur: kök (İng. stem), yapım şəkilçisi (İng. postbase), çəkim şəkilçisi (İng. ending), bağlaç (İng. enclitic)
  • Tamlama (isim və ya sifət) bulunmaz
  • Azərbaycan dilində yiyəlik forma (genitive + possessive) ilə ifadə edilən (mis: adamın evi) ifadəsi vardır, Yupikcədə yiyəlik forma olmadığı üçün ona yaxın olan digər bir formadan (relative + absolutive) istifadə edilir.

kuigem paanga : çayın ağzı
qayam paanga : kayağın ağzı
nunam iqua : tundranın sonu
asverem enra : morjun sümüyü
anipam quliraa : bayquş hekayəsi

Hər ikisi də sayı ilə uyğundur:

angun : adam
angutem qimugtii : adamın iti
angutem qimugtai . adamın itləri
angutet qimugtiit : adamların iti
angutet qimugtait : adamların itləri
angutek qimugtegkek : iki adamın iki iti

Say (= rəqəm) adlarında da say (= qrammatika sayı) uyğunlaşması vardır:

yuinaq : iyirmi
yuinaak malruk : qırx (harfiyen: 'iki iyirmi')
yuinaat pingayun : altmış (harfiyen: 'üç iyirmi')

Feillər də say ilə uyğundur:

yurar- : Eskimos üsulu rəqs etmək
arnaq yurartuq : tək qadın rəqs edir
arnak yurartuk : iki qadın rəqs edir
arnat yurartut : qadınlar (ən az üç qadın) rəqs edir

Nümunə cümlələr

[redaktə | mənbəni redaktə et]
  • Yupiugua : Mən Yupiyim
  • Yupiugukut : Biz Yupiyiz
  • Yup'ik-aamek elitnaurtua : Yupikcə öyrənirəm
  • Yup'ik Yugtun qanyuitua : Yupikcə bilmirəm
  • Kass'atun qanyiutua : İngiliscə bilmirəm
  • Kituuga atren?  : Adın(ız) nə ?
  • Winga atqa ... : Adım ...
  • Quyana qalarullua : Beni dinlədiyiniz üçün təşəkkür edirəm
  • Kuingiryaqunak : Siqaret içilməz
  • Kenkamken : Səni sevirəm
  • Piurci : Hoşçakal(ın)
Yukon-Kuskokwim
yupikcəsi
[4][5][6]
Hooper Bay-Chevak
çupikcəsi
[7]
Nunivak
çupikcəsi
[8]
mənası
atauciq atauciq ataucir 1
malruk malruk malzrug 2
pingayun pingayun pingayun 3
cetaman citaman cetaman 4
talliman talliman talliman 5
arvinglegen / arvinelgen arvinelgen arwinleg 6
malrunlegen / malrunelgen malrunelgen malzrunleg 7
pingayunlegen / pingayunelgen pingayunelgen pingayunleg 8
qulngunritaraan qulngunritaraq qulngunrita’ar 9
qula / qulen qula qula 10
qula atauciq qula atauciq qula-ataucir 11
qula malruk qula malruk qula-malzrug 12
qula pingayun qula pingayun qula-pingayun 13
akimiarunrita’ar akimiarunritaraq akimiarunrita’ar 14
akimiaq akimiaq akimiar 15
akimiaq atauciq akimiaq atauciq akimiar ataucir 16
akimiaq malruk akimiaq malruk akimiar malzrug 17
akimiaq pingayun akimiaq pingayun akimiar pingayun 18
yuinaunrita’ar cuinaunritaraq cuinaunrita’ar 19
yuinaq cuinaq cuinar 20
yuinaq qula / yuinaq qulen cuinaq qula cuinar-qula 30
yuinaak malruk / malruk ipiaq (Yukon) malruk ipiaq malzrug-ipiar 40
yuinaak malruk qula malruk ipiaq qula . 50
yuinaat pingayun / pingayun ipiaq pingayun ipiaq pingayun ipiar 60
yuinaat pingayun qula pingayun ipiaq qula . 70
yuinaat cetaman citaman ipiaq cetaman-ipiar 80
yuinaat cetaman qula citaman ipiaq qula talliman ipiar qula 90
yuinaat talliman talliman ipiaq talliman ipiar 100
tiissitsaaq tiititsaaq / tiissitsaaq tiisiss'ar 1.000
qulen tiissitsaat . . 10.000
yuinaat talliman tiissitsaaq . . 100.000
miilicaaq . . 1.000.000
tiissitsaaq miilicaaq . . 1.000.000.000

Rus dilindən keçmiş bəzi sözlər

[redaktə | mənbəni redaktə et]

Rus Amerikası dövründə (1733 – 1867) RuslarlaRuscayla qarşılaşan Yupiklərin dillərində Rusca alıntılar indiki vaxtda da canlılığını davam etdirər:

  • cainik (<rus.чайник) 'çaydan'
  • cukunak /cukunaq (<rus.чугунок) 'tökmə dəmirdən qab'
  • kaminiaq (<rus.камин) 'soba'
  • kelipaq (<rus.хлеб) 'çörək'
  • kuskaq (<rus.кошка) 'pişik'
  • luuskaaq (<rus.ложка) 'qaşıq'
  • mass'laq (<rus.масло) 'kərəyağı'
  • missuuk (<rus.мешок) 'bag; çuval'
  • mulut'uuk (<rus.молоток) 'çəkic'
  • nuussiq (<rus.нож) 'bıçaq'
  • paltuuk /pal'tuuk (<rus.пальто) 'palto'
  • puckaq (<rus.бочка) 'lülə'
  • pucunaq (<rus.бочонок) 'lülə'
  • putuskaq (<rus.подушка) 'yastıq'
  • saarralaq /caarralaq (<rus.сахар) 'şəkər'
  • saayuq /caayuq (<rus.чай) 'çay'
  • sap'akiq /cap'akiq (<rus.сапоги) 'bot, poti'
  • saskaq /caskaq (<rus.чашка) 'fincan'
  • Slaaviq 'Rus Pravoslav Xristian'
  • spiickaaq (<rus.спичка) 'kibrit'
  • sulunaq /culunaq (<rus.солонина?) 'duzlu balıq'
  • tiissicsaaq (<rus.тысяча) 'min'
  • yaassiik: (<rus.ящик) 'qutu'

Alyaskayı ruslardan satın alan amerikalıların dilindən də Yupikcəyə keçmiş bəzi sözlər:[9]

  • ingek : 'mürəkkəb' (< ing. ink)
  • anainessaaq : 'soğan' (< ing. onions)
  • patitussaaq : 'kartof' (< ing. potatoes)
  • snuukuuq : 'qar maşını' (< ing. snow-go)

Vikipediya versiyası

[redaktə | mənbəni redaktə et]
  1. Alyaska yupik dilindeki Incubator versiyası : Ikirun
  1. "Yupiugukut". 2019-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-07.
  2. "Alaska Native Language Archive, Central Alaskan Yup'ik Collection Container List". 2011-06-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-08-07.
  3. Panu Hallamaa (1997), Unangam Tunuu and Sugtestun: A Struggle for Continued Life Arxivləşdirilib 2012-11-14 at the Wayback Machine,
  4. "Jerry Lipka, Culturally Negotiated Schooling: Toward a Yup'ik Mathematics". 2011-07-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-08-07.
  5. "How to count in Yup'ik". 2010-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-07.
  6. Yup’ik Eskimo Grammar, Irene Reed and all.(1977)
  7. "On the Facebook: Rower Paangelria, Cup'ik Word Of The Day – Chevak". 2010-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-07.
  8. "Nuniwarmiut Piciryarata Tamaryalkuti, Nunivak Island Cup'ig Language Preliminary Dictionary". 2012-08-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-08-07.
  9. Steven A. Jacobson (1984), Central Yup'ik and the Schools, A handbook for teachers Arxivləşdirilib 2014-12-04 at the Wayback Machine, Alaska Native Language Center

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]