Amerika İncəsənət və Elmlər Akademiyası — Vikipediya
Amerika İncəsənət və Elmlər Akademiyası AAAS | |
---|---|
American Academy of Arts and Sciences | |
Növü | 501(c)(3) təşkilatı[d][1] |
Yaranma tarixi | 4 may 1780 |
Mərkəzi | |
Qurucusu | |
amacad.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Amerika İncəsənət və Elmlər Akademiyası ABŞ-dakı ən qədim elmi təşkilatlardan biridir. 1780-ci illərdə əsası qoyulan Akademiya üstünlüyü və idarəçiliyi şərəfləndirməyə, disiplinlər və bölümlər arasında işləməyə və ictimai faydanı artırmağa həsr edilib.
Akademiyaya üzvlük tam formada olan ərizə, baxılma və seçki prosesi yolu ilə əldə edilir və Amerika inqilabı ərzində qurulduğu vaxtdan üzvlük Con Adams, Con Henkok, Ceyms Boudin[4] və yeni millətin, onun hökumətinin və ABŞ Konstitusiyasının qurulmasında əməyi olan müasirlərinin digərləri tərəfindən elmi və ictimai olaraq yüksək şərəf[5] adı kimi qəbul olunur.[6]
Bu gün Akademiyaya ikili funksiya tapşırılıb: hər nəsildən olan elm, təqaüd, iş, ictimai işlər və incəsənət sahələrindən olan ən yaxşı ağılları və ən nüfuzlu liderləri seçmək və cəmiyyətin ehtiyacını qarşılayacaq siyasət tədqiqatları aparmaq. Akademiyanın əsas layihələri indi ali təhsil və tədqiqat, humanitar və mədəni tədqiqatlar, elmi və texnoloji inkişaflar, siyasət, əhali və ətraf mühit və uşaqların rifahına yönəldilmişdir. Akademiyanın rüblük jurnalı olan Dædalus dünyanın aparıcı intellektual jurnallarından biri olaraq qəbul edilir.[7]
Akademiya mürəkkəb sosial, siyasi və intellektual mövzularda çoxsaylı təhlillər aparmaq üçün elm adamlarını, alimləri, sənət adamlarını, siyasətçiləri, iş adamlarını və digər mütəxəssisləri bir araya gətirərək tərəfsiz siyasət tədqiqatları aparır. Akademiyanın cari iş sahələrinə İncəsənət və Humanitar elmlər, Demokratiya və Ədalət, Təhsil, Enerji və Ətraf Mühit, Qlobal İşlər və Elm və Texnologiya daxildir.[8]
Devid Okstobi təşkilatın prezidenti vəzifəsinə 2019-cu ilin yanvar ayında başladı. Kimyaçı 2003-cü ildən 2017-ci ilə qədər Pomona Kollecinin prezidenti vəzifəsini icra etmişdi. O, 2012-ci ildə Amerika Akademiyasının üzvü seçilmişdir.
Təşkilatın mərkəzi Kembric (Massaçusets) -dir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ https://www.charitynavigator.org/ein/042103651.
- ↑ https://www.amacad.org/location.
- ↑ Google Maps. 2005.
- ↑ Kershaw, G. E. (2014). American Academy of arts and sciences. In M. Spencer (Ed.), The Bloomsbury encyclopedia of the American Enlightenment. London, UK: Bloomsbury.
- ↑ "Academy Bylaws – American Academy of Arts & Sciences". 2017-06-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-06-06.
- ↑ "Yale Faculty Named to American Academy of Arts and Sciences". Yale University. 2004-05-04. 2016-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-23.
- ↑ "About the Academy". American Academy of Arts and Sciences. 2012-09-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-09-11.
- ↑ "Our Work". American Academy of Arts & Sciences. 2022-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-23.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- amacad.org — Rəsmi saytı