Amsterdam müqaviləsi — Vikipediya

Amsterdam müqaviləsi
İmzalanma tarixi 2 oktyabr 1997
İmzalanma yeri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Amsterdam müqaviləsi — 1997-ci il 2 oktyabr tarixində Avropa Parlamentinin sədri Xose Mariya Gil-Roblesin iştirakı ilə Niderland Krallığının Amsterdam şəhərində imzalanıb. Müqavilə 1999-cu ildə bütün üzv dövlətlər tərəfindən ratifikasiya olunaraq qüvvəyə minib.

1999-cu ilin may ayında qüvvəyə minməsi ilə Avropa İttifaqının qərar qəbulu proseduru sadələşdirilmiş və əhatə dairəsi genişləndirilmişdir. Amsterdam müqaviləsi Maastrix müqaviləsinin maddələrini şərh etməklə yanaşı, müqavilədəki əsaslı dəyişikliklər həm də Aİ-ni gələcək genişlənmə prosesinə hazırlamaq məqsədi daşıyırdı.

Müqavilədən qazanclı çıxan əsas Avropa İttifaqı orqanı Parlament oldu. Belə ki, artıq Avropa Parlamenti Avropa Komissiyasının prezidentinin təyin etmək hüququ var idi. Maastrix müqaviləsi ilə yaradılmış "3 sütün sistemi"nin (eng: three pillars system) 3-cü sütunundakı bir çox məsələlərə düzəlişlər edilmişdi. Həmçinin Avropa İttifaqı vətəndaşlığı da əsas müzakirə mövzularından biri idi.

Amsterdam müqaviləsinin gətirdiyi əsas yenilik isə Ümumi Xarici və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndə[1] (eng: High Representative for CFSP) vəzifəsinin yaradılması oldu. İlk Ali Nümayəndə Xovier Solama idi.

Aİ hökumətləri 5 il ərzində aşağıdakı tədbirləri görməlidir:[2]

  • Avropa İttifaqına daxil olmayan vətəndaşların hüquqlarını qoruyarkən cinayətin qarşısını almaq və mübarizə aparmaq;
  • məhkəmə və inzibati əməkdaşlığı gücləndirmək;
  • Aİ-nin xarici sərhədlərində yoxlamalar üçün standartlar və prosedurlar;
  • vizaların verilməsi qaydalarını müəyyən etmək;
  • sığınacaq müraciətlərinə baxılması üçün meyarları və mexanizmləri müəyyən etmək.

Müqavilə Avropa İttifaqı qarşısında aşağıdakı öhdəlikləri qoyurdu:[3]

  • İqtisadi və sosial tərəqqiyə, yüksək məşğulluq səviyyəsinə və balanslaşdırılmış və davamlı inkişafa kömək etmək;
  • Beynəlxalq səhnədə Aİ-nin kimliyini təsdiq etmək;
  • Aİ vətəndaşlarının hüquq və maraqlarını gücləndirmək;
  • Aİ-ni azadlıq, təhlükəsizlik və ədalət sahəsi kimi saxlamaq və inkişaf etdirmək;
  • Aİ hüququ korpusunu qorumaq və inkişaf etdirmək.
  1. "ÜXTS üzrə Ali Nümayəndə". https://www.eeas.europa.eu/ (ingilis). 2022-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-13.
  2. "Aİ üzv dövlətlərin öhdəlikləri". https://eur-lex.europa.eu/ (ingilis). 2022-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-13.
  3. "Aİ-nin öhdəlikləri". https://eur-lex.europa.eu/ (ingilis). 2022-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-13.