Antilop — Vikipediya

Antilop
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Antiloplar (Antilopinae) — Boşbuynuzlular fəsiləsindən yarımfəsilə.

Antilop boşbuynuzlular fəsiləsinin nümayəndələri içərisindəki 100-ə qədər otyeyən heyvan növünə verilən addır. Filogenetik qohumluğu əks etdirən əlamətlər əsasında düzəldilən müasir təsnifat sisteminə görə cırtdan antiloplar harna, oribi, divarböyürlər, dağ antilopları, beyralar, impalalar, oraqbuynuzlar, zürafəyəbənzər antiloplar, dzerenlər və sprinqboklar adlı cinslər antiloplar yarımfəsiləsində birləşdirilir. Əsl antilop cinsinin (Antilope) Hindistanda yaşayan harna adlı bir növü var. Antiloplar adlanan heyvanlar (kannalar, köpgəröküzlər, su keçiləri, qnular və b.) müstəqil tribalara, yaxud yarımfəsilələrə ayrılırlar. Əvvəllər antiloplara məməlilərin yığma qrupu kimi baxılırdı. Keçilər, qoyunlaröküzlərdən başqa boşbuynuzlular fəsiləsinin tamamilə fərqli cinsləri (xarici görünüşünə və filogenetik əlaqələrinə görə) hər necə gəldi müxtəlif sistemlərə daxil edilmişdi. Sayının həddən çox artmasına görə antiloplar AfrikaAsiya ekosistemlərinin mühüm halqalarından biridir. Afrikada onlar hər növün müəyyən bitki yarusundan (ayrıca ekoloji taxçanı tutur) istifadə etdiyi çoxnövlü qruplar əmələ gətirirlər. Antilop qrupları savanna landşaftlarının formalaşmasının mühüm amilidir. Zərif quruluşlu olan antiloplar AsiyaAvropanın bir çox yerində yaşayırlar. Əsasən Antilop növlərinin çoxu Afrikada, yalnız səkkiz növü Asiyada yaşamaqdadır. Şimal Amerikaya xas olan Amerika antilopu (Antilocapra americana) isə adına baxmayaraq antiloplarla eyni familiyadan belə deyil. Antiloplar budaqlanmadan uzanan buynuzlarını tökmədikləri halda, Amerika antilopunun budaqlanaraq uzanan buynuzlarını ildə 1 dəfə tökürlər. Antilopların azlığı otlaqları ot basmasına, çoxluğu isə bitki örtüyünün deqradasiyası və səhralaşmasına səbəb olur. Müxtəlif yırtıcı heyvanların müşayiət etdiyi bəzi antiloplar çox böyük sürülər şəklində yığılaraq mövsümi miqrasiyalar edirlər. Əksəriyyəti mühüm ov obyektidir. Bir çox növlərinin sayı azalmışdır, BTMİ-nin “Qırmızı kitab”ına daxil edilmişdir. Azərbaycanda iki növü (ceyran, köpgər) yaşayır.[1]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 546. ISBN 978-9952-441-02-4.