Arapayma — Vikipediya

Arapayma
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Arapayma
Beynəlxalq elmi adı

Arapayma (Arapaima gigas) – arovanalar fəsiləsindən aravanokimilər dəstəsinin şirin su balığı. Uzunluğu 4,6 m-ədək, çəkisi 200 kq-adək olur. Bədənin ön hissəsi zeytunu-yaşıl, quyruğu tünd-qırmızıdır. Bel və anus üzgəclərinin quyruq üzgəcinə yaxın yerləşməsi, pulcuqlarının iri və bərk olması kimi qədim balıqlara xas əlamətlər saxlanmışdır.Üzmə qovuğu sıxdamarlı və göz-göz olur. Aprel–may aylarında düzəltdikləri yuvalarında kürüləyir. Tez böyüyür. Arapaymalar Amazon çayı hövzəsindəki ot basmış, oksigeni az olan sularda yaşadığı üçün hər 10–15 dəq-dən bir suyun səthinə qalxırlar. Yırtıcıdır. Əvvəllər ov əhəmiyyətli idi, indi isə mühafizə obyektidir. Yerli əhali pulcuqlarından kəmər və bəzək əşyaları düzəldir. Yetişdirmək üçün perspektivlidir. Dünyanın bir çox ölkələrində iri akvariumlarda saxlanılır.[2]

  1. Integrated Taxonomic Information System (ing.). 2004.
  2. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 591. ISBN 978-9952-441-02-4.