Arif Ələkbərov — Vikipediya

Arif Ələkbərov
Arif Ələkbər oğlu Ələkbərov
Doğum tarixi (59 yaş)
Doğum yeri Aşağı Göyçəli, Ağstafa rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Elm sahəsi iqtisadiyyat
Elmi dərəcəsi iqtisad elmləri doktoru
Elmi adı professor

Arif Ələkbər oğlu Ələkbərov — iqtisad elmləri doktoru, professor, 2011-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Sosial-iqtisadi və texnika elmləri şöbəsinin müdiri.

10 iyun 1965-ci ildə Azərbaycan Respublikasının Ağstafa rayonunun Aşağı Göyçəli kəndində anadan olmuşdur. 1982-ci ildə Ulu Öndər Heydər Əliyevin uzaqgörən təhsil siyasətinin nəticəsində Ümumittifaq göndərişi ilə Minsk şəhərində Belarusiya Kənd Təsərrüfatının Mexanikləşdirilməsi İnstitutunun (indiki Belarus Aqrotexniki Universiteti) 1-ci kursuna qəbul olmuşdur.1987-ci ildə Belarusiya Kənd Təsərrüfatının Mexanikləşdirilməsi İnstitutunda”Kənd təsərrüfatında istehsalat proseslərinin avtomatlaşdırılması” ixtisası üzrə (fərqlənmə diplomu) 1-ci ali təhsil (oxuduğu illərdə Lenin adlı təqaüdə layiq görülmüşdür),1999-cu ildə Belarus Hüquqşünaslıq İnstitunda ”Hüquqşünas” ixtisası üzrə 2- ci ali təhsil,2006-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetində “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə 3-cü təhsil almışdır.

1992-ci ildə texniki elmlər namizədi,2010 –cu ildə iqtisad elmləri doktoru alimlik dərəcəsinə və 2015-ci ildə professor elmi adına layiq görülmüşdür.

1995-99- cu illərdə Minsk şəhərində Belarus –Azərbaycan cəmiyyətinin sədr müavini, Belarus Nazirlər Kabineti nəzdindəki Milli azlıqlar komitəsinin üzvü olmuşdur. 2001-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin ”Kommersiya” fakultəsinin dekanı, 2005-08 ci illərdə “İnformatika və idarəetmə” fakultəsinin dekan vəzifələrində çalışmışdır.

2011-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Sosial-iqtisadi və texnika elmləri şöbəsinin müdiridir.Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) "Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı" kafedrasının professorudur.

70-dən çox elmi və metodik əsərlərin, o cümlədən 1 Avrasiya patentinin, 2 dərs vəsaitinin, 2 monoqrafiyanın müəllifidir. Dünya azərbaycanlılarının 1- ci qurultayının və YAP 2- ci qurultayının nümayəndəsi seçilmişdir.

Ailəlidir, iki övladı var.