Arif Məmmədov (diplomat) — Vikipediya

Arif Məmmədov
İslam Əməkdaşlıq Təşkilatının Avropa Birliyindəki Səfiri
2013 – 2015
bayraq
Azərbaycan Respublikasının Avropa Şurası yanındakı Nümayəndəliyinin Başçısı
bayraq2
2007 – 2012
bayraq
Azərbaycan Respublikasının Belçika Krallığındakı Fövqaladə və Səlahiyyətli Səfiri
bayraq2
2004 – 2006
bayraq
Azərbaycan Respublikasının Lüksemburq Hersoqluğundakı Fövqaladə və Səlahiyyətli Səfiri
bayraq2
2004 – 2006
bayraq
Azərbaycan Respublikasının Avropa Birliyi yanındakı Daimi Nümayəndəliyinin Başçısı
bayraq2
2000 – 2007
Şəxsi məlumatlar
Doğum tarixi 22 sentyabr 1964(1964-09-22) (59 yaş)
Doğum yeri
Təhsili
  • SSRİ Müdafiə Nazirliyinin Hərbi İnstitutu[d]
Fəaliyyəti diplomat
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Arif Zahid oğlu Məmmədov (22 sentyabr 1964, Kirovabad) — Azərbaycan Respublikasnın dövlət xadimi, diplomat, Fövqaladə və Səlahiyyətli Səfir.

Arif Məmmədov 1964-cü il sentyabrın 22-də anadan olub. 1983–1988-ci illərdə Moskva Hərbi Xarici Dillər İnstitutunda təhsil alıb. 2000-ci ilin may ayından 2006-cı ilin noyabr ayınadək Brüsseldə Azərbaycanın Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri işləyib. 2007-ci ilin yanvarından 2012-ci ilin sentyabrınadək Strasburqda Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi olub.[1] 2013-cü ilin iyun ayından etibarən Brüsseldə yerləşən İslam Əməkdaşlıq Təşkilatının Avropa Birliyi yanında nümayəndəliyinin rəhbəri kimi çalışıb.[2][3] Vəzifədən kənarlaşdırıldıqdan sonra Belçika Krallığından siyasi sığınacaq alıb.

  • 1983–1988-ci illərdə Moskva Hərbi İnstitutunda (VKİMO) təhsil alıb
  • 1993 ildə Niderlandda yerləşən Klinqendael Beynəlxalq Əlaqələr İnstitutunda diplomatik təcrübə və təhsil alıb
  • 1994 ildə Böyük Britaniyada Xarici İçlər Nazirliyinin təşkil etdiyi xüsusi kurslarda təlim keçib

İnqilis, Fransız, Rus, Həbəş, İspan dillərində sərbəst danışır.

2008–2012-ci illərdə Avropa Verqeland mərkəzinin direktorlar şurasının üzvü olub.[4] Osloda əsaslanan bu təşkilat mədəniyyətlərarası bilik, insan hüquqları və demokratik vətəndaşlıq mərkəzi kimi fəaliyyət göstərir.

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

2016-cı ilin sentyabr ayının 11-də Strasburq şəhərində Azərbaycandan olan mühacirlərin bir qrupu AND (Azərbaycan Naminə Demokratiya) adlı ictimai-siyasi təşkilat yaratdıqlarını elan etdilər.

AND kimi bir təşkilatın yaradılması ilə bağlı müzakirələr isə 2016-cı ilin əvvəllərindən başlayaraq gedirdi. Bu təşəbbüs keçmiş səfir, 2015-ci ilin yayında Azərbaycandakı despotik rejimin davranışlarına etiraz olaraq, siyasi mülahizələrə görə vəzifəsindən istefa verən Arif Məmmədova və "Azadlıq" qəzetinin və Turan TV-nin baş redaktoru olan, Fransada mühacirətdə yaşayan Qənimət Zahidə məxsusdur. Bir neçə ay ərzində AND-ın rəsmən quruculuğu, quruluş sənədləri, hüquqi statusu və digər məsələlərlə bağlı müzakirələr getdikdən sonra 2016-cı ilin sentyabr ayında təşkilatın təsis konfransı keçirilib və AND təşkilatı rəsmən elan edilib.[5]

Keçmiş diplomat Arif Məmmədov 2019-cu ilin mayın 22-də Azərbaycan Naminə Demokratiya (AND) hərəkatının həmsədr vəzifəsindən və hərəkatdan istefa verib.[6]

Arif Məmmədov idman və musiqi ilə maraqlanır.

  1. "Arif Mammadov - Ambassador to Council of Europe". 14 December 2006. 21 October 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 September 2014.
  2. "Azerbaijani Ambassador appointed as OIC Permanent Observer to the EU". 24 June 2013. 5 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 September 2014.
  3. "Organisation of Islamic Cooperation (OIC)". 05 November 2013. 21 October 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 September 2014.
  4. "Former Board Members". 26 August 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 September 2014.
  5. "AND haqqında". 2020-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-10.
  6. "Arif Məmmədov Azərbaycan Naminə Demokratiya hərəkatından istefa verib". 2020-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-10.