Arif Xasayev — Vikipediya
Arif Xasayev | |
---|---|
Xasayev Arif Murtuzəli oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Qıraq Kəsəmən, Qazax rayonu, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | (71 yaşında) |
Elmi dərəcəsi | texnika elmləri doktoru |
Təhsili |
Arif Murtuzəli oğlu Xasayev (27 avqust 1934, Qazax rayonu – 13 may 2006) — texnika elmləri doktoru, professor. ADNA-nın kafedra müdiri (1978–1996), "Qaradağneft" NQÇİ ÜNİPR-in rəisi, "Neft və qazın hasilatı" elmi-tədqiqat şöbəsinin rəhbəri.
Həyatı
[redaktə | mənbəni redaktə et]Xasayev Arif Murtuzəli oğlu Azərbaycanın Qazax rayonunun Qıraq Kəsəmənli kəndində anadan olmuşdur. 1956-cı ildə "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə AzSi-nun neft-mədən fakültəsini bitirdikdən sonra, 1966-cı ilə qədər respublikanın neft mədənlərində, "Qaradağneft" NQÇİ ÜNİPR-in operatorundan rəisinə qədər müxtəlif vəzifələrdə işləmişdir. 1963-cü ildə "İstismar quyularında suların təcridi məsələləri" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1966–1986-cı illərdə onun elmi fəaliyyəti AzETNÇİ və AzNKİ ilə bağlı olub və burada o "Layların eyni vaxtda ayrı-ayrılıqda istismarı", "Neft hasilatının yeni üsulları", "Laylara fiziki-kimyəvi təsir üsulları" laboratoriyalarına və "Neft və qazın hasilatı" elmi-tədqiqat şöbəsinə rəhbərlik etmişdir. 1974-cü ildə "Neft hasilatında qeyri-nyuton sistemlərinin tətbiqinin xassələrinin və xüsusiyyətlərinin tədqiqi" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
Elmi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Xasayev A.M. neft və qaz yataqlarının işlənilməsi sahəsində tanınmış alimdir.
Elmi tədqiqatların sahəsi: neft yataqlarının işlənilməsi və istismarının müxtəlif problemlərinin həlli.
Xasayev A.M. 200-dən artıq elmi məqalənin, bir sıra monoqrafiyanın, dərsliklərin, tədris-metodik vəsaitlərin müəllifidir. İxtiralara görə 60-dan artıq müəlliflik şəhadətnaməsi alıb. 30 elmlər namizədi hazırlayıb.