Arkadi Qukasyan — Vikipediya
Arkadi Qukasyan | |
---|---|
erm. Արկադի Ղուկասյան | |
8 sentyabr 1997 – 7 sentyabr 2007 | |
Əvvəlki | Robert Köçəryan |
Sonrakı | Bako Saakyan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 22 iyun 1957 (67 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Dini | Erməni Həvari kilsəsi |
Hərbi xidmət | |
Mənsubiyyəti | Dağlıq Qarabağ Respublikası |
| |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Arkadi Qukasyan (erm. Արկադի Ղուկասյան; 22 iyun 1957, Stepanakert) — Qondarma Dağlıq Qarabağ Respublikasının ikinci prezidenti. 8 sentyabr 1997-ci ildə prezident seçilib və 2002-ci ildə yenidən seçilib, onun prezidentlik müddəti 7 sentyabr 2007-ci il tarixində başa çatdı.
Həyatı
[redaktə | mənbəni redaktə et]Arkadi Qukasyan 1957-ci ildə Xankəndi şəhərində anadan olmuşdur. 1979-cu ildə İrəvan Dövlət Universitetinin dilçilik fakültəsini bitirmişdir. İşçi karyerasına 1981-ci ildə baş redaktor müavini vəzifəsinə başladığı, "Sovet Dağlıq Qarabağ" qəzetinin müxbiri kimi başlayıb.
1991-ci ildə Qukasyan Dağlıq Qarabağ Respublikasının ilk parlamentinə seçildi. 1992-ci ilin sentyabr ayında Dövlət Müdafiə Komitəsinin sədri təyin olundu və ATƏT-in Azərbaycanla görüşləri zamanı Dağlıq Qarabağın nümayəndə heyətlərinə rəhbərlik etdi.
1993-cü ildən Dağlıq Qarabağın Təhlükəsizlik Şurasına üzv olmuşdur. 1993-cü il iyulun 23-də Dağlıq Qarabağ Respublikasının ilk xarici işlər naziri olmuşdur.
2000-ci ildə sui-qəsd cəhdindən sağ çıxdı. Yaxın vaxtlarda müdafiə naziri vəzifəsini yerinə yetirən Samvel Babayana hücum təşkil etməkdə günahlandırıldı və 14 il həbs cəzasına məhkum edildi.[1]
2023-cü il oktyabrın 3-də o, DQR-in digər keçmiş rəhbərləri ilə birlikdə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılaraq Bakıya aparılıb.[2].
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "BBC NEWS | Europe | Country profiles | Regions and territories: Nagorno-Karabakh". 2018-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-01.
- ↑ "Азербайджан задержал спикера парламента и экс-руководителей Нагорного Карабаха". ТАСС (rus). 2023-10-03. 2023-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-03.