Arta Dade — Vikipediya
Arta Dade | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Tirana, Albaniya |
Vətəndaşlığı | Albaniya |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, universitet müəllimi[d], tərcüməçi |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Arta Dade (alb. Arta Dade; 15 mart 1953, Tirana) — Albaniya pedaqoqu və siyasətçisi. Dade Albaniyanın Sosializm partiyasının üzvüdür.[1] Dade mədəniyyət (1997 — 1998) naziri, xarici işlər naziri (2001 — 2002) vəzifələrində çalışmışdır.
Bioqrafiyası
[redaktə | mənbəni redaktə et]Arta Dade 15 mart 1953-cü ildə Tiranada anadan olmuşdur. Məktəbi bitirdikdən sonra 1972-ci ildən 1975-ci ilə qədər Tirana Universitetində xarici dillər fakultəsinin ingilis dili bölməsində təhsil almışdır. Universiteti bitirdikdən sonra Dade Tiranada yerləşən Asim Vokshi adına orta məktəbdə ingilis dili müəllimi kimi işləmişdir. 1985-ci ildə o, Tirana Universitetində fəaliyyətə başlamış, 1997-ci ilə qədər xarici dillər fakultəsinin ingilis dili bölməsində dərs deyimişdir.[2] 1992-ci ildə Dade Böyük Britaniyada aspirantura təhsilini bitirmişdir.
1991-ci ildə Albaniya Sosializm partiyasına üzv seçilmişdir. Bir il sonra partiya şurasına seçilmişdir. 1997-ci il hadisələri zamanı bu partiyada mühüm rol oynamışdır.[3] 1998-ci ildə beynəlxalq münasibətlər (bir neçə dəfə bu vəzifəyə yenidən seçilmişdir) üzrə Sosializm partiyasının katibi olmuşdur.
1997-də ilk dəfə Xalq məclisinin (Fieri ərazisi üzrə namizəd olmuşdur) üzvü mandatını almışdır. 2001 və 2005-ci ildə Xalq məclisinə yenidən seçilmişdir. Beləliklə Dade 2009-cu ilə qədər parlamentdə qalmışdır.
1997–1998-ci ildə mədəniyyət, gənclər və idman naziri vəzifəsində çalışmışdır. 2001–2002-ci ildə — xarici işlər naziri və baş nazir müavini vəzifələrində çalışmışdır. O, həmçinin Avropa Şurası Parlament Assambleyasında Albaniyanın nümayəndə heyətinin sədr müavini idi.
2013-cü ildən — xarici siyasət üzrə Albaniya komitəsinin sədridir.[4][5] 2016-cı ildən — ATƏT-in Parlament Assambleyasında Moldova qrupunun sədridir.[6]
Siyasi və ictimai-iqtisadi mövzular üzrə bir sıra məqalələrin müəllifidir.[2]
Evlidir, iki uşağı var.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "PACE Member File". Assembly.coe.int. 2017-02-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-18.
- ↑ 1 2 Arta Dade Arxivləşdirilib 2017-04-06 at the Wayback Machine // Partisë Socialiste të Shqipërisë
- ↑ "Historical Dictionary of Albania". 2017-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-05.
- ↑ "Albanian Parlament - Chairwoman of Foreign Policy Committee, Mrs. Arta Dade receives the Minister for Dialogue of the Republic of Kosovo, Mrs. Edita Tahiri and the delegation accompanying her". Parlament.al. 2016-11-14. 2020-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-18.
- ↑ "Arxivlənmiş surət". 2016-04-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-04-05.
- ↑ "Эмиссар ОБСЕ — в парламенте". 2017-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-05.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Alan Day: A political and economic dictionary of Eastern Europe. Routledge: 2002, s. 163. ISBN 9781857430639.
- Robert Elsie: Historical Dictionary of Albania. Scarecrow Press: 2010, s. 96-97. ISBN 9780810861886.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Профиль на сайте СПА Arxivləşdirilib 2017-04-06 at the Wayback Machine