Ağarmış yovşan — Vikipediya
Ağarmış yovşan | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Ağarmış yovşan | ||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Ağarmış yovşan (lat. Artemisia incana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Arealı
[redaktə | mənbəni redaktə et]İranda, Türkiyədə, Qafqazda geniş yayılmışdır.
Botaniki təsviri
[redaktə | mənbəni redaktə et]Yarpaq ayası enli, dəyirmi, lələkvari və ya üçər parçalanmış, uc paycıqları neştərvari və ya xətvari neştərşəkilli, sivrivari və ya bəzən dəyirmivaridir. Səbəti çox böyük olmayıb, sıx dəstəvari, qalxanda əyilmiş, zoğların ucunda qalxanvari, süpürgəvari hamaş çiçək qrupu əmələ gətirir. Tacın ucları tükcüklüdür. Avqust ayında çiçəkləyir, sentyabr ayında meyvələri yetişir.
Ekologiyası
[redaktə | mənbəni redaktə et]Rütubətə davamlı, işıqsevən, bəzən kölgəli ərazilərdə də bitir. Torpağa tələbkar deyildir.
Azərbaycanda yayılması
[redaktə | mənbəni redaktə et]Kiçik Qafqazda yayılmışdır.
İstifadəsi
[redaktə | mənbəni redaktə et]Tərkibində efir yağı vardır,qida sənayesində və kosmetologiyada geniş istifadə olunur.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ The Plant List (ing.). 2010.