Arzu Şuşanova — Vikipediya
Arzu Şuşanova | |
---|---|
Arzu Zahid qızı Şuşanova | |
Doğum tarixi | |
Vətəndaşlığı | |
Fəaliyyəti | Aktrisa |
Həyatı
[redaktə | mənbəni redaktə et]38 saylı şəhər orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olaraq təhsilini davam etdirmişdir. Tələbəlik dövründə Ə.Haqverdiyevin "Yeyərsən qaz ətini, görərsən ləzzətini" əsərində Güllü, C.Cabbarlının "Solğun çiçəklər"ində Sara, A.Çexovun "Təklif" pyesi əsasında hazırlanmış tamaşada Natalya Ştepanovna, N.B.Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük" komediyasında isə Yetər rolları üzərində çalışmış və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanan obrazlar yaratmağa nail olmuşdur.
Arzu Şuşanova 2000-ci ildən Bakı Bələdiyyə Teatrındadır. C.Cabbarlının "Dönüş"ündə – Gülər, C.Məmmədquluzadənin "Ölülər"ində- Nazlı, M.F.Axundovun "Müsyo Jordan və Dərviş məstəli şah" əsərində- Gülçöhrə obrazları deməyə imkan verir ki, onun teatr aləmində böyük gələcəyi vardır. A.Babayevin "Oğul"unda – Nurəngiz, N.Hikmətin "Damokl qılıncı"nda – Benzin satanın qızı, R.İçərişəhərlinin "Vətənə igidlər gərəkdir" tamaşasında – Əsmər, İ.Kərimovun "Xəyanətin Müsibəti"ndə – Fatimə, H.Cavidin "İblis"ində – Mələk, Ə.Pəhləvanın "İnsan və İblis"ində- Şükriyyə, A.Qurbaninin "Türk sancağı" tamaşasında – I aparıcı, Sofoklun "Elektra" faciəsində – Carçı qız , V.B.Molyerin "Fırıldaqçı" komediyasında – Qiasinta, Ə.Əliyevin "Cırtdan, Məlikməmməd və üç gözəl" tamaşa nağılda- Cırtdan rollarında məharətlə çıxış edir. Arzu Şuşanova öz istedadlı çıxışları ilə teatr ictimaiyyətinin müsbət rəylərini, tamaşaçı məhəbbətini qazana bilmişdir.