Asif Əsgərov — Vikipediya

Asif Əsgərov
Vəzifədədir
23 sentyabr 2024-cü ildən
Seçki dairəsiVII çağırış — 112 saylı Zaqatala
bayraq
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
2 sentyabr 2015 – 23 sentyabr 2024
ƏvvəlkiNəsib Məhəməliyev
bayraq
Səbail Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
25 iyun 2009 – 2 sentyabr 2015
ƏvvəlkiSahib Ələkbərov
SonrakıEldar Əzizov
bayraq
Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
15 fevral 2006 – 25 iyun 2009
ƏvvəlkiVaqif Rəhimov
SonrakıMübariz Əhmədzadə
Şəxsi məlumatlar
Doğum tarixi 1966
Doğum yeri
Partiya
Təhsili

Asif Yunis oğlu Əsgərov (1966, Naxçıvan) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Milli Məclisinin VII çağırış deputatı (2024-cü ildən), Nəsimi Rayon İcra Hakimiyyətinin (2015–2024), Səbail Rayon İcra Hakimiyyətinin (2009–2015) və Zaqatala Rayon İcra Hakimiyyətinin (2006–2009) sabiq başçısı,

Əsgərov Asif 1966-cı ildə Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. 1989-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 2001-ci ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirmişdir.

1989-cu ildən əmək fəaliyyətinə başlamış, Respublika ÜOEUGİM-də təlimatçı-metodist-məşqçi, 1991-ci ildən həmin məktəbin direktoru işləmişdir. 1994-cü ildən "ATTİLA" idman klubunun sədri, cüdo üzrə Azərbaycan yığma komandasının rəisi olmuş, Azərbaycan Cüdo Federasiyasının I vitse-prezidentidir.

1996-cı ildən Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyində idarə rəisi, Baş idarə rəisi, 2000–2006-cı illərdə Gənclər, İdman və Turizm Nazirinin müavini, 2006 2009-cu illərdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı, 2009–2015-ci illərdə isə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2015-ci il tarixli Sərəncamı ilə isə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.

2024-cü il sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində qələbə qazanaraq Milli Məclisin deputatı seçilib. Azərbaycan Respublikası Prezidentinin 23 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub.[1][2]

Elmi-pedaqoji fəaliyyətini davam etdirir. Elmlər namizədi, idman ustası, Azərbaycan Respublikasının Əməkdar Məşqçisi, respublika dərəcəli hakimdir.

Ailəlidir, 2 övladı var.

  1. "A.Y.Əsgərovun Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2024-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-23.
  2. "Nəsimi rayonunun icra başçısı vəzifəsindən azad edilib – SƏRƏNCAM". Report İnformasiya Agentliyi (az.). 2024-09-23. İstifadə tarixi: 2024-09-23.