Astanlı (Neftçala) — Vikipediya

Astanlı
39°26′ şm. e. 49°04′ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Neftçala rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi 965 (2009) nəfər
Xəritəni göstər/gizlə
Astanlı xəritədə
Astanlı
Astanlı

AstanlıAzərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 965 nəfərdir (2009).[mənbə göstərin]

Neftçala rayonunun Aşağı Qaramanlı inzibati ərazi vahidində kənd. Kür çayının sahilində, düzənlikdədir. Mənbələrin verdiyi məlumata görə, kənd keçmışdə Xançobanlı, Əli Sultanlı da adlanmışdır. Əli Sultan xancobam tayfasına mənsub aslanlı tirəsinin başçısının adıdır. Tədqiqatçılar bu oykonimləri dialekt variantında rəsmiləşdirilmiş (astanlı) aslanlı etnonimi ilə əlaqələndirirlər. Astan sözünu toponimistlər cox vaxt Şəxs adı hesab edirlər. Əslində bu oykonimlərdəki astan komponenti Azərbaycan xalq dilində "çay yatağında sualtı Hündürlüyüdur yer, sualtı donqar" mənasında işlənir. Çay kənarında yerləşən hər iki obyektin coğrafi movqeyi sözün mənasına uyğundur. As sözünun də bir cox türk dillərində "çay, böyük çay, böyük çay qolu" mənalarında işlənməsi məlumdur.[1]

Kənddə "Sahibəz-Zaman" məscidi dini icması fəaliyyət göstərir.[2]

  1. "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
  2. MÜSƏLMAN DİNİ İCMALAR — 2015-ci ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2022-06-26 at the Wayback Machine. scwra.gov.az  (az.)