Atəşkəs dövlətləri — Vikipediya
Atəşkəs dövlətləri | |||
---|---|---|---|
| |||
Rəsmi dilləri | |||
İdarəetmə forması | mütləq monarxiya, federasiya | ||
Vikianbarda əlaqəli mediafayllar |
Atəşkəs dövlətləri (ərəb. الإمارات المتصالحة), həmçinin Atəşkəs sahili (ərəb. الساحل المتصالح), Atəşkəs şeyxlikləri (ərəb. المشيخة المتصالحة), Atəşkəs Ərəbistanı və ya Atəşkəs Omanı — XIX–XX əsrlərdə müasir Birləşmiş Ərəb Əmirliklərinin ərazisində mövcud olmuş, Birləşmiş Krallığı protektoratı çərçivəsində İran körfəzinin cənub sahillərində şeyxliklər birliyi.
İran körfəzi uğrunda mübarizə
[redaktə | mənbəni redaktə et]Hindistanda Britaniya müstəmləkə mövqeyi gücləndikcə, ingilislərin Hindistandan Avropaya, xüsusən də İran körfəzindən keçən ən qısa su yolları üzərində hökmranlığını təsdiqləmək marağı artmışdır. Napoleonun Misirə ekspedisiyası Britaniya Ost-Hind şirkətinin Ərəbistan regionundakı səylərini gücləndirmiş və Britaniya ilə Maskat sultanı arasında müqavilələrin imzalanmasına gətirib çıxarmışdır.
Ost-Hind şirkətinin donanması və Maskat donanması 1804–1819-cu illərdə Quldur sahilinin şeyxləri ilə müvəqqəti müqavilələr bağlayaraq dəniz quldurlarına qarşı mübarizə bəhanəsi ilə Dəriyyə əmirliyinə qarşı dəniz müharibəsi aparmışdır. Buna baxmayaraq, vəhabi Dəriyyə əmirliyi quruda dominant qüvvə olaraq qalmışdır. 1811–1818-ci illərdə vəhhabi dövləti misirlilər tərəfindən darmadağın edilmişdi. Odur ki, bu, ingilisləri qane etməmişdi, çünki Misir qoşunlarına komandanlıq edən İbrahim paşa onlarla müqavilələr imzalamaq istəmirdi.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- История Востока. В 6 тт. Т. IV. Восток в новое время (конец XVIII — начало XX вв.). Кн. 1 и 2. — М.: Восточная литература РАН, 2004—2005. — ISBN 5-02-018387-3