Atlı xalqlar — Vikipediya
Atlı xalqlar — yaşamının böyük hissəsini atüstü keçirən köçəri ya yarım-köçəri xalqlar. Onlar atı əhliləşdirmiş, döyüş arabası, atlı qoşun, atlı oxatan, yüyən, dəhnə, üzəngi, şalvar geyimini, atüstü yarışma oyunları yaratmışlar.
Etnik kimlikləri
[redaktə | mənbəni redaktə et]Atlı xalqların əzici çoxu türk idi. Onlar at əti yeyirdilər və qımız (at südü) içirdilər. Yaxşı dəmirçi, metallurq və zərgər idilər. Atüstü idman növləri vardı: çovqan (atüstü polo), sür-papaq (atüstü basketbol) [1], er eniş (atüstü gürəş) [2], papaq oyunu [3] və b. Karuselin yaranması da atlı xalqlarla bağlıdır: ilk dəfə karusel atları döyüş üçün məşq etmək üçün yaradılmışdı, sonralar insanlar tərəfindən yelləncək kimi işlədilmişdir. Qeyri-türk xalqlarında köçərilik görülsə də (məsələn, qaraçılar, bədəvi ərəblər), uşaqlı, qadınlı, kişili elliklə kütləvi şəkildə atlı həyat tərzi sürmək, at əti yemək, at südü içmək təsvir olunmamışdır.
Döyüş tərzləri
[redaktə | mənbəni redaktə et]- Skiflər — əfsanəvi atlı oxatanlar, "kentavrlar".
- Sarmatlar — başdan ayağa zirehli döyüşçülər, atları da zirehli idi. Hücum silahları parflarınkını, kuşanlarınkını xatırladırdı.
- Parflar — skiflər kimi pulcuqlu zireh geyirdilər.
- Hunlar — rəqiblərə yaxınlaşmamaq və geri çəkilmə taktikasını yürüdürdülər, uzaqdan vururdular, at üzəngisini ilk dəfə onlar işlədiblər.
- Alanlar
- Avarlar
- Bulqarlar
- Kazaklar — nizəylə vuruşurdular, at qaçan zaman yəhərə otura bilirdilər.
- Komançi hinduları — Amerika aborigenləri içində ən yaxşı at miniciləri idilər.
Xronoloji bölgü
[redaktə | mənbəni redaktə et]- Antik Çağ
- Kimmerlər | İssedonlar | Vusun | Parflar | Parni | Saka | Massagetlər | Skiflər | Sarmatlar | Sığınlar | Yueçji | Eftalitlər
- Xalqların Böyük köçü Çağı
- Orta Çağ
- İndiki Çağ
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Энциклопедия конника - Сюр-папах". 2018-12-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-05-25.
- ↑ "Всемирные игры кочевников: эр-эниш". 2021-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-21.
- ↑ "Энциклопедия конника - Папах-оюну (отними папаху)". 2021-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-25.