Atopik ekzema — Vikipediya

Atopik ekzema
  • lat. Atopic eczema
Dəridə qaşıntılı qızartı
Dəridə qaşıntılı qızartı
XBT-10 Şablon:ICD10 L 20.9
XBT-10-KM L20.81, L20.9, L20
XBT-9 691
OMIM 603165
DiseasesDB 4113
MedlinePlus 000853
MeSH D003876
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Atopik ekzema və ya atopik dermatit xəstəliyi — dərinin qaşıntılı qızartılı xroniki allergik mənşəli patologiyasıdır. Qaşıntılı qızartılar bədənin istənilən yerində yarana bilər. Lakin, əsasən yanaqlarda, bükənəklərdə, əl və ayaqda yaranır. Gecələr qaşıntı kəskinləşir. Atopik ekzema xəstəliyi erkən uşaqlıq vaxtlarından başlayır. [1] [2]

Atopik ekzema xəstəliyinin yaranması genetik səbələrə bağlıdır. Adətən valideynlərdin birində atopik vəziyyət olur. Yəni, valideynlərdən birində allergik rinit, konyuktivit, astma və ya atopik ekzemanın özü olur. Dərinin barier funskiyasında məsul olan fillagrin və bənzəri proteinlərin genetik pozunutusu əsasə səbəblərdən biridir. Bu səbəbdən dəridə qaşıntı və qızartılar yaranır. Xəstəliyi kəskinləşdirən digər səbəblər isə ekzogen allergenlərdir. Başda ev tozu, çiçək tozu, ev gənələri və s.

Klinik əlamətlər

[redaktə | mənbəni redaktə et]

Atopik ekzema xəstəliyinin əlamətləri dəridə qaşınma və qızarıqlıqdır. Dəridə qaşıntılı qızartılar əsasən bükənəklərdə, əllərdə, ayaqda, yanaqda, göz qapaqlarında yaranır. Bəzən qızartılar axınıtlı və ağrılı ola bilər. Gecə dərinin qaşınması əsasə görlən əlamətlərdən biridir. Qaşınmaya bağlı dəridə likenifikasiya dediyimiz dəri qalınlaşması da görülə bilər. [3] [4]

Atopik ekzemanın diaqnozu klinik əlamətlərə və xəstə anamnezinə görə qoyulur. Lakin bu xəstəlik digər dəri xəstəlikləri ilə qarışa bilər və pasientlərə yanlış diaqnozlar qoyula bilər. Diaqnozu dəqiqləşdirmək üçün əlavə laborator, patoloji analizlərə ehtiyac duyula bilər. Dəri biopsiyası ilə diaqnozu təsdiqləmək mümkündür. [5]

Müalicəsi və profilaktikası

[redaktə | mənbəni redaktə et]

Atopik ekzemanın müalicəsi dermatologiya uzmanı tərəfindən aparılsa da valideynlər də profilaktikada yaxından iştirak etməlidirlər. Atopik dermatitin müalicəsi üçün dəri həkimi adətən yerli və daxilə kortikosteroidlər, immunupressiv terapiyalar, topikal D vitamini analoqlarını, antibiotiklər, topikal immunomodulyatorlar, emollientlər, antihistaminiklər təyin edir. Müalicələr individualdır. Xəstənin yaşı, cinsi, ağırlığı və s. müalicə taktikasını təyin edir. Günəş şüası dəridə qaşıntı və qızartını azaldır. Ona görə atopik dermatit xəstələrinə günəşli sezonlarda mütəmadi qaydada günəş vannalarının qəbulu da məsləhət edilir. [6]

  1. "Atopik ekzema xəstəliyi müalicə olurmu ?". 2021-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-21.
  2. "Atopik dermatit xəstəliyini dermatoloq müalicə edirmi ?". 2021-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-21.
  3. "Atopik ekzema xəstəliyi müalicə olurmu ?". 2021-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-21.
  4. "Atopik dermatit xəstəliyini dermatoloq müalicə edirmi ?". 2021-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-21.
  5. "Dəri biopsiyası nədir və nə üçün alınır?". 2022-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-21.
  6. "Atopik ekzema xəstəliyi müalicə olurmu ?". 2021-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-21.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]