Avqust gələndə (film, 1984) — Vikipediya

Avqust gələndə
Janr dram
uşaq
Rejissor Gülbəniz Əzimzadə
Ssenari müəllifi Asim Cəlilov
Baş rollarda Natiq Abdullayev
Şahmar Ələkbərov
Valeri Rıjakov
Dadaş Kazımov
Şükufə Yusupova
Ayan Mirqasımova
Operator Valeri Kərimov
Bəstəkar Aqşin Əlizadə
Rəssam Rafiz İsmayılov
İstehsalçı "Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi 28 yanvar, 1984
Filmin digər adları Bax, avqust gələcək
Filmin növü tammetrajlı bədii film
Müddət 63 dəq.
Ölkə Azərbaycan Azərbaycan SSR
Dil azərbaycanca (dublyaj)
İl 1984
Texniki məlumatlar 7 hissə
1870 metr
Rəng rəngli

Avqust gələndə filmi rejissor Gülbəniz Əzimzadə tərəfindən 1984-cü ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə 15 yaşlı Arifin və onun dostlarının yeniyetmə xarakterlərinin formalaşmasından, şüurlarının özünütəsdiqindən danışılır. Filmdə əsas rolları Natiq Abdullayev, Şahmar Ələkbərov, Valeri Rıjakov, Dadaş Kazımov, Şükufə YusupovaAyan Mirqasımova ifa edirlər.

Film yeniyetmələr üçün nəzərdə tutulmuşdur, lakin hər bir uşaq filmi yaşlı tamaşaçıya da ünvanlanır. Burada 15 yaşlı Arifin (Natiq Abdullayev) və onun dostlarının yeniyetmə xarakterlərinin formalaşmasından, şüurlarının özünütəsdiqindən danışılır.[1]

Arifin atası Nadir (Hamlet Xanızadə) gəmidə kapitan işləyib və günlərin birində vəzifəsini yerinə yetirərkən həlak olub. Anası (Şükufə Yusupova) həkimdir. O, iki oğlunu təkbaşına böyüdür. Arifin dayısı Cümşüd (Şahmar Ələkbərov) əczaçıdır, aptekdə işləyir və bacısının övladlarının qayğısına qalır.[2]

Arif xilasedicilər dərnəyində məşqlərə gedir, amma sudan qorxur. Buna görə də məşqçi (Rafiq Əliyev) onu dərnəkdən qovur. Arif bununla barışa bilmir. O, hər kəsə üsyan edir, müəlliminə, anasına, onların qayğısını çəkən, evlərində sözü keçən, maddi ehtiyaclarını ödəyən dayısına. Arif qərara gəlir ki, özü pul qazansın, müstəqil olsun, atası kimi gəmidə işləsin. Anası buna etiraz eləsə də, Arif fikrindən dönmür.[2]

Əhvalatda eyni zamanda sevgi xətti də işlənilib. Arif qonşu qız Nailəyə (Ayan Mirqasımova) vurulur. Nailə xalasının yanında dincəlir, o, bağdan gülləri yığaraq, adamların gur olduğu yerlərdə satır, amma ucuz qiymətə. Bununla da vağzalda gül satan alverçilərə maneçilik törədir. Gülsatan arvadlar Nailəni döymək istəyəndə Arif onu müdafiəyə qalxır. Bu, onların arasında sevgi münasibətinin yaranmasına gətirib çıxarır.[2]

Filmin üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]

Ssenari müəllifi: Asim Cəlilov
Rejissor: Gülbəniz Əzimzadə
Operator: Valeri Kərimov
Rəssam: Rafiz İsmayılov
Bəstəkar: Aqşin Əlizadə

Natiq Abdullayev — Arif
Şahmar Ələkbərov — Cümşüd
Valeri Rıjakov — Jenya
Dadaş Kazımov — Ağakərim
Şükufə Yusupova — Firuzə
Ayan Mirqasımova — Nailə
Mübin Axundov — Muxtar
Teymur Kərimov — Şəmsi
Hamlet Xanızadə — Nadir
Rafiq Əliyev — Əhməd

  1. Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898–2002)). Bakı: 2003, səh. 124
  2. 1 2 3 Sevda Sultanova. "Qonşu qızını sevən oğlanın məşqdən qovulması" (az.). Lent.az. 8 oktyabr 2016. 2017-07-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-21.

Azərbaycan filmlərinin siyahısı
1984-cü ilin Azərbaycan filmləri
1980-ci illər Azərbaycan filmlərinin siyahısı