Avropa İqtisadi və Sosial Komitəsi — Vikipediya
Avropa İqtisadi və Sosial Komitəsi (ing. European Economic and Social committee, fr. Comité économique et social européen, alm. Europäischer Wirtschafts und Sozialausschuss) Avropa İttifaqının məsləhət orqanıdır. İqtisadi və Sosial Komitə (SEC) 1957-ci ildə Avropa Birliyinin yaradılması haqqında Müqavilə, yəni Roma müqaviləsi əsasında müxtəlif iqtisadi və sosial qrupların maraqlarının təmsil olunmasını təmin etmək üçün yaradılmışdır.
Komitə 329 üzvdən ibarətdir; onlar milli hökumətlərin tövsiyəsi ilə Avropa İttifaqı Şurası tərəfindən 5 il müddətinə təyin edilirlər. Sosial və İqtisadi Komitə Avropa Komissiyası, Avropa İttifaqı Şurası və Avropa Parlamenti ilə dialoqda onların mövqeyini təmsil edir və maraqlarını müdafiə edir. Sosial-iqtisadi komitənin vəzifəsi sosial və iqtisadi məsələlərdə məsləhət verməkdir. Komitə Avropa İttifaqı ilə vətəndaşlar arasında bir növ “körpü” rolunu oynamalıdır.
Sosial-İqtisadi Komitənin üzvləri ildə təxminən on dəfə plenar iclaslarda toplaşır və daha çox kiçik qruplarda toplaşırlar.
Nitsa Müqaviləsi Komitədə yerlərin üzv dövlətlər arasında bölüşdürülməsini dəyişdirmədi, yalnız İttifaqın genişlənməsini nəzərə alaraq, gələcəkdə Sosial-İqtisadi Komitədə yerlərin sayının 350-dən çox olmamasını şərtləndirdi. Müqavilə komitə üzvlərinin təyin edilməsi prinsiplərini aydınlaşdırır: Komitə “mütəşəkkil vətəndaş cəmiyyətinin müxtəlif iqtisadi və sosial qruplarının nümayəndələrindən” ibarət olmalıdır (Avropa Birliyinin yaradılması haqqında Müqavilənin 257-ci maddəsi).