Avstriya kronu — Vikipediya

Avstriya kronu (alm. Österreichische Krone‎) — 1919—1925-ci illər ərzində Avstriyanın pul vahidi.

Avstriya-Macarıstanın dağılmasından sonra, AvstriyaMacarıstan tərəfindən ortaq şəkildə idarə olunan Avstriya-Macarıstan bankı, Avstriya, Macarıstan və Çexoslovakiyanın ortaq pul vahidi olaraq qalan və digər ölkələrin tərkibinə girən ərazilərdə dövriyyədə olan Avstriya-Macarıstan kronunu buraxmağa davam edirdi.

Yeni dövlətlərin həll etməli olduqları ən vacib problem, məzənnəni sabitləşdirmək və onun daha da ucuzlaşmasının qarşısını almaq idi. Vəziyyəti düzəltmək işini Çexoslovakiya öz üzərinə götürdü. Hər şeydən əvvəl, ölkə hökuməti Avstriya-Macarıstan bankından müharibə istiqrazları üzrə ödənişləri və Avstriya və Macarıstan hökumətlərinə kredit vermə prosesini dayandırmağı tələb etdi. Daha sonra, Avstriya-Macarıstan bankı ilə yeni qurulmuş dövlətlər arasında danışıqlar aparıldı, bu görüşlərdə bütün yeni dövlətlərin emissayalara nəzarət etmək üçün öz emissarlarını təyin etmələrinə icazə verildi. Bank, öz növbəsində, bütün emissarların xəbəri olmadan kredit verməyəcəyinə söz verdi.

Bununla birlikdə, bank tezliklə yeni dövlətlərin hökumətləri ilə bağlanmış müqavilə şərtlərini pozdu, istiqraz ödənişlərini bərpa etdi və Avstriya hökumətinə kreditlər verdi. 1919-cu ildə banka güvənlərini itirən yeni dövlətlər milli kredit və pul sistemləri yaratmağa başladılar. 1919-cu ilin yanvar ayında Xorvatiya və həmin ilin mart ayında Çexoslovakiyada banknotlarının ştempelləmə prosesi aparıldı. Bu ölkələrdə milli pul sistemlərinin yaradılmasının nəticələrindən biri də möhürlənməmiş əskinasların Avstriyaya göndərilməsi idi, bu da inflyasiyanın kəskin artmasına gətirə biləcəyi üçün Avstriya hökumətini oxşar tədbirləri görməyə məcbur etdi. 1919-cu ilin Avstriyada da martında əskinasların ştempelləmə prosesi həyata keçirildi.[1]

1921-ci ildə Lixtenşteyn Avstriya kronasının istifadəsindən imtina edərək İsveçrə frankı valyuyasına keçidi reallaşdırdı.

1925-ci ildə Avstriyada şillinq tətbiq olundu. Kronanın şillinqlə mübadiləsi 10.000:1 nisbətində həyata keçirilirdi.

Avers Revers Nominal qiymətləndirmə Diametr Qalınlığı (mm) Kütlə (q) Metal Çevrəsi Zərb olunma illəri
20 kron 21 1,4 6,7751 Qızıl/Mis 900/100 1923, 1924
100 kron 37 2 33,8753 Qızıl/Mis 900/100 1923, 1924
100 kron 17 1,666 Mis/Qalay/Sink 950/40/10 hamar 1923, 1924
200 kron 19 3,33 Mis/Qalay/Sink 950/40/10 hamar 1924
1000 kron 22 4,5 Mis/Nikel 750/250 hamar 1924

[2]

12 Mart 1919-cu ildə Avstriya-Macarıstan Bankı əskinaslar üzərində "DEUTSCHÖSTERREICH" möhürü ilə ştempelvurmanı həyat keçirtdi. 1920-ci ildə Avstriya-Macarıstan banknotları fərqli möhür növü ilə buraxıldı — "Ausgegeben nach dem 4. Oktober 1920".

1922-ci ildə Avstriya əskinaslarının buraxılışı başladı və onlar tədricən ştamplı Avstriya-Macarıstan pul nişanlarını əvəzləyirdilər. Banknotlar hələ də Avstriya-Macarıstan bankı tərəfindən buraxılırdı, ancaq üstündəki mətn yalnız alman dilində idi (əvvəllər əsas mətn alman və macar dillərində idi və əskinasın nominal dəyəri italyan, rumın, serb, ukrayn və imperatorluğun digər dillərində idi) və buraxılış yeri Vyana kimi qeyd olunurdu (əvvəllər Budapeştin də adı çəkilirdi).

1924-cü ildə Avstriya Milli Bankı 10.000 krona dəyərində kupyura buraxdı, bu, bankın kronada dövriyyəyə buraxdığı yeganə kupyura idi. "1 şillinq" peçatı ilə bu kupyura Avstriya şillinqinin tətbiqindən sonra bir müddət dövriyyədə qaldı.[3]

Avstriya-Macarıstan bankının banknotları, birinci buraxılış
Şəkli Nominalı Ölçüsü Tarixi
Avers Revers banknotun üzərində qeyd olunan dövriyyəyə buraxılışı dövriyyədən çıxarılması
1 krona
2 yanvar 1922
2 krona
10 kron
20 kron
100 kron
1000 kron
5000 kron
50 000 kron
100 000 kron
Avstriya-Macarıstan bankının banknotları, ikinci buraxılış
100 000 kron
11 sentyabr 1922
5 000 000 kron
Avstriya-Macarıstan bankının banknotları, üçüncü buraxılış
500 000 kron
20 sentyabr 1922
Avstriya Milli Bankının banknotları
10 000 kron
2 yanvar 1924
1 000 000 kron
buraxılmayıb
  1. Травин Д., Маргания О. Глава 4. Австро-Венгрия: Развод по габсбургскому счету // Европейская модернизация. В 2 томах. «Philosophy». 1 (3000 nüs.). М.; СПб.: АСТ, Terra Fantastica. 2004. ISBN 5-17-027096-8.
  2. Cuhaj, 2011. səh. 123—124
  3. Cuhaj, 2008. səh. 89—92
  • Cuhaj G., Michael T., Miller H. Standard Catalog of World Coins 1901-2000 (39-е изд). Iola: Krause Publications. 2011. ISBN 978-1-4402-1172-8.
  • Cuhaj G.S. Standard Catalog of World Paper Money. General Issues 1368—1960 (12-е изд). Iola: Krause Publications. 2008. ISBN 978-0-89689-730-4.