Avstriya zərbxanası — Vikipediya
Avstriya zərbxanası | |
---|---|
Ümumi məlumatlar | |
Təsis tarixi | 1194 |
Baş qərargahın yeri | |
muenzeoesterreich.at muenzeoesterreich.at/eng | |
Vikianbarda əlaqəli mediafayllar |
Avstriya zərbxanası (alm. Münze Österreich) — yalnız sikkələr deyil, həm də xatirə medalları istehsal edən Avstriya müəssisəsi. 2002-ci ilə qədər zərbxananın əsas məhsulları Avstriya şillinqi sikkələri idi. 2002-ci ildən bəri hər növ Avstriya avro sikkələrini istehsal edir. Zərbxananın mövcud olduğu illər ərzində Avstriyanın valyutası bir neçə dəfə dəyişmişdir. Məsələn, Mariya Tereza taleri Avstriya zərbxanasında zərb olunmuşdur.
Tarixi
[redaktə | mənbəni redaktə et]Zərbxana haqqında ilk qeyd 1397-ci ilə aiddir. 1484-cü ildə Avstriya ershersoqu Sigizmundun əmri ilə ən qədim Avstriya sikkəsi olan quldiner buraxıldı. Avstriya ershersoqu I Ferdinandın Müqəddəs Roma İmperiyasının imperatoru olması səbəbindən Avstriyada taler pul vahidi tətbiq olundu, hansı ki 1524-cü ildən Müqəddəs Roma İmperiyasının pul vahidi idi. 1566-cı ildə Leypsiqdə 29.23 q kütləsi olan 889-cu əyarlı gümüş taler əsas gümüş sikkə kimi tanındı. Onun adı reyxsthaler (Reichsthaler) oldu. O, konvension taler (Conventionsthaler) çıxarıldığı 1753-cü ilə qədər Avstriyanın pul vahidi idi. 1700-cü ildə sikkə zərb edilməsi üçün vintli presdən istifadə edilməyə başlandı. 1780-ci ildə Mariya Tereza talerinin istehsalına başlandı. 1834-cü ildə Avstriya zərbxanası Landstraße küçəsində yeni bir binaya köçdü, köhnə binada isə geoloji idarə etmə binası yerləşdi. 1857-ci ildə Almaniya və Avstriyadakı ticarət əməliyyatlarını sadələşdirmək üçün vahid müttəfiq taler (Vereinsthaler) adlanan pul vahidinin istifadəsinə başlandı. Taler 1892-ci ildə Avstriya-Macarıstan hökuməti tərəfindən "krona" adlı yeni valyuta ilə əvəz olundu.