Aydın Əliyev (aktyor) — Vikipediya

Aydın Əliyev
Aydın Allahverdi oğlu Əliyev
Doğum tarixi 14 mart 1955(1955-03-14) (69 yaş)
Doğum yeri
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti aktyor
Fəaliyyət illəri 1975-ci ildən
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 2002
"Tərəqqi" medalı — 2013
IMDb ID3108092

Aydın Allahverdi oğlu Əliyev (14 mart 1955, Arazdəyən, Vedi rayonu) — Azərbaycan aktyoru.

Aydın Allahverdi oğlu Əliyev 14 mart 1955-ci ildə anadan olub. M .Füzuli adına Ordubad şəhər 8 illik internat məktəbində təhsil alıb.[1] İrəvan kənd Təsərrüfatı Texnikumunu bitirib.

Hələ texnikumda oxuyarkən C. Cabbarlı adına İrəvan Dövlət Dram Teatrında Ş.Ələsgərovun "Ulduz" musiqili komediyasında- Müxbir, M.F.Axundzadənin "Sərgüzəşti Vəziri Xani Lənkəran" əsərində- Teymur ağa, C. Cabbarlının "Aydın" pyesi əsasında hazırlanmış tamaşada Aydın və Surxay obrazlarında çıxış etmişdir.

1975–1982-ci illərdə İrəvan Teatrında, 1982–1986-cı illərdə Şəki Dövlət Dram Teatrında, 1986–1992-ci illərdə isə Naxçıvan Dövlət Musiqili Dram Teatrında işləmişdir və bu illər ərzində onlarla tamaşalarda müxtəlif səpkili rollar yaratmışdır.[1]

1993-cü ildən Bakı Bələdiyyə Teatrında repertuarda olan tamaşalarda müxtəlif səpkili, yaddaqalan rolların mahir ifaçısıdır. Kinoda 20-dən çox obraz yaradıb.

Ad və mükafat

[redaktə | mənbəni redaktə et]

Teatr səhnəsindəki rolları

[redaktə | mənbəni redaktə et]

İrəvan Dövlət Dram Teatrı

  1. Ş.Ələsgərov "Ulduz" — Müxbir
  2. M.F.Axundzadə "Sərgüzəşti Vəziri Xani Lənkəran" — Teymur ağa
  3. C. Cabbarlı "Aydın" — Aydın və Surxay

Bakı Bələdiyyə Teatrı

  1. O.Altunbay "Tomris" — Odtəkin
  2. Y.Anuyun "Medeya" — Şah Krion
  3. R.İçərişəhərli "Vətənə igidlər gərəkdir" — Ruben
  4. C.Məmmədquluzadə "Ölülər" — Mirbağır ağa
  5. C.Cabbarlı "Dönüşü" — Qüdrət Arslan
  6. N.Nərimanov "Nadir şah" — Mirzə Mehdixan
  7. M.Məmmədov "Dəli Domrul" — Əzrail
  8. S.Rəşidi "Mənim Ərdəbilim" — Həşim ağa
  9. M.F.Axundov "Müsyo Jordan Dərviş Məstəli Şah" — Dərviş
  10. A.Babayev "Oğul" — Kölgə
  11. A.Qurbaninin "Türk sancağı" — Armen
  12. N.Hikmət "Damokl qılıncı" — Komisyonçu
  13. Ə.Əliyev "Unutqanlıq qorxunc bəladır" — Aparıcı
  14. H.Cavid "İblis" — Elxan
  1. Ovsunçu (film, 2002) (tammetrajlı bədii film) (rol: kuryer)
  2. Bir anın həqiqəti (film, 2003) (serial)
  3. Arxada qalmış gələcək (film, 2004) (tammetrajlı bədii film) (rol: Qurgen)
  4. Ərazi (film, 2005) (qısametrajlı bədii film)
  5. Yoxlama (film, 2006) (serial)
  6. Biz qayıdacağıq (film, 2007) (tammetrajlı bədii film)
  7. Cavid ömrü (film, 2007) (tammetrajlı bədii film) (rol: Seyid Hüseyn)
  8. Qovğalı kəndinin gecələri (film, 2008) (tammetrajlı bədii film) (rol: pasiyent)
  9. 40-cı qapı (film, 2008) (tammetrajlı bədii film) (rol: xalça müştərisi)
  10. Azarkeş (film, 2008) (tammetrajlı bədii film)
  11. Prokuror (2008) (tammetrajlı bədii film)
  12. Cavad xan (film, 2009) (tammetrajlı bədii film)
  13. Qaydasız döyüş (film, 2009) (serial) (rol: polkovnik Ələsgərov)
  14. Sonuncu dərviş (film, 2009) (tammetrajlı bədii film) (rol: dərviş)
  15. İstanbul reysi (film, 2010) (tammetrajlı bədii film)
  16. Aktrisa (film, 2011) (tammetrajlı bədii film) (rol: kriminalist)
  17. Ağabəyovlar (film, 2012-2014)
  18. Xoca (film, 2012) (tammetrajlı bədii film) (rol: Rəhman)
  19. Dolu (film, 2012) (tammetrajlı bədii film) (rol: dustaq)
  20. Sirr (serial, 2012) (serial)
  21. Məhkumlar (2012) (serial)
  22. Tək olanda qorxma... (teleserial, 2013) (serial) (rol: Mehbalı)
  23. Əli və Nino (film, 2015) (tammetrajlı bədii film) (rol: rus qubernator)
  1. 1 2 Xəyalə Rəis. "Aydın Əliyev: "Aktyor teatra hər bir yaşda lazımdır"" (az.). Kaspiz. 30 mart 2015. 2021-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-12.