Aygün Əliyeva — Vikipediya

Aygün Əliyeva
Vəzifədədir
23 noyabr 2021-ci ildən
ƏvvəlkiFuad Dərgahlı
Şəxsi məlumatlar
Doğum tarixi 29 iyul 1988(1988-07-29) (36 yaş)
Doğum yeri
Partiya
Təhsili Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Xəzər Universiteti

Aygün Nazif qızı Əliyeva (29 iyul 1988, Koqalım, Tümen vilayəti) — Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru (23 noyabr 2021-ci il).[1]

Aygün Əliyeva 29 iyul 1988-ci ildə anadan olub. Azərbaycan Dillər Universitetinin Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr və magistr pilləsini fərqlənmə diplomu ilə bitirib (2006–2012). Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində təhsil alıb (2013–2015). Xəzər Universitetində Beynəlxalq Münasibətlər ixtisası üzrə doktorantura pilləsində təhsil alıb (2015–2018).[2] Ailəlidir, 2 övladı var.

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

2010–2012-ci illərdə Azərbaycan Dillər Universitetində Tərbiyə işləri üzrə prorektor köməkçisi,[3] 2012–2013-cü illərdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Mərkəzi ofisində Layihələr üzrə koordinator, 2013-cü ildə Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatında baş təlimatçı, 2013–2020-ci illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini, 2020–2021-ci illərdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB)[4] İctimaiyyətlə əlaqələr, kargüzarlıq və vətəndaş müraciətləri ilə iş departamentinin rəhbəri, 23 noyabr 2021-ci ildə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru təyin edilib.[5][6]

İctimai fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

2006-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 15 aprel 2009-cu ildən 29 yanvar 2010-cu ilə qədər Yeni Azərbaycan Partiyası Nəsimi rayon Təşkilatının Qadınlar Şurasının sədr müavini, 10 fevral 2010-cu ildən 2012-ci ilə kimi Azərbaycan Dillər Universitetində Tələbə Həmkarlar Təşkilatının sədr müavini, 29 yanvar 2010-cu ildən 2015-ci ilə qədər Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin ideoloji məsələlər üzrə sədr müavini, Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2019-cu il tarixli 1354 nömrəli sərəncamına əsasən təsis edilmiş "Yüksəliş" müsabiqəsinin finalçısıdır (2021).[7]

  1. "Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru təyin edilib". azertag.az. 2021-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 iyl 2024.
  2. "Aygün Nazif qızı Əliyeva". ngoagency.gov.az. 2024-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 iyl 2024.
  3. "Azərbaycan Dillər Universitetində prorektor köməkçisi". lobbi.az. 2024-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 iyl 2024.
  4. "TƏBİB-in şöbə müdiri QHT Agentliyinin icraçı direktoru təyin olundu". www.mia.az. 2024-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 iyl 2024.
  5. "Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının iclasının qərarı". www.xural.com. 2024-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 iyl 2024.
  6. "Agentliyin icraçı direktorunun təyinatı". musavat.com. 2024-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 iyl 2024.
  7. ""Yüksəliş" müsabiqəsinin finalçısı". yukselish.az. 2024-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 iyl 2024.
  8. ""YÜKSƏLİŞ" MÜSABİQƏSİNİN FİNALÇILARI". yukselish.az. 2024-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 iyl 2024.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]