Ayon adası — Vikipediya

Ayon adası
rus. Остров Айон
Ümumi məlumatlar
Sahəsi 2000 km²
Uzunluğu
  • 63 km
Eni 38 km
Hündür nöqtəsi 64 m
Əhalisi 242 nəfər (2012-ci il)
Yerləşməsi
69°47′24″ şm. e. 168°39′03″ ş. u.HGYO
Ölkə  Rusiya
Region
Akvatoriya
Ayon adası xəritədə
Ayon adası
Ayon adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ayon adasıŞərqi Sibir dənizində Çaun körfəzində yerləşir.

İnzibati cəhətdən Rusiya Çukot Muxtar Dairəsinin Çaun rayonu ərazisində yerləşir.

Adının etimalogiyası

[redaktə | mənbəni redaktə et]

Çukot ədəbiyyatında ае, аyо 'baş beyni' və ya eyu, eyo 'sağalmaq, rahatlanmaq' mənasını verir. Ada əsasən marallaraınn dincini almaq məqsədinə xidmət edirdi[1].

Ayon Çaun körfəzinin qərbində, Kolıma körfəzinin şərqində yerləşir. Adanın ətrafında Çenkul, Riyanranot və digər adalar yerləşir. Adanın uzunluğu 63 km, eni 38 km təşkil edir. Ada ərazisi demək olar ki, düzənlikdən ibarətdir. Ən hündür nöqtəsi 64 metrdir. Adada çoxlu sayds göl vardır. Güçlü şəkildə bataqlaşmışdır. Ada ərazisi Tundradır. Materikdən Kiçik Çaunski boğazı ilə ayrılır. Biğaz olduqca dayaz və ensizdir.

Adada iki kiçik yaşayış məntəqəsi vardır: Elvuney[2] (Hazırda tərk edilib)[3]Ayon kəndi hansı ki adanın şimal-qərbində yerləşir.

Orta illik temeratur −11,4°С təşkil edir. Mütləq maksimum temperatur 1975-ci ildə iyul ayında qeydə alınmışdır. 1978-ci ilin fevralında isə −51,3°С[4] olmuşdur.

Tarixi məlumat

[redaktə | mənbəni redaktə et]

Ada haqqında ilk məlumat İsaya İqnatyevə məxsusdur. 1646-cı ildə o, yerli əhali ilə ticarət əlaqələri qurmuşdur. 1761-ci ildə Ayon adasında məşhur tacir Nikita Şalaurov olmuşdur. Bir əsrdən sonra Ferdinant Petroviç Vrangel adada olmuş və onu Sabadey[1] olaraq adlandırılır.

1933 ildə ada ərazisi kollektivləşdirilmişdir. 1950-ci ildə burada kolxoz yaradılmışdır. Çukot ərazisində uzun zaman aparıcı kolxoz olmuşdur. 1968-ci ildə kolxozun balansında sovxoz yaradılmışdır.

SSRİ dağıldıqdan sonra tundrada vəziyyət heçdə yaxşı deyildi. Təsərrüfat dağılmış və əhali isə azalmışdı.

Adada ekoloji problemlər vardır.

Elmi araşdırma

[redaktə | mənbəni redaktə et]

21 mart 1942-ci ildən adada Vasili Semyonoviç Sidorovun adına hidrometroloji MQ-2 stansiyası fəaliyyət göstərir[4].

1980-ci illərdə Vrangel adası qoruğunun əməkdaşları adada araşdırma aparmışlar.

  1. 1 2 Леонтьев В. В., Новикова К. А. Топонимический словарь северо-востока СССР. — Магадан: Магаданское книжное издательство, 1989. — С. 58. — 456 с. — 15 000 экз. — ISBN 5-7581-0044-7.
  2. "Bulletin # 36". 2020-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-01.
  3. "Weather. El'vuney. Chukotskiy Avtonomnyy Okrug. Ruska federacija Accurate Weather Forecast". 2019-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-01.
  4. 1 2 "ФГБУ "Чукотское УГМС"". 2019-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-01.