Azərbaycan Dəmir Yolları — Vikipediya
"Azərbaycan Dəmir Yolları" QSC | |
---|---|
(ADY) | |
| |
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Yaradılma tarixi | 2009 |
Baş qərargah | Azərbaycan Dəmir Yolları QSC |
Ünvan | Dilarə Əliyeva, küç. 230, Bakı, AZ 1010 |
Rəhbərlik | |
sədr | Rövşən Rüstəmov[1] |
Rəsmi saytı | ady.az |
Vikianbarda əlaqəli mediafayllar |
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti — Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamına əsasən Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə yaradılıb.[2]
"Azərbaycan Dəmir Yolları" QSC Azərbaycanın dəmir yolu nəqliyyatı üzrə əsas daşıma operatorudur və bu sahədə digər xidmətlərə olan tələbatı təmin edən, dəmir yollarının, habelə ümumi istifadədə olan dəmir yolu nəqliyyatının infrastrukturunun inkişaf etdirilməsi və təkmilləşdirilməsi, dəmir yollarında hərəkətin idarə edilməsi fəaliyyətini həyata keçirən iri dövlət şirkətidir.
Ümumilikdə isə Azərbaycanın dəmir yolları böyük və zəngin tarixə malikdir. İlk xəttin istifadəyə verildiyi 1880-ci ildən bu günə qədər dəmir yolları ölkənin iqtisadiyyatında, mədəniyyətində, əhalinin gündəlik həyatında önəmli rol oynamaqda davam edir.
"Azərbaycan Dəmir Yolları" QSC-nin inzibati binası Bakı şəhəri, Dilarə Əliyeva küçəsi 230 ünvanında yerləşir.
Azərbaycanda dəmiryolu tarixi
[redaktə | mənbəni redaktə et]1878–1917
[redaktə | mənbəni redaktə et]Azərbaycanda ilk dəmir yollarının çəkilişinə XIX əsrin 70-ci illərindən başlanmışdır. 1878-ci ildə Bakı şəhərini neft mədənləri və neft korpusu iə birləşdirən 25,2 verst uzunluğundakı dəmir yolu xəttinin inşasına icazə verildi. "Neft sahəsi" adını alan bu xətlərin tikinitisi 1879-cu ilin sonunda başa çatdırıldı. Və rəsmən 1880-ci ilin 20 yanvarında istismara verildi.
1879-cu ilin 22 dekabrında Cənubi Qafqaz dəmir yolu hissəsinin Bakı-Tiflis dəmiryol magistralının çəkilişinə icazə verildi. 515 verst uzunluğundakı bu yolun 1883-cü il 8 mayda rəsmi açılışı oldu və həmin gün Tiflisdən çıxan ilk sərnişin qatarı 9 mayda Bakıya çatdı.[3]
1883-cü ildə Bakı–Yelizavetpol (Gəncə)-Tiflis magistral dəmir yolu xətti işə salındı. Azərbaycanın ilk yük stansiyası olan Bakı yük stansiyasından Tiflis istiqamətində dəmir yolu ilə ilk neft 1883-cü ilin mayın 8-də göndərildi. Tiflis şəhəri dəmir yolu vasitəsilə Poti şəhəri ilə bağlı olduğundan neft Qara dəniz sahillərinə qısa müddətdə çatdırılırdı. Lakin Poti limanı quruluşuna görə böyük həcmdə neftin aparılması üçün yararlı deyildi. Ona görə daha əlverişli olan Batumi limanı qısa müddətdə iri həcmdə neft daşınması üçün lazımi avadanlıqla təchiz edildi və Tiflisdən Batumiyə dəmir yolu çəkildi. Bakı–Yelizavetpol–Tiflis magistral dəmir yolunun davamı Tiflis–Qori–Kutaisi–Poti–Batumi yolu olduğundan dəmir yolu vasitəsilə Xəzər dənizi ilə Qara dəniz sahilləri birləşdirildi.
1899-cu ildə Tiflis-Qars dəmir yolu (uzunluğu 282 verst) istismara verildi və elə həmin il bu yolun üzərindəki Aleksandropol (Gümrü) stansiyasından İrəvana (uzunuluğu 147 verst), oradan da Culfaya (uzunluğu 177 verst) doğru dəmir yolu xətlərinin tikintisinə başlandı. 1900-cü ildə Bakı-Dərbənd dəmir yolu işə salındı (uzunuluğu 217 verst). Bununla Cənubi Qafqaz dəmir yolu Vladiqafqaz dəmir yolu ilə birləşdi və onun vasitəsilə Ümumrusiya dəmir yolu şəbəkəsinə qoşuldu, Azərbaycan və bütövlükdə Cənubi Qafqazla Mərkəzi Rusiya arasında müntəzəm nəqliyyat vasitəsi yaradıldı.
1918–1990
[redaktə | mənbəni redaktə et]17 avqust 1918-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin verdiyi qərara əsasən Azərbaycan Dəmir Yolları 1 iyun 1918-ci il tarixindən etibarən Azərbaycan nəzarətinə keçmiş hesab olunmuşdur.[4] 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurası tərəfindən Azərbaycanın müstəqilliyinin elan olunduğu gün Fətəli xan Xoyskinin təşkil etdiyi hökumət kabinəsində ilk nazirliklərdən biri Azərbaycan Xalq Cümhuriyyəti Yollar Nazirliyi idi. Nazirliyin tərkibində başqa idarələrlə bərabər, Azərbaycan Dəmir Yolu İdarəsi və Azərbaycan Dəmir Yolunun Mühafizəsi İdarəsi yaradıldı. İlk yollar naziri vəzifəsinə hələ Zaqafqaziya Cümhuriyyəti hökumətində yollar naziri işləmiş, dəmir yolu işləri sahəsində böyük təcrübəsi olan məşhur ixtiraçı-mühəndis Xudadat bəy Məlik-Aslanov təyin olundu. Sonrakı dörd hökumət kabinələrində də yollar naziri vəzifəsini X. Məlik-Aslanov tutub.
1926-cı il iyulun 6-da Azərbaycanda ilk elektrikləşdirilmiş dəmir yolu işə başladı. Bu təkcə Azərbaycanda deyil, SSRİ-də ilk elektrikləşdirilmiş dəmir yolu idi. Əhalinin tələbatı o qədər yüksək idi ki, təkcə 1926–1931-ci illərdə Bakı–Sabunçu–Suraxanı xətti ilə 10 milyon sərnişin daşınmışdı.
1955-ci ildə Azərbaycan dəmir yolu SSRİ Yollar Nazirliyinin tərkibində müstəqil dəmir yolu statusu aldı. Azərbaycan polad magistralı öz fəaliyyəti dövründə bir neçə dəfə Zaqafqaziya Dəmir Yolunun tərkibinə daxil edilib, sonradan isə müstəqil dəmir yolu kimi faəliyyət göstərib. O cümlədən, Azərbaycan SSR Nazirlər Sovetinin 13 oktyabr 1955-ci il tarixli qərarı ilə Azərbaycan dəmir yolu SSRİ Yollar Nazirliyinin tərkibində müstəqil dəmir yolu kimi fəaliyyətini davam etdirib.
1979-cu ildə Ağdam–Xankəndi dəmir yolu inşa olundu. Bu layihə ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirildi. Dağlıq Qarabağın inkişafına hər zaman böyük diqqət yetirən Heydər Əliyev Qarabağ bölgələrinə dəmir yolu xətlərinin çəkilməsinə xüsusi əhəmiyyət verirdi. Bakı–Yevlax–Xankəndi dəmir yolunun açılması nəticəsində Qarabağın sosial-iqtisadi və mədəni inkişafı daha da sürətləndi, Qarabağın Bakı ilə əlaqələri daha da möhkəmləndi.
1991-indiyədək
[redaktə | mənbəni redaktə et]1991-ci ildə Azərbaycan Respublikası yenidən müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Dövlət Dəmir Yolları yaradıldı.
Azərbaycan Prezidenti İlham Əliyev 7 oktyabr 2005-ci il tarixində "Dəmir yolu işçilərinin peşə bayramının təsis edilməsi haqqında" sərəncam imzaladı.[5] Bu sərəncama əsasən Azərbaycan dəmir yolu işçilərinin peşə bayramı hər ilin məhz oktyabrın 13-ü qeyd edilir.
20 iyul 2009-cu il tarixində Azərbaycan Prezidentinin sərəncamı ilə Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə Nəqliyyat Nazirliyinin tabeliyində səhmləri dövlətə məxsus "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti yaradıldı.[6]
2017-ci ildə Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə verildi.[7] Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yol olan Bakı–Tbilisi–Qars xəttinin fəaliyyəti Şərq–Qərb nəqliyyat dəhlizində Azərbaycanın logistik imkanlarının artırılmasına gətirib çıxarıb.
2015-ci ilin sentyabrında yenidən qurulan Bakı-Sumqayıt dəmir yolu xətti ilə Azərbaycanda ilk "Stadler" qatarı yola düşdü. "Azərbaycan Dəmir Yolları" QSC İsveçrənin "Stadler Rail Group" şirkətinin istehsalı olan və ən yüksək standartlara cavab verən bu qatarların parkını genişləndirməkdədir.[8]
2018-ci ildə Ləki stansiyası–Qəbələ birxətli dəmir yolunun tikinti işlərinə başlanılıb və 2021-ci ilin may ayında xəttin rəsmi açılışı olub. Dəmir yolu xətti ox üzrə 42,3 kilometr, yan yollarla birlikdə isə 44,5 kilometrdir.[9]
2019-cu ildə Bakı-Sabunçu və Sabunçu-Pirşağı xətləri istifadəyə verildi.[10][11] 2020-ci il martın 18-də isə Pirşağı–Görədil–Novxanı–Sumqayıt hissəsinin açılışı ilə Abşeron dairəvi xətti tam istismara verildi.[12]
2024-cü ilin oktyabrında qatarlarda pulsuz internetə çıxış yaranıb. Bakı-Ağstafa-Bakı marşrutu ilə hərəkət edən qatarlarda ADY Free şəbəkəsinin sınaqlar keçirilib.[13]
Əsas göstəriciləri və fəaliyyət sahələri
[redaktə | mənbəni redaktə et]"Azərbaycan Dəmir Yolları" QSC aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:
Yük daşımaları
[redaktə | mənbəni redaktə et]Yük qrupu | Daşınan həcm (ton) | Ümumi yükdaşıma həcmində pay (%) |
---|---|---|
Neft məhsulları | 6.515.993 | 34,8 |
Taxıl və çörək məhsulları | 1.568.078 | 8,4 |
Kimyəvi və mineral gübrələr | 1.488.730 | 7,9 |
Mineral tikinti materialları | 1.347.228 | 7,2 |
Qara metallar | 985.555 | 5,3 |
Meşə məhsulları | 853.033 | 4,6 |
Sənaye üçün xammal və qəlib materialları | 731.166 | 3,9 |
Daş kömür | 415.649 | 2,2 |
Taxta materialları | 228.788 | 1,2 |
Sərnişin daşımaları
[redaktə | mənbəni redaktə et]"Azərbaycan Dəmir Yolları" QSC tərəfindən Abşeron dairəvi dəmir yolu xətti üzrə, habelə ölkədaxili və beynəlxalq istiqamətlərdə sərnişin daşımaları həyata keçirilir. Abşeron dairəvi dəmir yolu xətti üzrə Bakı şəhəri və şəhərətrafı və Sumqayıt şəhəri üzrə, ölkə daxilində isə Bakı-Ağstafa-Bakı və Bakı-Qəbələ-Bakı istiqamətlərində sürət sərnişin qatarları vasitəsilə təhlükəsiz daşımalar həyata keçirilir.
2019 | 2020 | 2021 | 2022 | 2023 | |
---|---|---|---|---|---|
I rüb | 718.310 | 1.081.747 | 476.232 | 943.512 | 1.509.509 |
II rüb | 858.896 | 253.973 | 639.023 | 1.184.290 | |
III rüb | 971.424 | 334.022 | 648.078 | 1.249.692 | |
IV rüb | 1.301.808 | 454.610 | 1.062.759 | 1.759.030 | |
Cəmi | 3.850.438 | 2.124.352 | 2.826.092 | 5.136 517 |
Törəmə şirkətləri
[redaktə | mənbəni redaktə et]"Azərbaycan Dəmir Yolları" QSC-nin müxtəlif istiqamətdə fəaliyyət göstərən törəmə şirkətləri var.
"ADY Ekspress" MMC
[redaktə | mənbəni redaktə et]"ADY Ekspress" ölkəmizdə yükdaşımaların həcminin artırılması, xüsusilə də tranzit yüklərin cəlb olunması üçün ekspeditor və iri həcimli yük sahiblərinə onlayn xidmətlər təklif edir.[16]
"ADY Konteyner" MMC
[redaktə | mənbəni redaktə et]"ADY Konteyner" MMC dəmir yolu vasitəsilə yük daşımalarının keyfiyyətinin artırılması və təhlükəsizliyinin təmin edilməsi, konteyner daşımalarının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi və səmərəli idarə olunması məqsədilə yaradılıb.[17]
Vağzallar, stansiyalar, dayanacaqlar
[redaktə | mənbəni redaktə et]Vağzallar
[redaktə | mənbəni redaktə et]Bakı Dəmiryol Vağzalı
[redaktə | mənbəni redaktə et]Bakı Dəmiryol Vağzalının tikintisinə 1880-ci ildə başlanmış və 1883-cü ildə istismara verilmişdir.
Sumqayıt Dəmiryol Vağzalı
[redaktə | mənbəni redaktə et]Sumqayıt sərnişin stansiyası 1958-ci ildə açılıb, 2015-ci ildə isə yenidən istifadəyə verilib. Prezident İlham Əliyevin 2018-ci il 22 yanvar tarixli Sərəncamına əsasən həmin ildə yeni Sumqayıt Dəmiryol Vağzalı inşa edilib.
Sabunçu Dəmiryol Vağzalı
[redaktə | mənbəni redaktə et]1880-ci ildə istifadəyə verilən Sabunçu dəmiryolu stansiyası ilk iki dəmir yolu stansiyası olub. Prezident İlham Əliyevin 2018-ci il 22 yanvar tarixli Sərəncamına əsasən, Bakı-Sabunçu dəmir yolu yenidən inşa olunub. Layihənin tərkib hissəsi olan Sabunçu Dəmiryol Vağzalı tamamilə yenidən qurulub. Sabunçu Dəmiryol Vağzalının açılışı 2019-cu il mayın 21-də baş tutub.
Gəncə Dəmiryol Vağzalı
[redaktə | mənbəni redaktə et]29 dekabr 2013-cü ildə Gəncə dəmiryol stansiyasının inzibati binası əsaslı təmirdən sonra istifadəyə verilib.
Qəbələ Dəmiryol Vağzalı
[redaktə | mənbəni redaktə et]15 may 2021-ci il tarixində Qəbələ Dəmiryol Vağzalının açılışı olub.
Stansiyalar
[redaktə | mənbəni redaktə et]Yük stansiyaları
[redaktə | mənbəni redaktə et]- Yalama
- Ləcət
- Xudat
- Qusarçay
- Xaçmaz
- Çarxı
- Sarvan
- Şabran
- Gilgilçay
- Qızıl Burun
- Siyəzən
- Zorat
- Giləzi
- Sitalçay
- Yaşma
- Z. Tağıyev çeşidləmə
- Hacı Zeynalabdin
- Baş Sumqayıt (Sumqayıtçay)
- Güzdək
- Xırdalan
- Biləcəri
- Abşeron
- Puta
- Qaradağ
- Səngəçal
- Qobustan
- Baş Ələt
- Yeni Ələt
- Atbulaq
- Pirsaat
- Keşlə
- Bakı yük (Əhmədli)
- Maştağa
- Suraxani
- Yeni Suraxanı
- Hövsan
- Binə
- Qala
- Dübəndi
- Böyük Kəsik
- Soyuq bulaq
- Salahlı
- Baş Poylu
- Ağstafa
- Qazax
- Tatlı
- Tovuz
- Qovlar
- Zəyəm
- Dəllər
- Şəmkir
- Alabaşlı
- Qırıxlı
- Qızılca
- Bayan
- Quşçu Körpüsü
- Gəncə (Gəncəçay)
- Zazalı
- Dəliməmmədli
- Kürəkçay
- Goran
- Mingəçevir şəhər
- Mingəçevir baş
- Yevlax
- Bərdə
- Köçərli
- Xanabad
- Şəki
- Qax
- Zaqatala
- Balakən
- Ləki
- Ucar
- Müsüslü
- Kürdəmir
- Sığırlı
- Padar
- Göylərçöl
- Qarasu
- Muğan
- Hacıqabul
- Xıdırlı
- Qaragünə
- Şirvan (Şirvan çeşid)
- Osmanlı
- Azadıkənd
- Salmanlı
- Salyan
- Dayıkənd
- Qırmızıkənd
- Cəlilabad
- Masallı
- Qasımlı
- Liman
- Göyşaban
- Lənkəran (Lənkərançay)
- Qamışlıq
- Astara
- Mürsəlli
- Saracalar
- Saatlı
- Sabir
- Becar
- İmişli
- Vətəqə (Bəhrəmtəpə)
- Xələc
- Daşburun
- Bəhmənli
- Hacılı
- Horadiz
Layihələr
[redaktə | mənbəni redaktə et]Beynəlxalq dəhlizlər
[redaktə | mənbəni redaktə et]Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi
[redaktə | mənbəni redaktə et]Şimal-Cənub nəqliyyat dəhlizi əsasən Hindistandan və İran Körfəzi regionundan yüklərin Rusiya, Qərbi Avropa, Baltikyanı və Skandinaviya ölkələrinə çatdırılmasına hesablanıb.[18] Şimal-Cənub Tranzit Dəhlizinin digər marşrutlarla müqayisədə əsas üstünlüyü tranzit məsafəsinin və tranzit vaxtının iki-üç dəfə az olmasıdır. Əgər dəniz yolu ilə daşıma İran körfəzi və Hind Okeanı, Süveyş kanalı, Aralıq Dənizi, Baltik Dənizindən keçərək Helsinki şəhərinə 45–60 gün ərzində daşıma müddəti təşkil edirsə, Şimal-Cənub Tranzit Dəhlizi ilə bu müddət 20–25 gün təşkil edir.[19]
Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin yaradılması haqqında saziş Rusiya, İran və Hindistan hökumətləri arasında 12 sentyabr 2000-ci il tarixində imzalanıb. Azərbaycan Respublikası bu sazişə 20 sentyabr 2005-ci il tarixli Qanun əsasında qoşulub.[20]
Şərq-Qərb Nəqliyyat Dəhlizi
[redaktə | mənbəni redaktə et]Şərq-Qərb Nəqliyyat Dəhlizi və yaxud Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TXBNM) Çindən Türkiyəyə və eləcə də Avropa Birliyi ölkələrinə və əks istiqamətdə yük daşımalarının artırılmasına xidmət edir. Nəqliyyat dəhlizinin idarə olunması və inkişaf etdirilməsi, yaradılmış Konsorsiumun üzvləri tərəfindən həyata keçirilir.
Bu dəhliz üzrə hərəkət edən qatarlar orta hesabla 10–12 günə Çindən Avropaya yükləri çatdırır.[21]
Orta Koridor vasitəsilə yüklər Avropaya iki istiqamət üzrə nəql edilir. Onlardan biri Gürcüstanın Poti və Batumi limanları vasitəsilə, digəri isə Bakı-Tbilisi-Qars dəmir yolu ilə. Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan Bakı-Tbilisi-Qars layihəsi Orta Koridor vasitəsilə yükdaşımaların xərclərini aşağı salaraq tranzit əməliyyatlarının həcminin artırılmasına xidmət edir.
Bu dəhliz Azərbaycan, Gürcüstan, Qazaxıstan, Ukrayna və Türkiyə dəmir yolu, gəmiçilik və liman administrasiyalarının iştirakı ilə 2014-cü ildə yaradılıb.[21]
Şimal-Qərb Nəqliyyat Dəhlizi
[redaktə | mənbəni redaktə et]Şimal-Qərb nəqliyyat dəhlizinin yaradılması Bakı-Tbilisi-Qars dəmir yolunun 2017-ci ildə istifadəyə verilməsi ilə mümkün olub.[22] Bu dəhliz Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə əsasən Türkiyə və Rusiya arasında artan yükdaşıma əməliyyatlarına hesablanıb. O cümlədən, Şimal-Qərb nəqliyyat dəhlizi Rusiyanın istehsal etdiyi kömür və taxıl yüklərinin Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Türkiyəyə daşınmasına şərait yaradır.[23]
Cənub-Qərb Nəqliyyat Dəhlizi
[redaktə | mənbəni redaktə et]Dəhlizin yaranma tarixi 2016-cı ilin əvvəlinə təsadüf edir.[24] Cənub-Qərb Nəqliyyat dəhlizi Fars Körfəzi/Hindistan – İran – Azərbaycan – Gürcüstan – Ukrayna – Avropa (və ya Türkiyə – Avropa) coğrafi marşrut üzrə fəaliyyət göstərir.[25] Dəhliz "Azərbaycan Dəmir Yolları" QSC-in təşəbbüsü ilə yaradılmışdır.[26] Marşrutun təqdimatı 12 yanvar 2016-cı il tarixində Bakıda keçirilmiş və elə həmin tədbirdə Azərbaycan, Gürcüstan, İran, Ukrayna dəmir yolları və dəniz limanları müəssisələri arasında müzakirələr aparılmış, nəticədə dəhlizin inkişafına dair Protokol imzalanmışdır. Bu sənədə əsasən, sözügedən dəhlizin tam adı "Fars körfəzi – İran Astara və Xəzər dənizi – Qara Dəniz – Avropa" adı ilə təqdim olunur.
Lapis-Lazuli marşrutu
[redaktə | mənbəni redaktə et]"Lapis-Lazuli" (Lazurit) marşrutu üzrə tranzit və nəqliyyat əməkdaşlığına dair Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə arasında beştərəfli saziş 2017-ci il noyabrın 15-də Aşqabadda imzalanıb.[27][28] Sənəddə iştirakçı ölkələrin nəqliyyat infrastrukturunun (avtomobil, dəmir yolu və dəniz) modernləşdirilməsi, həmçinin gömrük rəsmiləşdirilməsi proseduralarının asanlaşdırılması nəzərdə tutulur. Saziş razılıq əldə edən tərəflərin ərazisindən yüklərin fasiləsiz daşınmasına, nəqliyyatın tranzit hərəkəti ilə bağlı məsələlərin və proseduraların sadələşdirilməsinə şərait yaradır, nəqliyyat vasitələrinin, yüklərin və sərnişinlərin təhlükəsizliyini təmin edir.
Qonşu ölkələrlə beynəlxalq dəmiryolu əlaqələri
[redaktə | mənbəni redaktə et]- Rusiya – 1 520 mm genişliyi.
- Gürcüstan – 1 520 mm genişliyi.
- İran – 1 435 mm genişliyi – keçid yalnız Naxçıvan Muxtar Respublikasındandır, çünki Naxçıvana və İrana keçid yalnız Ermənistan ərazisindən və Ermənistan tərəfindəndir.
- Türkiyə – birbaşa keçid yoxdur – 1 435 mm genişliyi – Gürcüstan ərazisindən keçid Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə mümkündür və 2017-ci ildən istifadəyə verilib.
- Ermənistan – 1 520 mm genişliyi – Ermənistana və Ermənistan üzərindən Naxçıvana keçid yoxdur, Azərbaycan–Ermənistan münasibətləri səbəbilə qapalıdır.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]- Azərbaycanda dəmiryolu
- Abşeron dairəvi dəmir yolu
- Bakı-Tbilisi dəmiryolu
- Bakı-Tbilisi-Qars dəmiryolu xətti
- Ələt-Culfa dəmiryolu
- Bakı dəmiryol vağzalında terror aktı (1994)
- Qars-İğdır-Naxçıvan dəmiryolu
- Astara-Rəşt-Qəzvin dəmiryolu
- Horadiz-Ağbənd dəmir yolu
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "R.M.Rüstəmovun "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-09.
- ↑ ""Azərbaycan Dəmir Yolları" QSC-nin tarixi". corp.ady.az (az.). 2023-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-23.
- ↑ "AZƏRBAYCAN DƏMİR YOLUNUN 140 İLLİK SALNAMƏSİ". www.anl.az. 23 iyul 2023 tarixində arxivləşdirilib.
- ↑ Азербайджанская Демократическая Республика: 1918-1920: законодательные акты (PDF). Bakı: Azərbaycan Nəşriyyatı. 1998. səh. 285. 2022-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-08-29.
- ↑ ""Dəmir yolu işçilərinin peşə bayramının təsis edilməsi haqqında"". e-qanun.az. 26 mart 2022 tarixində arxivləşdirilib.
- ↑ ""Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında". e-qanun.az. 2023-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-19.
- ↑ "İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimində iştirak edib » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 12 may 2023 tarixində arxivləşdirilib.
- ↑ "Bakı-Sumqayıt marşrutu ilə işləyən sürət qatarı əhalinin rahat gediş-gəlişinə xidmət edəcək" (az.). 17 sentyabr 2015 tarixində arxivləşdirilib.
- ↑ "Qəbələ Dəmir yolu Vağzalının və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun açılışı olub". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-15.
- ↑ "İlham Əliyev Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirak edib". president.az (az.). 2022-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-23.
- ↑ "İlham Əliyev Bakı dairəvi dəmir yolunun Sabunçu-Pirşağı xəttinin yenidənqurmadan sonra açılışında iştirak edib". president.az (az.). 2022-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-23.
- ↑ "Abşeron dairəvi dəmir yolunun Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsinin yenidənqurmadan sonra açılışı olub" (az.). 19 avqust 2022 tarixində arxivləşdirilib.
- ↑ "Azərbaycandakı qatarlarda ödənişsiz "Wi-Fi" xidmətinin tətbiqinə başlanılır" (az.). report.az. İstifadə tarixi: 2024-10-30.
- ↑ "Dəmir yolları ilə ən çox daşınan yüklər". freight.ady.az (az.). 10 iyul 2023 tarixində arxivləşdirilib.
- ↑ "Azərbaycan Dəmir Yollarının sərnişindaşıma statistikası". ticket.ady.az (az.). 30 may 2023 tarixində arxivləşdirilib.
- ↑ "Biz kimik?". adyexpress.az (az.). 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-06.
- ↑ "Haqqımızda – ADY Container" (az.). (#archive_missing_date) tarixində arxivləşdirilib.
- ↑ ""Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi". mincom.gov.az (az.). 3 iyun 2023 tarixində arxivləşdirilib.
- ↑ "Şimal-Cənub Nəqliyyat Dəhlizi". adyexpress.az (az.). 8 iyul 2023 tarixində arxivləşdirilib.
- ↑ "2000-ci il sentyabrın 12-də Sankt-Peterburq şəhərində imzalanmış "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi haqında Saziş" üzrə Azərbaycan Respublikası tərəfindən səlahiyyətli orqan kimi Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin təyin edilməsi barədə". e-qanun.az. 13 mart 2017 tarixində arxivləşdirilib.
- ↑ 1 2 "Şərq-Qərb dəhlizi". freight.ady.az (az.). 1 iyun 2023 tarixində arxivləşdirilib.
- ↑ "İlk Bakı-Tbilisi-Qars dəmiryolu rəsmən açılıb". BBC News Azərbaycanca (az.). 14 noyabr 2022 tarixində arxivləşdirilib.
- ↑ "Şimal-Qərb dəhlizi". freight.ady.az (az.). 1 iyun 2023 tarixində arxivləşdirilib.
- ↑ "Cənub-Qərb və Şimal-Qərb nəqliyyat dəhlizləri » Teref.az". Teref.az (az.). 11 iyul 2023 tarixində arxivləşdirilib.
- ↑ ""Cənub-Qərb" nəqliyyat dəhlizi ilə buraxılacaq yeni sınaq qatarı Azərbaycandan keçəcək". Report İnformasiya Agentliyi (az.). 21 iyun 2020. 10 iyul 2023 tarixində arxivləşdirilib.
- ↑ "Cənub-Qərb dəhlizi". freight.ady.az (az.). 1 iyun 2023 tarixində arxivləşdirilib.
- ↑ "1341-VQ - "Tranzit və Nəqliyyat üzrə Əməkdaşlıq Sazişinin (Lapis Lazuli Marşrutu Sazişi)" təsdiq edilməsi haqqında". e-qanun.az. 18 fevral 2019 tarixində arxivləşdirilib.
- ↑ ""Tranzit və Nəqliyyat üzrə Əməkdaşlıq Sazişinin (Lapis Lazuli Marşrutu Sazişi)" təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu". president.az (az.). 11 iyul 2023 tarixində arxivləşdirilib.