Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix və coğrafiya fakültəsi — Vikipediya
Tarix və Coğrafiya Fakültəsi | |
---|---|
Azərbaycan Dövlət Pedaqoji Universiteti | |
Yaradılma tarixi | 1922 |
Dekan | Asif Axundov (i.e.) |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Digər məlumatlar | |
Sayt | tarix.adpu.edu.az |
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix və Coğrafiya fakültəsi — Azərbaycan Dövlət Pedaqoji Universitetinin fakültəsi.
Tarixi
[redaktə | mənbəni redaktə et]2015-ci ildən başlayaraq Universitetdə həyata keçirilən struktur deyişiklilərinin gedişi prosesində 2016-cı ilin mart ayının 9-da ADPU-nun Elmi Şurasının 3/87 əmri ilə ləğv olunmuş "Tarix fakültəsi" və "Coğrafiya və Çağırıçaqədər Hazırlıq" fakültələrinin bazasında Tarix və Coğrafiya fakültəsi yaradılmışdır. Fakültənin dekan vəzifəsinin icrası Türk və Şərqi Avropa xalqları tarixi və Tarixin tədrisi metodikası kafedrasının müdiri dos.Rəcəb Əhməd oğlu Əliyevə tapşırılmışdır. 2017-ci ilin fevralın ayının 16-dan fakültə dekanı vəzifəsinə c.ü.f.d. dosent Şahin Məhəmməd oğlu Pənahov təyin olunmuşdur.
Tarix fakültəsi
[redaktə | mənbəni redaktə et]Azərbaycan Pedaqoji İnstitutu təşkil olunduqdan az sonra 1922-ci ilin sentyabrında institutda "Tarix-ictimaiyyat" şöbəsi yaradıldı. 1925–1926-cı tədris ilində artıq institutda tarix-ədəbiyyat şöbəsi fəaliyyət göstərirdi. Həmin tədris ilinin əvvəlində bu şöbə iki müstəqil şöbəyə ayrıldı. Tarix şöbəsinin dekanı vəzifəsinə professor Əziz Übaydulin (1922–1927) təyin edildi. 1923–1924-cü tədris ilində şöbənin nəzdində "Tarix və etnoqrafiya" muzeyi təşkil edildi. 1926–27-ci tədris ilində institutu bitirən tələbələrin 16 nəfəri tarix-ictimaiyyat şöbəsinin məzunları idilər. 1930-cu ildə Pedaqoji İnstitut müstəqil ali məktəb kimi yenidən fəaliyyətə başlayanda "Tarix-ədəbiyyat" şöbəsi yenidən təşkil edildi. Az sonra həmin şöbənin bazasında eyniadlı fakültə yaradıldı. Həmin vaxtlar fakültədə işləyən gənc tarixçilər Həsi Abdulayev, Məhəmməd Bayramov, Həmzə Qasımzadə tariximizin müvafıq dövrlərinin tədqiqində, tarix elminin inkişafında, tarixçi kadrların hazırlanınasında böyük xidmətlər göstərdilər. Kütləvi repressiyalar dövründə (1937–38) fakültənin görkəmli tarixçi alimləri professorlar B.N.Tixomirov (fakültənin dekanı), Ə.Übaydulin, A.S.Bukşpan, V.M.Xuluflu, P.P.Fridolin, dosentlər M.Bayramov, Ə.Salamzadə, H.Qasımzadə və onlarla başqaları qurbanlar arasında idilər. Müharibə ərəfəsində fakültənin dekanı vəzifəsinə Səlimə Əfəndiyeva (1938–1941) təyin edilmişdi. Bu illərdə tarixçilərimiz xeyli elmi uğurlar əldə etdilər. 1946-cı ildə Ümumi tarix kafedrasının müdiri dos. Ə.S.Sumbatzadə, (1947) Azərbaycan tarixi kafedrasının müdiri İsınayıl Hüseynov, Zülfəli İbrahimov (1948) Moskva Dövlət Universitetinin Elmi Şurasında doktorluq dissertasiyası müdafiə etdilər.
50-ci illərdə Tarix fakültəsini 373 azərbaycanlı, 32 nəfər rus, 87 nəfər müxtəlif xalqlardan olan tələbə bitirdi.1957-ci ildə 5 illik təhsil sisteminə keçidlə əlaqədar olaraq Tarix və Filologiya fakültələri birləşdirildi. Birləşmiş fakültəyə rəhbərlik dos. A.Hüseynova, az sonra dos. Ş.Sadıxova tapşırıldı.
5 illik təhsil müddətində tələbələrin bir neçə ixtisasa yiyələnınəsi təcrübəsi tədrisin keyfiyyətinə və kadrların hazırlanınası işinə mənfi təsir göstərirdi. Yol verilən nöqsanları aradan qaldırınaq məqsədilə Respublika hökuməti 11 iyun 1963-cü ildə "Ali və orta ixtisas təhsilini daha da inkişaf etdirınək, mütəxəssislərin hazırlanınasını və onlardan istifadə edilməsini yaxşılaşdırınaq tədbirləri haqqında" qərar qəbul etdi. Həmin qərarda ali pedaqoji məktəblərdə ümumtəhsil məktəbləri üçün yüksək-ixtisaslı tarix müəllimlərinin hazırlanınası vəzifəsi irəli sürüldü.
Təhsil müddəti yenidən 4 ilə endirildi. Bununla əlaqədar olaraq 1963–64-cü tədris ilindən Tarix-filologiya fakültəsi iki müstəqil fakültəyə ayrıldı. Tarix fakültəsinə dos. H.Q.Qasımzadə (1963–74) dekan vəzifəsinə seçildi. Sonrakı dövrlərdə prof. Ə.Ş.Şahmirov (1974–1980), prof. Y.B.Yusifov (1981), prof. D.H.Qüdrətov (1981–1995), dosent R.İ.Əliyev (1995–2006) fakültəyə rəhbərlik etdilər. 2007–2016-cı ilin mart ayına qədər fakültəyə prof. Oqtay Sultanov rəhbərlik etmişdir.
Coğrafiya fakültəsi
[redaktə | mənbəni redaktə et]1921-ci ildə cəmi 6 nəfər tələbə ilə fəaliyyətə başlayan Ali Pedaqoji İnstitutun 1923–24-cü tədris ilində 28 nəfərdən ibarət ilk buraxılışı oldu. Məzunların 14 nəfəri Təbiyyat-coğrafiya fakültəsinin Təbiyyat şöbəsini bitirmişdilər. Təbiyyat-coğrafiya-kimya fakültəsində fəaliyyət göstərən Coğrafıya şöbəsinin bazası əsasında 1934-cü ildə ilk dəfə müstəqil Coğrafiya fakültəsi təşkil edilmiş, coğrafiya ixtisasına uyğun yeni kafedralar yaradılmışdı. Bu şərəfli məsul iş məşhur kartoqraf, professor M.Əliyevin rəhbərliyi altinda həyata keçirilmişdir. Keçən əsrin 50-ci illərində Coğrafiya fakültəsinin dekanı olmuş M.Zülfüqarovun səyi nəticəsində tədris və elmi işlər sahəsində mühüm nailiyyətlər əldə edilmiş, kadr hazırlığı xeyli genişləndirilmişdi. 1959-cu ildə BDU-nun Coğrafiya fakültəsinə birləşdirilən fakültə bir müddət fəaliyyətini dayandırdı. Lakin Respublikanın coğrafiya müəllimlərinə olan ehtiyacını nəzərə alaraq Coğrafiya şöbəsi 1966-cı ildən APİ-nin Kimya-biologiya fakültəsinin nəzdində, 1970–76-cı illərdə müstəqil, 1976–1981-ci illərdə isə Biologiya-kimya fakültəsinin tərkibində fəaliyyət göstərmişdir. 1981-ci ildən Coğrafiya fakültəsi müstəqil fəaliyyət göstərmış və 2002-ci ildən əvvəllər müstəqil fəaliyyət göstərmiş Gənclərin Çağırışaqədər Hazırlıq və fiziki tərbiyə fakültəsi Coğrafiya fakültəsinə birləşdirilmişdir.
Rəhbərlər
[redaktə | mənbəni redaktə et]Fakültə yarandığı gündən fakültəyə bir sıra görkəmli alimlər rəhbərlik etmişlər. Dos. S.B.Məmmədov, dos. Ə.N.Əsədov, prof. Ş.G.Həsənov, prof. X.Ə.Vəliyev, dos. Y.Q.Əliyev, dos. M.C.Əliyev rəhbərlik etmişlər. Əməkdar müəllim, dos. M.C.Əliyevin rəhbərlik etdiyi son dövrdə fakültə xeyli genişlənmiş, menecment, ekologiya kimi yeni şöbələr yaradılmışdır. 2011-cı ilin dekabrından 2016-cı ilin mart ayına qədər fakültəyə dosent Mətanət Əsgərova rəhbərlik etmişdir.
- Tarix fakültəsinə:
- prof.Əziz Übaydulin (1922–1927);
- dos. Səlimə Əfəndiyeva (1938–1941)
- dos. A.Hüseynov, az sonra dos. Ş.Sadıxova;
- dos. H.Q.Qasımzadə (1963–1974);
- prof. Ə.Ş.Şahmirov (1974–1980);
- prof. Y.B.Yusifov (1981);
- prof. D.H.Qüdrətov (1981–1995);
- dos. R.İ.Əliyev (1995–2006);
- prof O.B. Sultanov (2007–2016);
- Coğrafiya fakültəsinə:
- dos.S.B.Məmmədov (1978–1981);
- dos.Ə.N.Əsədov(1981–1989);
- prof. Ş.G.Həsənov (1989–1991);
- prof. X.Ə.Vəliyev (1991–1996);
- dos. Y.Q.Əliyev (1996–2002);
- dos. M.C.Əliyev(2003–2011);
- dos. M.M.Əsgərova (2011–2016);
- Tarix və Coğrafiya fakültəsinə:
- dos.əvəzi R.Ə.Əliyev(2016–2017);
2017-ci ildən dekan vəzifəsini dos.Ş.M.Pənahovdur.
Strukturu
[redaktə | mənbəni redaktə et]- Azərbaycan tarixi kafedrası
- Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrası
- Ümumi coğrafiya kafedrası
- Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi texnologiyası kafedrası
- Ümumi pedaqogika kafedrası
- Fəlsəfə və sosial elmlər kafedrası
İxtisaslar
[redaktə | mənbəni redaktə et]Bakalavr
[redaktə | mənbəni redaktə et]- Tarix müəllimliyi
- Tarix-coğrafiya müəllimliyi
- Coğrafiya müəllimliyi
- Sosial iş
Magistr
[redaktə | mənbəni redaktə et]- Tarix fənninin tədrisi metodika və metodologiyası
- Pedaqogika nəzəriyyəsi və tarixi
- Menecmentin təskili və idarə olunması
- Coğrafiya fənnin tədrisi metodikası və metodologiyası