Azərbaycan Xalq Cümhuriyyəti-İran birgə komissiyası — Vikipediya
Azərbaycan Xalq Cümhuriyyəti-İran birgə komissiyası, iki dövlət arasında əməkdaşlıq haqqında müqavilənin əsaslarını hazırlamaq üçün Parisdə yaradılmış işçi qrup (1919, oktyabr).[1][2]
Komissiyanın tərkibi
[redaktə | mənbəni redaktə et]Komissiyanın tərkibinə Azərbaycan nümayəndələrindən Mir Yaqub Mehdiyev və Ceyhun Hacıbəyli, İran tərəfindən Zəkov Mülk və Mustan Sarüs-Səltənə daxil idi.[1]
Komissiyanın iclasları
[redaktə | mənbəni redaktə et]Oktyabrın 29-da komissiyanın ilk iclası keçirilmişdi. Oktyabrın 30–31-i və noyabrın 1-də müzakirələr davam etdirilmiş, Paris sülh konfransında Azərbaycan nümayəndə heyətinin başçısı Əlimərdan bəy Topçubaşovun Azərbaycan Cümhuriyyəti Nazirlər Şurasının sədrinə göndərdiyi məlumata görə, sonuncu iclasda İran nümayəndələri Azərbaycan nümayəndəliyinin təqdim etdiyi saziş layihəsini qəbul etmişdi.[2]
Sazişin şərtləri
[redaktə | mənbəni redaktə et]Saziş 4 maddədən ibarət idi:
nümayəndəliyinin Sülh konfransına təqdim etdiyi tələbnamə və xəritələrdə göstərilmiş sərhədlərdə, Rusiyada dövlət idarəsi və quraluşunun hansı şəkildə və formada quralmasından asılı olmayaraq, qəti və birdəfəlik ondan (Rusiyadan) ayrılır;
- Qafqaz Azərbaycanının göstərilən hüdudlarında 1918 ilin 28 mayından mövcud olan Azərbaycan Cümhuriyyəti, Bakı şəhəri
paytaxt olmaqla, Azərbaycan Hökuməti tərəfindən ümumi seçki hüququ əsasında çağırılan Azərbaycan Müəssislər Məclisinin müəyyən etdiyi qanunlarla fəaliyyət göstərən seçilmiş prezident və parlamentli müstəqil, demokratik respublika kimi tanınır;
- Azərbaycan Xalq Cümhuriyyəti qonşu İran dövlətilə əsasları və formaları, eyni zamanda, həyata keçirilmə
üsulları İran və Azərbaycan Hökumətlərinin hər iki dövlətin parlamentlərinin bəyəndiyi qarşılıqlı razılığına əsasən hazırlanan və müəyyən edilən siyasi-iqtisadi əlaqələr qurar. Bununla birgə xarici işlər sahəsində İran və Azərbaycan Hökumətlərinin fəaliyyətinin birləşdirilməsi arzu olunur;
- Azərbaycan Cümhuriyyətinin 1-ci və 2-ci bəndlər üzrə yuxarıda
göstərilən məqsədlərə çatmaq, Azərbaycan Cümhuriyyətinin müstəqilliyinin tanınması, onun bütövlüyü və müstəqilliyinə, siyasi, iqtisadi, mədəni və hərbi qüvvələrinin inkişafına hər cür təhdiddən təhlükəsizliyinə nail olmaq üçün İrana göstərilən şəkildə İngiltərənin həqiqi köməyinə ehtiyacı vardır.[1]
Nəticə
[redaktə | mənbəni redaktə et]Məlumatda qeyd edilirdi ki, bütün bu dörd maddə bir-birilə bağlıdır və Azərbaycan nümayəndələrinin özü tərəfindən kimə lazımdırsa, elan edilməlidir. Digər bir qeydə görə, Azərbaycan nümayəndələri ingilis hökumətinin nümayəndələri ilə görüşüb müvafiq izahat verməli idi. Azərbaycan — İran birgə komissiyasının Parisdəki fəaliyyəti az sonra bu ölkələr arasında əməkdaşlığın və işgüzar münasibətlərin yaradılmasında uğurlu başlanğıc oldu. 1920 ilin mart-aprelində Azərbaycan — İran konfransı keçirildi. İki tərəf arasında siyasi, iqtisadi, ticarət, poçtteleqraf, gömrük, konsulluq mübadiləsi və digər məsələlərlə bağlı ikitərəfli müqavilələr imzalandı. İran Azərbaycan Respublikasının müstəqilliyini de-yure tanıyan dövlətlərdən biri oldu.[2]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]- Azərbaycan Xalq Cümhuriyyəti
- Azərbaycan Xalq Cümhuriyyətinin İranda diplomatik nümayəndəliyi
- İranın Azərbaycan Xalq Cümhuriyyətində diplomatik nümayəndəliyi
- Azərbaycan Xalq Cümhuriyyəti-İran müqavilələri
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, Azərbaycan Xalq Cümhuriyyəti-İran birgə komissiyası maddəsi.