Azərbaycanda Fransız İnstitutu — Vikipediya

Azərbaycanda Fransız İnstitutu

Azərbaycanda Fransız İnstitutu (fr. Institut Français d'Azerbaïdjan) — bütün dünyadakı Fransız İnstitututları şəbəkəsinə qoşulmuş mədəniyyət mərkəzidir[1].

Azərbaycanın bir çox nazirlərinin və Fransa parlamenti nümayəndələrinin iştirakı ilə 11 aprel 2005-ci il tarixində rəsmi açılışı olmuşdur[2].

"Le Carrefour" qəzetinin təqdimatı, 5 aprel 2017-ci il[3]

Bakıdakı frankofonların görüş yeri olan bu mərkəz, fransız dilində danışmaq, FransanıFransa mədəniyyətini yaxından tanımaq istəyənlərin üzünə açıqdır[1].

Bu İnstitutun əsas hissəsi olan Mediatekada, mədəni fəaliyyətlərə həsr olunan tədbirlər – sərgilər, konfranslar, animasiyalar və s. təşkil edilir[1]. Fransız İnstitutu həmçinin şəhərin müxtəlif yerlərində də bədii və mədəni tədbirlər təşkil edir[1].

İnstitutunda Fransız dili kursları müasir materiallarla təmin olunmuş dərs otaqlarında keçirilir[1].

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]