Azon zavodu — Vikipediya
Azon zavodu |
---|
Azon zavodu — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisə. Müəssisənin nizamnamə kapitalı 554.928 manatdır. Hazırkı direktoru 2020-ci il sentyabrın 7-də bu vəzifəyə təyin edilmiş Tehran Əliyevdir.[1]
Tarixi
[redaktə | mənbəni redaktə et]"Azon" zavodu 1974-cü ildə "Mikrosxemotexnika" Bakı Xüsusi Konstruktor Bürosunun bazasında yaradılmış və SSRİ Elektronika Sənayesi Nazirliyinin tərkibinə daxil edilmişdir. Burada SSRİ dönəmində kosmik cihazlar da istehsal olunurdu.[2] 1993-cü ildən Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tabeliyində olmuşdur. 2006-cı ilin sentyabr ayından "Azon" zavodu Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. "Azon" zavodu Azərbaycanda inteqral mikrosxemlərin tam istehsalı üzrə ixtisaslaşmış, geniş texnoloji bazaya malik yeganə müəssisədir.[3]
2012-ci ildə yayılmış məlumata əsasən "Azon" zavodunun istehsalat sahəsi hərraca çıxarılıb. Sahəsi 27714,8 m² olan müəssisənin start satış qiyməti 2 milyon 38 min 750 manat, ilkin satış qiyməti 1 milyon 732 min 938 manat olub. Hərracın nəticəsinin nə olması barədə məlumat mövcud deyil.[4] 2017-ci ildə "Azon Zavodu" MMC-nin 1 mln. 365 min 784,5 manat vergi borcu Vergilər Nazirliyi tərəfindən silinib.[5]
Fəaliyyət sahələri
[redaktə | mənbəni redaktə et]Məhsulları
[redaktə | mənbəni redaktə et]- Mikrosxemlər: 133, 155, 169, 170, 533, 555, 556, 561, 564, 589, 1102 seriyalı
- Günəş batareyası elementləri
- Taxta və plastmas məmulatlar
- Azot və oksigen qazlarının maye və qaz halında istehsalı[6]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Azon zavodu"nun direktoru dəyişib [ölü keçid]
- ↑ "Azərbaycanın kosmik gələcəyini Azimov, Harrison və Bredberi yaxınlaşdıra bilər". 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-07.
- ↑ "Müəssisə haqqında". 2018-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-01-13.
- ↑ ""Ozon" zavodu sökülür, yerində nə tikiləcək?". 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-07.
- ↑ "Dövlət qurumlarının 22 mln. manatlıq vergi borcu silinib". 2022-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-07.
- ↑ "Mədət Quliyev nazir kimi hansı işləri görəcək?". 2020-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-07.