Börü Şad — Vikipediya

Börü Şad
𐰋𐰇𐰼𐰃 : 𐱁𐰑
? – ?
MonarxTonq Yabqu xaqan
Şəxsi məlumatlar
Atası Bağa Şad
Uşaqları Xallıq İşbara Yabqu xaqan
Aşina Buçjen
Aşina Mişe
Dini Tenqriçilik

Börü Şad (Əski türkcə: 𐰋𐰇𐰼𐰃 : 𐱁𐰑) - İkinci Fars-Türk müharibəsiÜçüncü Fars-Türk müharibəsi dövründə Qafqazın şadı, yabqusutudunu olmuşdu. 627-ci ildə Dərbənd şəhərini ələ keçirmişdi. O zaman Bərdədə oturan Sasani canişini Sema Vşnosl və ölkənin dini hakimi Vironun yanına elçi göndərib, ölkəni ona tabe etməyi təklif etdi. Knyaz bundan boyun qaçıraraq Sasanilərə sığındı. Katolikos Viro ona müqavimət göstərsə də tezliklə təslim oldu. 630-cu ilin Aprelində Ermənistanda Çorpan Tarxan başçılığında Şah Şəhrvəraz ın komandanlıq etdiyi 10000 əsgərdən ibarət olan Sasani ordusunu məğlub etdi. Həmin il Tonq Yabqu xaqanın ölüm xəbərini eşidib geri qayıtdı.