Bəhməni ailəsi — Vikipediya

Bəhməni ailəsi
Əcdadı Bəhmən Mirzə Qacar
Qohum soylar Mehmandarovlar
Ziyadxanovlar
Naxçıvanskilər
Cavanşirlər sülaləsi
Axundovlar
Talışxanovlar
Bədəlbəylilər
Şahtaxtinskilər Alxanovlar
Dövr 1832-ci ildən etibarən
Mənşəyi Şuşa, Qarabağ
Təbəəliyi Qacarlar dövləti
Rusiya İmperiyası Rusiya imperiyası
Hərbi fəaliyyəti Qacarlar sülaləsinə, Pəvləvilər sülaləsinə, Rusiya imperiyasınaAzərbaycan Xalq Cümhuriyyətinə xidmət etmiş çoxsaylı yüksək rütbəli zabitlər.
Mülki mükafatları Bəhmən Mirzə xəzinəsi

Bəhməni və ya Bəhməni Qacar ailəsiQacar sülaləsinə mənsub olan zadəgan ailələrindən biri. Qacarlar sülaləsi 1784-1925-ci illərdə İranı idarə etmişdir. Məhəmməd şah Qacarın kiçik qardaşı olan Bəhmən Mirzə Qacar (1810-1884) 1841-1848-ci illərdə İran Azərbaycanının canişini, şahzadə naibi olmuşdur.[1]

XIX əsrin son rübündə ailə Rusiyaİran qollarına ayrıldı. Ailənin Rusiya qolu 1886-cı ildə rəsmən çarın əmri ilə zadəgan ailəsi olaraq qeydiyyata alındı. İranda qalmış qol isə Şahın sarayında xidmət edirdi və ənənəvi şahzadə titulu daşıyırdı.[2] Bəhmən Mirzə adətən özü və yetkinlik yaşına çatmış oğlanları üçün Nəvvab ünvanından istifadə edirdi.[3] bu sözün mənası alihəzrətləri deməkdir. Bəhmən Mirzənin oğlanları İmperial RusiyaAXC Milli Ordusunda yüksək rütbəli zabitlər kimi xidmət etmişdirlər. Onlar Oktyabr inqilabına kimi Çara, ondan sonra isə AXC-ə xidmət etmişdirlər. Azərbaycanın sovetlər tərəfindən işğalından sonra Bəhmən Mirzənin övladları ya edam edilmiş, ya da İrana qaçmışdırlar.

Ailənin tarixi

[redaktə | mənbəni redaktə et]

Qacar sülaləsində hakimiyyət ötürülməsi primogenitur yolla həyata keçirdi, lakin bu ilk dünyaya gəlmiş kişi şahzadənin taxta çıxması deyildi. Taxta çıxan şahzadə ən böyük Qacar imperatriçasından dünyaya gəlmiş şahzadə olmalı idi. Bütün digər şahzadələrin hamısı legitimliyə malik idilər amma taxta çıxmağa haqları yox idi.[4][5][6]

Bu qayda XIX əsrin birinci yarısında şahzadələrdən bol olan ailə içində bir neçə dəfə toqquşmalara səbəb oldu. Ən yaşlı şahzadələr çox zaman atalarının sevimlisi və güclü valilər olurdular. Belə olduğu halda, onlar hakimiyyətin onlardan daha kiçik qardaşlarına və ya qardaşı oğlanlarına keçməsini qəbul etmək istəmirdilər.

Bəhmən Mirzə Abbas Mirzənin qohumu və əsas arvadı olan Ayşədən olan dördüncü oğlu idi. Ayşə Məhəmməd xan Qacar Dəvəlinin qızı idi. Abbas Mirzə özü də Fəthəli xanın dördüncü oğlu idi və atasının yerinə vəliəhd olmuşdu. Onun anası şahın əsas arvadı və Fəthəli xan Qacar Dəvəlinin qızı I Asiyə idi.

1833-cü ildə Abbas Mirzə vəfat edərkən, Fətəli şah onun böyük oğlu Məhəmməd Mirzəni yeni vəliəhd şahzadə olaraq seçdilər. Bəhmən Mirzə onun kiçik qardaşı idi. Məhəmməd Mirzə ağır xəstəlikdən əziyyət çəkirdi və monarx olmaq üçün zəif şəxs idi. Buna görə də, Bəhmən Mirzə, habelə RusiyaBritaniya varislik haqqının Bəhmən Mirzəyə keçməsi üçü israr etməyə başladılar. Bu zaman Məhəmməd Mirzə artıq Qacar tayfasına mənsub olan arvadından doğulmuş şahzadəyə malik idi. Bu israrlar heç bir nəticə vermədi və Məhəmmməd şah oldu. Ondan sonra da oğlu Nəsrəddin şah Qacar şah elan edildi. Bundan sonra, Bəhmən Mirzə Azərbaycanın valisi vəzifəsini icra etmək, qardaşının canişini və kiçik qardaşı oğlunun naibi olmaq istəyirdi.

1847-ci ildə Bəhmən Mirzə saray çəkişmələrinə görə şahın gözündən düşdü və 1848-ci ildə Rusiyaya sürgünə getməyə məcbur oldu. İlk öncə o, Tiflisə hərəkət etdi və 1853-cü ildə Qarabağa köçdü. Ailə Şuşa şəhərində məskunlaşdı və burada böyük yay sarayına və daşınmaz əmlaka sahib oldu. Çox sayıda ailə üzvü Peterburqdakı imperial sarayında xidmət etmiş və AXC zamanı məşhur fiqurlara çevrilmişdilər. 1872-ci ildə Bəhmən Mirzənin oğlanlarından biri öz əmisi oğlu Nəsrəddin şahla razılığa gəlir və Nəsrəddin şah onları bağışlayır və onlara Tehrana geri dönməyi təklif edir.[3]

Bəhmər Mirzənin 31-i oğlan, 30-u qız olmaqla, 61 övladı olsa da, onlardan yalnız 50-i körpəlikdən sağ çıxmağı bacarmışdır. Beləliklə, o, Azərbaycan Qacarları sülaləsinin atası olmuşdur. Bu ailə Bəhməni-Qacar adlandırılsa da, soyad kimi Bəhmənov, Bəhmənoğlu və Qacar soyadlarından istifadə etmişdirlər. İrandakı qol isə Bəhmən və Bəhməni soyadlarını daşımışdır.[2] Bəhmən Mirzənin xeyriyyə tədbirlərində adları tez-tez hallanan qızlarının hamısı da, ən məşhur Azərbaycan ailələrindən olan insanlarla ailə həyatı qurmuşdurlar. Bu ailələrə misal olaraq Bədəlbəyliləri, Axundovları, Vəzirovları, Tağıyevləri, Şahtaxtinskiləri, Bəylərbəyovları, Mehmandarovları, Abbasovları, Muradovları və Mirzəyevləri göstərmək olar.[7]

Ailənin gerbi qədim Şir-i Xurşid embleminə əsaslanır. Bu empleb XII əsrdə Səlcuqlular dövründən istifadə edilməkdədir. 1785-ci ildə Ağa Məhəmməd xan emblemi rəsmən qəbul etdi və 1803-cü ildə Fətəli şahın dövründə torpaqların simvolu şah sülaləsinin də simvolu kimi qəbul edildi. 1871-ci ildə hal-hazırkı vəiyyətində çap edildi.

Şahzadə Ənuşirəvan Mirzə 1881-ci ildə Təbrizin hakimi olarkən öz mühafizəçiləri ilə.
1869-cu ildə Bəhmən Mirzənin övladları.

Şahzadə Bəhmən Mirzə 11 oktyabr 1810-cu ildə Tehranda anadan olmuş, 11 fevral 1884-cü ildə Şuşada vəfat etmişdir. O, vəliəhd şahzadə Abbas Mirzənin dördüncü oğlu idi. Anası isə Ayşə (Cahan) Xanım Dəvəli olmuşdur. O, həmçinin şah Məhəmməd Qacarın kiçik qardaşıdır. 1831-1834-cü ildə Ərdəbilin, 1834-cü ildə Tehranın canışını və sipəhsəları olmuş, 1836-1841-ci illərdə Borucerdin, Luristanın və Həmədanın qubernatoru (bəylərbəyi) olmuşdur. 1842-1847-ci illərdə Azərbaycanın valisi və Təbrizin hakimi olmuşdur.

31 oğlu və 30 qızı olmuşdur. Onlardan bəzisi Azərbaycan Qacar ailələrinin (Persidski, Bəhmənov və Qacar ) əcdadlarıdır.

31 oğlu:

Mələk Sultan Xanımdan olan övladları:

  • 1.Şahzadə Ənuşirəvan Mirzə Ziya-üd Dövlə Əmir Tuman (d. 19 avqust 1833, Ərdəbil - ö. 23 oktyabr 1899, Şuşa, Qarabağ) - Turşizin qubernatoru (1873), 1881-1882-ci illərdə Təbrizin hakimi, Semnanın, Damğanın və Şahrudun (1884-1886, 1898-1899), Borucerdin və Luristanın (1888-1889) qubernatoru. O, Gəlin Xanım Badie-ül-Camal Xanımla evlənmişdir. O, Məhəmməd Həsən xan Sərdar İrəvaninin qızıdır. O, həmçinin dayısı şahzadə Əmir Teymur Mirzə Hessami-Qacarın qızı ilə evlənmişdir. Əmir Teymurun atası Məhəmməd Tağı Mirzə ilə Hüseyn xan Dünbulinin övladıdır.
    • Şahzadə Məleykə Afaq Xanım (d. 1864, Təbriz - 26 oktyabr 1917, Tehran) - ilk öncə 1880-ci ildə Behnam ailəsindən (Azərbaycan mustofhiləri) Mirzə Hüseynlə ailə qurmuş, 1898-ci ildə Tehranda boşanmışdırlar. 1898-ci ildə Xoy xanlarının nəslindən olan Səfər xan Dünbilinin oğlu Əmənulla xan Ziya-üs Soltanla ailə qurmuş və 1931-ci ildə Hamburqda boşanmışdırlar. 3 oğlu və 1 qızı olmuşdur. Əli Əkbər Bəhmənin anasıdır.
    • Şahzadə Mələkzadə Xanım Sana-üd Dövlə Bəhrami ilə evlənmişdir.
  • 2. Şahzadə Cəlaləddin Mirzə (d. 1836 - ö. 1870) - Rusiya ordusunda mayor, İran ordusunda general-mayor, şair və tarixçi. Şəfi xan Qacarın atasıdır.
  • 3. Şahzadə Rzaqulu Mirzə (d. 1837, İran - d. 1894, Peterburq) - Rusiya ordusunda general olmuşdur.

Şahzadə Xanımdan olan övladları:

  • 4. Şahrux Mirzə (d. 1844, İran - d. 1915, Bakı) - Rusiya ordusunda polkovnik.
  • 5. Nəsrullah Mirzə (d. 1848) - Nijni-Novqorod Draqon Alayında polkovnik. İrana geri dönmüşdür.
  • 6. Məhəmməd Əli Mirzə (d. 1849) - İsfahanda İran Kazak Diziviyasının komandanı.

Məleykə Cahan Xanımdan olan övladı:

  • 7. Xan Ababa xan Mirzə (d. 1849- d. 1926) - Rusiya ordusunda polkovnik.

Mehr Fərid Xanımdan olan övladları:

  • 8. Abdülsəməd Mirzə (d. 1851, Tiflis - 1924, Şuşa) Rusiya ordusunda polkovnik.
  • 9. Qoflan ağa Mirzə (d. 1851)
  • 10. Əziz xan Mirzə (d. 1851)
  • 11. Mahmud Mirzə (d. 1853) - Rusiya ordusunda general.
  • 12. Əmir Kazım Mirzə (d. 1853 - ö. 1920) - Rusiya ordusunda general-mayor.
  • 13.Əmirxan Mirzə (d. 1864)

Kuçek Bərdə Xanımdan olan övladları:

  • 14. Əliqulu Mirzə (d. 1854 - ö. 1920) - Rusiya ordusunda general-mayor.
  • 15. Heydərqulu Mirzə (d. 1855 - ö. 1918)
  • 16. Xancahan Mirzə (d. 1855) - Rusiya ordusunda polkovnik.
  • 17. İmamverdi Mirzə - İrana geri dönmüşdür.
  • 18. Xan Aləm Mirzə (d. 1865)
  • 19. Keyqubad Mirzə (1867-1923) - Bəhmənov ailəsinin əsasını qoyan şəxs.
  • 20. Qulamşah Mirzə (d. 1867 - d. 1918)
  • 21. Ərdəşir Mirzə (d. 1875)

Çiçək Xanımdan olan övladları:

  • 22. Əmənulla Mirzə (d. 1857, Şuşa - ö. 1937, Tehran) - Rusiya ordusunda general-mayor, Azərbaycan ordusunda komandan. Sonradan irana geri dönmüş və onun qurucularından biri olmuşdur.
  • 23. Elxani Mirzə (d. 1858 - ö. 1901)
  • 24. Hümayun Mirzə (d. 1860)
  • 25. Seyfulla Mirzə (d. 1864 - ö. 1926) - Rusiya ordusunda polkovnik.
  • 26. Şahqulu Mirzə (d. 1871)
  • 27. Məhəmməd Mirzə (d. 1872 - ö. 1920) - Rusiya ordusunda general-mayor.

Xandan Xanımdan olan övladı:

28. Sahibqıran Mirzə - İrana geri dönmüş və 1903-cü ildə Müzəffərəddin şah Qacarın xidmətinə girmişdir.

Digərlərindən: 29. Allahverdi Mirzə (d. 1866) 30. Seyfülməlik Mirzə 31. Bahaəddin Mirzə (d. 1855)

Qızları:

  • 1. Məryəm Səltənət Xanım (d. 1836 - ö. 1866) - Qarabağ xanlarının nəslindən olan Beqdad bəylə evlənmiş, bir qızı və oğlu olmuşdur.
  • 2. Azəri Hümayun Xanım (d. 1838) - Gəncənin Qacar-Ziyadoğlular nəslindən olan Əbülfəth xan Ziyadxanovla evlənmişdir. 3 oğlu və 5 qızı olmuşdur.
  • 3. Rovşandə Soltan Xanım (d. 1846) - Hacı Böyük Murad bəy Nurubəyovla evlənmiş, bir oğlu və bir qızı olmuşdur.
  • 4. Qızıxanım Xanım Tacülmülk (d. 1847, Təbriz) - Qarabağ xanları nəslindən olan Məhəmməd Qasım ağa Cavanşirlə evlənmişdir.
  • 5. Sabiyə Xanım - Gəncədəki Nizamiyyə Puşkin Kitabxanasının qurucusudur.
  • 6. Nəvvab Ağa Xanım - İsmayıl xanla evlənmişdir.
  • 7. Mələk Şəfəq Xanım
  • 8. Zərri Xanım (d. 1864 - ö. 1943) - Kərim bəy Mehmandarovun ikinci həyat yoldaşı. 3 oğlu və 5 qızı olmuşdur.
  • 9. Xurşid Xanım - Zəfər Əli bəy Vəlibəyovla evlənmişdir. Bir oğlu və 2 qızı qızı olmuşdur.
  • 10. Xanzadə Xanım - bir oğlu olmuşdur.
  • 11. Keykab Xanım
  • 12. Abbasə Xanım (d. 1865) - Rza bəy Sadıqbəyovla evlənmişdir. 1 oğlu və 3 qızı olmuşdur.
  • 13. Nurcahan Xanım (d. 1868 - ö. 1955) - 1890-cı ildə Mustafa bəy Ağayevlə evlənmişdir. Bir oğlu və 5 qızı olmuşdur.
  • 14. Turan Xanım
  • 15. Əşrəf Xanım - Naxçıvan xanları nəslindən olan Xahan xan Naxçıvanski ilə evlənmişdir.
  • 16. Mənzər Xanım - Nəsir bəy Cavanşirlə evlənmişdir. Nəsir bəy Qarabağ xanları nəslindəndir.
  • 17. Behcət Xanım - Nəsir bəy Cavanşirlə evlənmişdir. Nəsir bəy Qarabağ xanları nəslindəndir.
  • 18. Nurəlleyn Xanım
  • 19. Firuzə Xanım - Firudin bəylə evlənmiş və bir oğlu olmuşdur.
  • 20. Fəxrüssəltənə Xanım
  • 21. Şəhzdi Xanım - Şəmşəddil sultanları nəslindən olan Süleyman ağanın oğlu Əbülfəth ağa ilə evlənmişdir. Süleyman ağanın arvadı Səidə Bəyüm də Gəncənin Qacar-Ziyadoğlu nəslindəndirlər.[8]

Məşhur üzvlər

[redaktə | mənbəni redaktə et]
  1. "Arxivlənmiş surət". 2007-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-11.
  2. 1 2 Adenin Remy: Almanach de Bruxelles: "The Qajar Dynasty" (internet 2015).
  3. 1 2 Arian Kazem Zarrinkafsch-Bahman (Qajar). "The Bahman (Qajar) Ancestors". zarrinkafsch-bahman.org. 2015-04-08 tarixində orijinalından arxivləşdirilib.
  4. Heribert Busse: History of Persia during the Qajar Rule, p. 106.
  5. "Qajar (Kadjar) Succession". www.qajarpages.org. 2022-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-11.
  6. This order was set as legal act with the constitution of 1906 with the supplement of the mother's Iranian descent.
  7. Genghis Kadjar: Kadjars, p. 94 f.
  8. Arian Kazem Zarrinkafsch-Bahman (Qajar). "The Line of Bahman Mirza – The House of Zarrinkafsch-Bahman (Qajar)". zarrinkafsch-bahman.org. 2009-05-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-10.
  • Eldar Ismayilov: A Persian Prince of the Qajar House in the Russian Empire, Moscow, 2009.
  • Genghis Kadjar: The Kadjars, Baku, 2003.
  • Mohammad Ali Bahmani-Qajar: Some Remarks about Prince Bahman Mirza Qajar, Tehran 2012.
  • Arian K. Zarrinkafsch-Bahman, The Bahman-Qajar Ancestors
  • Bahmani-Qajar (Kadjar)