Bakir Haşımov — Vikipediya
Bakir Haşımov | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Ağdam rayonu, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | xanəndə |
Janrlar | muğam, xalq musiqisi |
Musiqi aləti | qaval |
Bakir Musa oğlu Haşımov — XX əsr Azərbaycan xanəndəsi.
Həyatı
[redaktə | mənbəni redaktə et]Qarabağ xanəndəlik ənənələrinin davamçısı olan Bakir Haşımov Uşaq vaxtlarından musiqiyə böyük həvəs göstərmiş, ustad xanəndələrdən eşitdiyi muğamları və təsnifləri böyük şövqlə el şənliklərində ifa etmişdi. 1950-ci illərdə Bakıda ADMM-də professional musiqi təhsili almışdır. Seyid Şuşinskinin sinfində bütün muğam dəstgahlarını öyrənmişdir.[1]
Yaradıcılığı
[redaktə | mənbəni redaktə et]Bakir Haşımov yumşaq tembrli səsə malik idi, onun ifasında lirik xarakterli muğamlar xüsusi bir məlahətlə səslənir və sevilirdi. Həmin illərdə B. Haşımovun ifaçılığı bəstəkarlardan Fikrət Əmirovun və Niyazinin diqqətini cəlb etmiş və onu Azərbaycan Dövlət Opera və Balet Teatrına solist dəvət etmişlər. B. Haşımovun yaradıcılığının əsas hissəsi bu teatrla bağlı olmuşdur. O, səhnədə Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasında Məcnun, İbn Səlam, "Əsli və Kərəm" operasında Kərəm surətlərini böyük məharətlə ifa etmiş və xalqın yaddaşına həkk olunmuşdur.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 "Bakir Musa oğlu Haşımov - Muğam Ensiklopediyası". 2023-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-29.