Balaş Abbaszadə — Vikipediya

Balaş Abbaszadə
Balaş Əlizaman oğlu Abbaszadə
Doğum tarixi 20 aprel 1950(1950-04-20)
Doğum yeri
Vəfat tarixi 7 may 2005(2005-05-07) (55 yaşında)
Vəfat yeri
Uşağı
Təhsili
Fəaliyyəti yazıçı, jurnalist

Balaş Abbaszadə (tam adı: Balaş Əlizaman oğlu Abbaszadə; 20 aprel 1950, Bakı7 may 2005, Bakı) — tarixçi-müəllim; yazıçı, jurnalist. Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1990); pedaqoji elmlər doktoru.[2]

Balaş Abbaszadə 1950-ci il aprelin 20-də Bakı şəhərində anadan olub.

Bakı şəhəri Yasamal rayonu 21 nömrəli məktəbi bitirdikdən sonra ordu sıralarında xidmət etmişdir.

Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirib.

1980-ci illərdə Xanlar (indiki Göygöl) rayonunda məktəblərarası tədris-istehsalat kombinatının direktoru, daha sonra həmin rayonun Qarabağlar kənd orta məktəbinin direkotru, sonralar isə Maarif Nazirliyində inspektor, eləcə də şöbə rəisi vəzifəsində işləmişdir.[2]

1989–cu ildə Elmira Qafarovanın əmri ilə Azərbaycan Respublikası Milli Məclisi sədrinin köməkçisi təyin edilib.[3] 1996-cı ilə qədər həmin vəzifədə çalışıb. Bu dövrə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin köməkçisi vəzifəsi də daxildir. 1990-cı il 20 yanvar gecəsi Elmira Qafarovanın səsləndirdiyi bəyənatın ərsəyə gəlməsində xidmətləri olmuşdur. Bəyənatın mətninin müəlliflərindən biridir. Bundan başqa 1991-ci il müstəqillik aktının hazırlanmasında da yaxından iştirak edib.

1996-cı ilin mayında, Milli Məclis sədrinin köməkçisi işləyərkən qondarma ittihamla həbs olunmuş və Bakı Şəhər Məhkəməsinin 3 aprel 1997-ci il tarixli hökmü[4] ilə uzunmüddətli həbs cəzasına məhkum edilmişdir. Təyin olunmuş cəzanın təxminən üçdəbirini çəkəndən sonra o, prezidentin əfv fərmanı sayəsində 1999-cu il iyulun 11-də azadlığa buraxılmışdır.[2]. Daha sonra həyatını təsisçisi olduğu Sirdaş qəzetinin fəaliyyətinə həsr edib. Azərbaycan, rus və çuvaş dillərini mükəmməl bilirdi.

7 may 2005-ci ildə vəfat edib.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Müntəzəm olaraq dövri mətbuatda müxtəlif mövzulu yazılarla çıxış etmişdir. 1990-cı ildə Azərbaycan Jurnalistlər Birliyinin üzv qəbul olunmuşdur.[2]

1992-ci ildə "Sirdaş" adlı müstəqil qəzet təsis eləmişdir.[2] Qəzetinin ayrı-ayrı buraxılışları yüz min nüsxə tirajla rus, fars, türk və erməni dillərində çap edilərək müvafiq ərazilərdə yayılırdı. Bu dillərdə Xocalı Soyqırımı həqiqətləri ilə bağlı yazılar dərc edilmiş və bu müxtəlif ölkələrdə pulsuz paylanmışdır. Devizi "Özünü tanı və özünü tanıt!" olan maarifçi missiyalı həmin qəzetə görə Balaş "Qızıl qələm" mükafatı almışdır.[2] Azərbaycanda Heydər Əliyev haqqında yazılmış ilk kitabın (Günəş kimi parlaq) müəllifidir. Bundan başqa Heydər Əliyevə həsr olunmuş "Qətiyyətin təntənəsi" kitabının baş məsləhətçisi olub.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

2 il ərzində namizədlik və doktorluq dissertasiyalarını yazıb rusca müdafiə eləmişdi. Namizədlik dissertasiyasını Kiyevdə, doktorluq dissertasiyasını isə Daşkənddə müdafiə edib.[2]

Həm Azərbaycan və həm də rus dillərində çap olunmuş 10-dək publisistik kitabın, bir neçə metodik vəsaitin, tədris proqramının, sayı-hesabı bilinməyən qəzet-jurnal məqaləsinin müəllifi idi.

  • "Günəş kimi parlaq" Heydər Əliyev şəxsiyyəti mətbuat prizmasında…
  • "Söz İstəyirəm"
  • "Прерванная встреча" (rus dilində)
  • Bir portretin nağılı… (jaurnalist Tahir Paşazadə haqqında kitab) Bakı, "Ozan", 2010. (Eldar Sadıq ilə birlikdə)[5][6]
  1. http://www.mediaforum.az/az/print/2013/05/13/D%C9%99rdi-d%C9%99rd-%C3%A7%C9%99k%C9%99n-bil%C9%99r-Yadda%C5%9F%C4%B1m%C4%B1n-k%C3%BCnc%C3%BCnd%C9%99n-030852554c04.html.
  2. 1 2 3 4 5 6 7 Sitat səhvi: Yanlış <ref> teqi; Şakir YAQUBOV adlı istinad üçün mətn göstərilməyib
  3. "Tarix üçün... tarix haqqında". 2019-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-10.
  4. "Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş bir sıra şəxslərin əfv edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 10 iyul 1999-cu il tarixli, 152 nömrəli Fərmanı. Arxivləşdirilib 2022-09-26 at the Wayback Machine  (az.)
  5. "Mənalı ömrün unudulmaz məqamları". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-10.
  6. ""Bir portretin nağılı..." kitabı" (PDF). 2019-07-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2013-06-10.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]