Banan — Vikipediya

Banan
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Bananbanankimilər fəsiləsindən çoxillik ot bitkisi cinsi.

Qısa gövdəli və iri kökümsovlu hündür, bəzən də nəhəng otdur. Vətəni Asiya, AfrikaAvstraliyanın tropik və subtropik bölgələridir. 70-ə yaxın növü var. İstisevən hibrid növləri (M. paradisiacaM. sapientum) daha çox yayılmışdır. Kökdən çıxan iri, qınlı yarpaqları çoxqatlı boru — yalançı gövdə əmələ gətirir. Bircinsiyyətli və ikicinsiyyətli çiçəkləri nəhəng salxımı xatırladır. Meyvələri salxımda toplaşır, hər salxımda 300-ə qədər meyvə olur, ümumi kütləsi 50–60 kq-a çatır. Yeyilir, qurudulur, konserv, marmelad, şirə, şərab, banan unu və s. hazırlamaq üçün istifadə edilir. Bar verdikdən sonra yerüstü hissə quruyub məhv olur. M. textilis növünün yalançı gövdəsindən toxuçuluq sənayesi üçün lif, dəniz burazı, balıq ovunda işlədilən ip alınır. Azərbaycanda (Lənkəran, Zaqatala və Gəncədə) M. basjoo növü dekorativ bitki kimi əkilir. Hazırda Ensete (E. ventricosum) cinsinə aid edilən Efiopiya bananı (M. ensete) Afrikada yeyinti və toxuculuqda istifadə edilmək üçün becərilir.

Bananlar

Banan əsasən tropik bölgələrdə bitir. Banan hələ kal olanda yığılır və daşınma zamanı yetişir. Bananın vətəni Hindistandır, məhz buradan dünyanın bütün tropik zonalarına yayılıb. Bu meyvə VII yüzillikdən insana "xidmət edir". Banan tingəsini Cənubi Amerika qitəsinə XVI yüzillikdə ispan keşişi Tomas de Berlanka gətirib. Ekzotik meyvə şəraitə uyğunlaşdı və əhalinin xoşuna gəldi. Əgər banan bizim üçün ekzotik meyvədirsə, onlar üçün çörək, kartof və hətta əti də əvəz edən ucuz, kalorili qidadır.

Biz ağ, yumşaq və dadlı özəyi, sarı qabığı olan banana adət etmişik, Amma onun həm də çəhrayı, qırmızımtıl, bənövşəyi və qara qabıqlıları da var. Bu növlər çox zərifdir və daşınmaya davam gətirmir. Meyvənin ölçüləri də müxtəlifdir və nisbətən kiçikölçülü olan "cırtdan" banan çox dadlı sayılır.

Bananın 300-ə yaxın növü olsa da, istehlak baxımından iki növə ayrılır: şirin və nişastalı. Birinci çiy halda yeyilir, yetərincə bərk olan ikincisi isə tamına görə kartofu xatırladır. O, qızardılır, pörtlədidir, balıq və ət xörəklərində istifadə edilir. Bir çox ölkələrdə banan yarpağından boşqab kimi istifadə olunur.

Hipertoniklər gündə 1–2 ədəd banan yeməklə təzyiqlərini 10% endirə və bununla da insult riskini azalda bilərlər. Gündə 5 ədəd banan yemək isə qan təzyiqini endirmək üçün lazım olan dərmanları iki dəfə azaldar.

Dörd fərqli banan sortu

Bananın tərkibində 14–22% şəkər, 5–8% nişasta, 1,5%-dək protein olur. Bananın tərkibində çoxlu karbol olduğundan adamı tez doyuzdurur. Lətində orqanizmin müdafiə funksiyalarını möhkəmlədən, soyuqlamanın qarşısını alan xeyli miqdarda askorbin turşusu var. Banan C, A, B vitaminləri və maqniumla zəngindir. Onlar maddələr mübadiləsini yaxşılaşdırır, bədəndəki şlak və mayeni xaric edir, qandakı xolesterinin səviyyəsini aşağı salır, immuniteti bərpa edir, əsəbləri sakitləşdirir. Buna görə də bir çox idmançılar, xüsusən də tennisçilər yarışdan öncə və sonra banan yeyirlər. Banan mədəsində yara olanlara çox faydalıdır. Alimlər iddia edirlər ki, banan hüceyrələrin və mədənin selikli qişasının bərpasına yardım edir. Bananın mineral tərkibi (mq/100 qr.) aşağıdakı şəkildədir: kalsium-5, mis-az miqdarda, dəmir-0,4, maqnezium-29, marqan-az miqdarda, fosfor-27, kalium-35,8, selen-1,3, natrium-1, sink-az miqdarda.

Banan qabığı

[redaktə | mənbəni redaktə et]

American Chemical Society mütəxəssisləri hesab edirlər ki, banan qabığını ağır metalları sudan təmizləmədə istifadə etmək olar. Alimlərin təqdim etdiyi hesabatda deyilir ki, doğranılmış banan qabığı suyun təmizlənməsi üçün nəzərdə tutulan digər müasir materiallara nisbətdə daha yaxşı nəticələr göstərir. Günümüzdəki mövcud olan sənaye istehsalı suyu mis və qurğuşun kimi metallarla çirkləndirir. Bu metallar insan orqanizminə zərərli təsir edir. Hal-hazırda ağır metalların sudan təməzlənməsi metodları çox bahalıdır və onda istifadə olunan bəzi maddələr özləri zəhərli sayılır. Tədqiqatçıların fikrinə görə, suyun təmizlənməsində baha başa gəlməyən, amma effektiv olan banan qabığının istifadəsi düzgün qərardır. Banan qabığı suyu qurğuşun və misdən başqa materialara nisbətdə daha yaxşı təmizləyir. Banan qabığından hazırlanan quraşdırmaları effektivliyi düşmədən 11 dəfə işlətmək olar.[1]

"Quran"da banan haqqında belə bir ifadə var:

"Meyvələri salxım-salxım silsilə banan ağacları."[2]

  • Əli Polad. Bir damla su. I cild. Bakı,2011.
  • C. İ. Əhmədov, N. T. Əliyev. Meyvə və tərəvəzin əmtəəşünaslığı (Dərslik). — Bakı, 2009.
  1. "Banan qabığı suyu təmizləməyə qadirdir". 2011-03-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-03-19.
  2. Quranda adı çəkilən bitkilər Arxivləşdirilib 2013-07-29 at the Wayback Machine  (az.)