Beren Saat — Vikipediya

Beren Saat
Doğum tarixi 26 fevral 1984(1984-02-26) (40 yaş)
Doğum yeri
Vətəndaşlığı
Həyat yoldaşı
Fəaliyyəti kino aktrisası
Fəaliyyət illəri 2003-cü ildən
Təhsili
IMDb ID1754321
berensaat.com.tr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Beren Saat (26 fevral 1984, Ankara) — məşhur Türk aktrisa.

Beren Saat 26 fevral 1984-cü il tarixində Ankarada dünyaya göz açıb. Atası Hüseyn futbolçu, anası Ayla isə müəllimdir. Özündən böyük Cem adlı qardaşı var. İlk dəfə "Aşkımızda ölüm var" serialında rol alıb. Daha sonra Eşqə sürgündə Zilan, "Xatırla sevgili"-də Yasəmən obrazını canlandırıb. 2008–2010-cu illərdə Aşk-ı Memnu serialında Bihtər Ziyagil obrazını canlandırıb, hansı ki onu bütün dünyada tanıdıb və bu roluna görə daha çox sevilib. Daha sonra isə "Fatmagülün suçu nə?", İntiqam kimi seriallarda da oynayıb. Son olaraq 2015-ci ildə Möhtəşəm Yüz İl Kösəm serialında Kösəm Sultan rolunu canlandırıb. 2014-cü ildə Kənan Doğulu ilə Los Ancelesdə ailə qurub. Nəhayət, 2019-2021-ci illərdə Netflix-də yayımlanan "Atiye" serialında və 2023-cü ildə Netflix-də yayımlanan "İstanbul İçin Son Çağrı" filmində rol aldı. İngilis və ispan dillərini bilir, vokal ilə maraqlanır. Ona "Türkiyənin alnazı" da deyirlər.

  • Aşkımızda Ölüm Var (2004) - Nermin
  • Aşka Sürgün (2005) - Zilan Şahvar Azizoğlu
  • Hatırla Sevgili (2006) - Yasemin Ünsal
  • Avrupa Yakası (2007) 121. bölüm - Özü/Yasemin Ünsal
  • Güz Sancısı (film, 2008) - Elena
  • Aşk-ı Memnu (2008) - Bihtər Yöreoğlu Ziyagil
  • Gecenin Kanatları (film, 2009) - Gecə
  • Fatmagül'ün Suçu Ne? (2010) - Fatmagül Ketenci
  • Oyuncak Hikayesi 3 (animasiya, 2010) - Barbie (dublyaj)
  • İntiqam (2013) - Yağmur Özden/Derin Çelik
  • Mənim Dünyam (film, 2013) - Ela Bayındır
  • Möhtəşəm Yüz İl Kösəm (teleserial, 2015) - Mahpeyker Kösəm Sultan
  • Atiye (internet serialı, 2019-2021) - Atiye Özgürsoy
  • Night on Earth (sənədli film, 2020) - Özü, (Təqdimatçı-Səsləndirici)
  • İstanbul İçin Son Çağrı (2023) - Serin YIlmaz

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]