Bermud adaları — Vikipediya
Bermud | |||||
---|---|---|---|---|---|
Bermuda' və ya The Somers Isles | |||||
| |||||
Quo Fata Ferunt, Whither the Fates carry (us), Каквото съдбата донесе | |||||
Rəsmi dilləri | |||||
Paytaxt | Hamilton-11 min(2011-ci il) | ||||
İdarəetmə forması | konstitusiyalı monarxiya | ||||
Kraliça | II Elizabet | ||||
Qubernator | ser Riçard Gazney | ||||
Baş Nazir | Maykl Dankli [V.2014 ~] | ||||
Sahəsi | Dünyada 227-ci | ||||
• Ümumi | 53,2 km² | ||||
• Su sahəsi (%) | 26 | ||||
Əhalisi | |||||
• Əhali | 67 min nəfər (204-cü) | ||||
• Siyahıyaalma (2010) | 64 237 nəf. | ||||
• Sıxlıq | 1260 nəf./km² | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | 5 600 million dollar (168-ci) | ||||
• Adambaşına | 86 000 dollar (3-cü) | ||||
Valyuta | Bermud dolları | ||||
İnternet domeni | .bm | ||||
ISO kodu | BM | ||||
BOK kodu | BER | ||||
Telefon kodu | +1441 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sol[d] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Bermud üçbucağı (və ya Şeytan üçbucağı) — Atlantik okeanın şimalında Florida, Bermud adaları və Puerto Rikonu birləşdirən şərti xətlərin əhatə etdyi üçbucaq ərazidir. Təqribən yarım milyon kvadrat mil sahəni tutur. Bermud üçbucağı burada çoxlu itmiş obyektə görə sirli yer və anomal zona sayılır. Şeytan üçbucağı və ya Şeytan dənizi kimi tanınan Bermud üçbucağı okeanın təqribən yarım milyon kvadrat mil (1.2 milyon km²) sahəsini tutur. Bu sahə gəmilərin, qayıqların və təyyarələrin itdiyi yüksək qəza bölgəsi kimi qeyd edilmişdir. Bermud üçbucağı kütləvi informasiya vasitələrinin təqdimatında naməlum fizika qanunlarının etibarlı olduğu və ya fizika qanunlarının işləmədiyi qeyri-adi bölgə kimi məşhurlaşmışdır. Bu üçbucaqda bir çox təyyarə və gəmilərin qeybə çəkildiyi kimi bir inanc olduğu halda, ABŞ və bir çox digər dövlətlərin statistikaları bu cür qəzaların digər səyahət bölgələrində də çox olduğunu təsdiq edirlər.
On illər boyunca burada baş verən bir çox qəribə hadisələr haqqında dəqiq informasiya verilməmiş və dərc edilməmişdir. Simsiz rabitənin çox inkişaf etmədiyi vaxtlarda bu cür hekayələrin danışıldığı məlumdur. Çünki 1960-cı illərdən sonra bu bölgədə batan gəmilərin yoxa çıxması xeyli azalmışdır. Ümumiyyətlə isə Bermud üçbucağının bir amerikalı jurnalistin təxəyyülünün məhsulu olduğunu düşünənlər də az deyil. Belə bölgələrin Yaponiya və Leyk Ontario ştatının yaxınlığında da olduğu iddia edilir.
Müəmma
[redaktə | mənbəni redaktə et]1502-ci ildə ispan dənizçisi Bermudes Atlantik okeanında gəmilər üçün təhlükəli olan riflər (sualtı qayalar), saylarla (dayazlıqlar) əhatə olunan ada kəşf etdi. Buranı Şeytan adası adlandırdı. Elə onun adının şərəfinə həmin yer Bermud üçbucağı adlandırıldı. Atlantik okeanın bu müəmmalı rayonuna həm ciddi niyyətlə, həm də sensasiya axtarışı ilə onlarla ekspedisiya gəlmişdir. Saysız-hesabsız fərziyyələr irəli sürülmüşdür, çoxlu kitablar yazılmışdır, amma bu müəmmalı yerin sirri hələ də açılmamışdır. Təqribən 20-ci əsrin ikinci yarısından sonra dünya mətbuatı bu təbii fenomenə diqqət yetirməyə başladı. «Bermud üçbucağının» müəmmalarına maraq göstərən tədqiqatçılar keçmiş zamanlardan indiyə kimi məlumat toplayırlar. Atlantik okeanın bu ərazisindən keçən Xristofor Kolumb müşahidə etdiyi qəribə hadisələri qələmə almışdır.Ən məşhur hadisə isə «Meri Selist» gəmisinin «Bermud üçbucağında» yoxa çıxmasıdır. Lakin çox sonralar (1872) «Deja Qrasiya» adlanan ingilis gəmisi təsadüfən «Meri Selist» gəmisinə rast gəlir. Bu hadisədə maraqlısı odur ki, gəmidə heç bir həyat əlaməti olmasa da, buradakı bütün əşyalar, sənədlər, çarpayılar, stol, ərzaq və s. səliqə ilə yerində qalmışdı. Sözügedən zonada son 27 ildə mindən çox adam həlak olub. Lakin axtarışlar zamanı bir dənə də olsun meyid və digər əlamətlər aşkar olunmayıb. Son 40 ildə isə 100-dən çox təyyarə və gəmi itib. Bəzən təyyarə və ya gəmilərin birdən yoxa çıxması, yenidən görünməsi, vaxtından əvvəl təyinat yerinə çatması kimi hadisələr də baş verib. 1840-cı il. Baham adalarının paytaxtı olan Nassau limanının yaxınlığında Fransanın «Rozali» gəmisi aşkarlanır. Əla vəziyyətdə olan gəmidə hər şey qaydasında idi, bircə şeydən başqa. Gəmi heyəti yoxa çıxmışdı. Gəminin jurnalında heyətin başına gələn hadisə barədə heç bir qeyd aparılmamışdı. Bununla da «Bermud üçbucağı»-nın qeyri-adi tarixçəsi başlayır. Bu tarixçənin səhifələrində 103 ton su tutumu olan «Mariya Çelesta» gəmisinin başına gələn müəmmalı hadisə (7 noyabr 1872-ci il) xüsusi yer tutur. Aşkar olunan bu gəminin də heyəti yoxa çıxmışdı.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Central Intelligence Agency, Center N. F. A. The World Factbook (ing.). Washington, D.C.: Central Intelligence Agency, U.S. Government Printing Office, 1981. ISSN 0277-1527; 1553-8133