Beyin-kompüter interfeysi — Vikipediya

Beyin-kompüter interfeysi və ya zehin-texnika interfeysi və ya beyin-texnika interfeysi beyin ilə xarici bir cihaz arasındakı birbaşa əlaqə yoludur. Beyin-kompüter interfeysi əsasən insanın idraki və ya duyğu ilə əlaqədar olan motor funksiyalarına kömək etmək və ya onları təmir etmək məqsədilə istifadə olunur.

Beyin-kompüter interfeysi sahəsində tədqiqatlar ilk dəfə 1970-ci illərdə NSA və DARPA köməyi ilə Kaliforniya Universitetində başladı.[1] Beyin-kompüter interfeysi ifadəsi bu tədqiqatlardan sonra çap olunmuş məqalələrdə ilk dəfə istifadə edilmiş və beləliklə, elmi ədəbiyyata daxil olmuşdur.

Beyin-kompüter interfeysi tədqiqatları daha çox eşitmə, görmə və hərəkət qabiliyyəti kimi duyğuları bərpa etmək məqsədilə neyroprotez tədqiqatlar sahəsinə cəlb edilmişdir.

  1. Vidal, JJ (1973). "Toward direct brain-computer communication". Annual review of biophysics and bioengineering 2: 157–80.