Beynəlxalq Tolerantlıq Günü — Vikipediya

Beynəlxalq Tolerantlıq Günü
Növ İllik
Qeyd olunmağa başlayıb 12 dekabr 1996[1]
Həsr olunub Tolerantlıq[2]
Başlayır 1995
Tarix 16 noyabr[2]
unesco.org/en/days/toler…
unesco.org/fr/days/toler…
unesco.org/es/node/66765
unesco.org/ru/days/toler…
unesco.org/ar/days/toler…
unesco.org/zh/days/toler…

Beynəlxalq Tolerantlıq Günü — hər il 16 noyabr tarixində qeyd olunur. Bu beynəlxalq gün YUNESKO-nun "Dözümlülük prinsipləri bəyannaməsi"ndə təntənəli şəkildə elan edilmişdir. Bəyannamə 1995-ci ildə YUNESKO-nun 28-ci Baş Konfransında (5.61 saylı qətnamə) təsdiq edilmişdir.[3]

Bəyannamədə dözümlülük (tolerantlıq) dedikdə, "dünya mədəniyyətlərinin zəngin müxtəlifliyi, bizim özünüifadə formaları və insan fərdiliyini ifadə etmək üsullarına hörmət, qəbul və doğru anlaşma" nəzərdə tutulur. Bəyannamədə "insanların öz təbiətinə görə xarici görünüşü, mövqeyi, danışığı, davranışı və dəyərləri baxımından fərqli olduqlarını, barışıq içində yaşamaq və fərdiliyini qorumaq hüquqlarına sahib olduqlarını" elan edir.

Bəyannamədə insanlara qarşı dözümsüzlüyün yaratdığı təhdidlər araşdırılır, dözümsüzlüyə qarşı mübarizə metodları və proqramları təqdim olunur.

1997-ci ildə BMT Baş Assambleyası (A/RES/51/95 saylı qətnamə) da BMT-nin üzvü olan dövlətlərə bu Beynəlxalq Günü qeyd etməyi təklif etmişdir. Baş Assambleya bu qətnamədə Birləşmiş Millətlər Təşkilatının Tolerantlıq ili ilə əlaqədar öz qərarlarına istinad edir; BMT-nin Nizamnaməsinə istinad edir ki, müharibələr zamanı dözümlülük prinsipi tətbiq olunmalıdır; Tolerantlıq prinsipləri bəyannaməsinin təsdiq edilməsi haqqında YUNESKO-nun qərarı nəzərə alınır.

BMT-nin Baş katibi 2005-ci ildə Beynəlxalq Tolerantlıq Günü münasibətilə müraciətində deyilirː dözümsüzlüyə qarşı mübarizə BMT-nin fəaliyyətinin əsas istiqamətlərindən biridir. Əhalinin artması və miqrasiyanın artması kontekstində bütün dünyada ksenofobiyaekstremizm artmaqdadır. Mesajda deyilir ki, dözümlülük - bir-biriniz haqqında daha çox bilmək, bir-birinizin ənənələrində və inanclarında ən yaxşısını ortaya qoymalısınız. Öz kimliyini, dini və mədəni mənsubiyyətlərini müstəqil olaraq təyin edən fərdlər kimi, başqalarının xüsusiyyətlərinə nifrət etmədən öz xüsusiyyətlərimizə dəyər verə biləcəyimizi başa düşən fərdlər kimi hörmət etməliyik.

1995-ci ildə YUNESKO, Tolerantlığı və qeyrizorakılığı təşviq etdiyinə görə Madanjeet Singh mükafatını təsis etmişdir. Mükafat Madanjeet Singh vəsaiti ilə təsis edilmişdir. Mükafat, hər iki ildən bir Beynəlxalq Tolerantlıq Günündə təşkilatlara və şəxslərə tolerantlığı və zorakılığın olmamasını təbliğ etdikləri üçün verilir.

  1. https://documents-dds-ny.un.org/doc/UNDOC/GEN/N97/769/96/PDF/N9776996.pdf?OpenElement.
  2. 1 2 https://www.unesco.org/en/days/tolerance.
  3. "16 noyabr Beynəlxalq Tolerantlıq Günüdür". azertag.az. May 13, 2018 tarixində orijinalından arxivləşdirilib.