Bilyard — Vikipediya
Bilyard (fr. billard, bille – şar sözündən) – bir idman növüdür. Son illərdə idman budaqları içində əhəmiyyətli bir yer tutmağa başlamışdır. Bu anda Avropanın ən çox maraqlanılan 5 idmanı arasındadır. Bilyard oynamaq üçün lazım olan alətlər; bilyard masası, kiy, bilyard topları, təbaşir (kiyin topa daha ölçülü vurmasını və gərəksiz yerə sürüşməməsini təmin edir, xüsusilə səhvli vuruşlarda çox işə yarayar), körpü (kiyə görə) (çətin uzanılan toplara çatmağı təmin edir) lazımdır.
Bilyardın özünəməxsus xüsusiyyətləri
[redaktə | mənbəni redaktə et]Xüsusi stol üzərində şarlarla oyun. Üzərinə mahud çəkilmiş stolun bortlarında 6 luza (tor səbətcikli halqa) var. Bəzi Bilyardlarda luza olmur (məs., fransız Bilyardı). Bilyard 3, 5 və ya 16 (15-i nömrəli, biri nömrəsiz) şarla oynanılır. Şarlar fil sümüyündən və ya mastikadan düzəldilir; luzaya salmaq üçün ona kiy (uzunluğu 1,30–1, 45 m olan davamlı ağacdan düzəldilən xüsusi çubuq) ilə zərbə vurulur. Bilyard oyununun 30-a yaxın növü mövcuddur (karam bol, snuker, pul, amerikanka, kiçik rus piramidası, Mosk va piramidası, bilyardda keqli, alager, artistsayağı bilyard, kennon və s.). İlk Bilyard stolu 1469-cu il də Fransa kralı XI Lüdovikin sifarişi ilə düzəldilmişdir. 1873-cü ildə Bilyard üzrə ilk dünya çempionatı (karambol üzrə ümumdünya idman turniri) keçirilmişdir. 1912-ci ildə Parisdə Həvəskar Bilyard Federasiyalarının Beynəlxalq Birliyi yaradılmışdır. Bilyard üzrə (karambol, pul və snuker) nümunəvi yarışlar Olimpiya Oyunları proqramına daxil edilmişdir (2004).
Qaydalar
[redaktə | mənbəni redaktə et]Bilyardda bucaq hesablamaq və sürəti nizamlamaq iki təməl qaydadır. Bilyard bağlı bir sahədə oynanılır. Bilyard ən başda cibli (dəlikli) bilyard və cibsiz (dəliksiz) bilyard olaraq iki təməl qrupa ayrılar. Cibli bilyarda nümunə olaraq bilinən 8-Top (Amerikan) bilyardı və Snooker vardır. Cibsiz bilyarddırsa 3-Top (3-Bant) bilyard olaraq bilinər. Təbii bunların bu günə qədər çata bilməyən növləri də vardır.