Birinci Qəzzə döyüşü — Vikipediya

Birinci Qəzzə döyüşü
Tarix 26 mart 1917
Yeri Qəzzə sektoru
Nəticəsi Antanta qüvvələrinin məğlubiyyəti
Münaqişə tərəfləri

Böyük BritaniyaBöyük Britaniya

Osmanlı imperiyası

Tərəflərin qüvvəsi

bilinmir

2000 (sonradan 4000)

İtkilər

523 ölü, 2932 yaralı, 512 itkin

16 ölü və 41 itkin (alman); 300 ölü, 750 yaralı, 600 itkin.

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Birinci Qəzzə döyüşü — döyüş 26 mart 1917-ci ildə baş tutmuşdur. Bu zaman Misir ekspedisiya ordusu Fələstinin cənubuna hücum təşkil etmişdir. Bu dövrdə Fələstin Osmanlı imperiyasının ərazisinə daxildir. Döyüş Sinay və Fələstin kompaniyasının tərkib hissəsi olmuşdur. Qəzzə şəhəri ətrafında, Aralıq dənizi sahilində baş vermişdir. Britaniya qüvvələrinin əsas hədəfi Qəzzəni ələ keçirmək olmuşdur. Gecə ikən hücuma keçə Britaniya qüvvələri şəhəri ələ keçirmək ərəfəsində olmaq üzrə gələcək osmalı qüvvələri və qaranlıq səbəbindən geriyə çəkilməli olmuşdur. Bu məğlubiyyətin ardından 1917-ci ilin aprelində ikinci Qəzzə döyüşündə britaniyalılar daha ağır məğlubiyyət əldə etmişdir[1]

1916-cı ilin fevralında Misir Espedisiya ordusu Romanidə qələbə əldə etməklə Süveyş kanalına osmanlılar tərəfindən edilən hücumların qarşısını alırdı. Həmin ili dekabrında Maqxabedə əldə edilən qalibiyyət isə Əl-Ariş limanın təhlükəsizliyini təmin edirdi. 1917-ci ilin yanvarında Rafe döyüşündə əldə edilən qalibiyyətdən sonra isə Sinay yarımadanınişğalı tamamən başa çatdırılmışdır. Artıq britaniyalılar rahat şəkildə Qəzzəni ələ keçirə bilərdilər. İki ay sonra isə 52-ci piyada diviziyası əlavə qüvvələrlə güçlənditildikdən sonra bölgəyə soxulmuşdur. Britaniya qüvvələrinin şəhərin cənub və cənub-şərqində yerləşən osmanlı qüvvələri ilə şiddətli döyüş baş vermişdir. Bu zaman isə Avstraliya qüvvələri osmanlıların irəliləyişini saxladığı halda Yeni Zelandiya qüvvələri isə şəhərin şimalına hücum təşkil etdilər. Onlar şəhərin müəyyən hissələrini və mühüm nöqtələrini ələ keçirilər. Ancaq osmalıların əlavə qüvvələrinin gəlməsi şimal və şimal-şərq hissədə britaniya qüvvələrinin geri çəkilməsinə səbəb olmuşdur. Ədəbiyyatda bu addım "yaxın qalibiyyətin ümumi məğlubiyyətə çevrilməsi" ifadəsi ilə əks etdirilir.

Böyük Britaniyanın ümumi itsi 4000 nəfər olmuşdur: 523 ölü, 2932 yaralı və 512 itkin (Beş zabit və 241 əsgər). Bu qüvvələr əsasən 53-cü Uels piyada diviziyası və Şərqi-İngiltərə 54-cü diviziyasının 161-ci Essen briqadası olmuşdur. Osmanlı ordusu isə ümumilikdə 2447 nəfərini itirmişdi. Onlardan 16 ölü və 43 itkin almanlardan idi. 1370 osmanlı əsgəri şəhid olmuş, 1020 nəfər isə itkin düşmüşdü. Camal Paşanın sözlərinə görə isə osmanlı ordusunun 300 əsgəri şəhid olmuş, 750 nəfəri yaralanmış, 600 nəfəri isə itkun düşmüşdür. Yeni Zelandiyalılar 6 ölü, 43 yaralı və iki itkin əsgəri olduğu halda avstraliyalılar 37 nəfərini itirmişdi.

Britaniyalı general Arçibald Murrey və kanadalı general Çalz Dobel döyüşü qalibiyyət olaraq təsvir eeirdilər. 28 martda Murrey Hərbi Nazirliyə verdiyi məlumatda 20 minlik orduya qarşı vuruşduğunu və düşmənə böyük tələfat verməsini yazırdı.

Britaniya mətbuatı döyüşün nəticəsinin imperia üçün qalibiyyət olmasını yazırdı. Ancaq osmanlı təyyarəsi Britaniya pozisiyasına atdığı məlumatda deyilirdi: "Sizlər bizi Kommyonikdə əzdiz, biz isə sizləri Qəzzədə". Daily Telegraph qəzetində isə 26 martda Britaniya ordusu dumana düşdüyündən təyinat yerini dəqiq müəyyənləşdirə bilmədiyindən su ehtiyatlarının böyük hissəsini istifadə etmişdilər. Üstəlik hədəfin Qəzzəni tutmaq olmağını bildirirdilər.

53-cü divizinanın komandanı Dallas dərhal istehfa vermişdir. Səbəb isə səhəti göstərilmişdir. Bunnla belə bu döyüş müharibənin gefişinə böyük təsir göstərməmişdir. Üstəlik ingilislərin itkisi elədə böyük olmamışdır. Artıq britaniyalılar 17 apreldə İkinci Qəzzə döyüşünə başlamışdılar.

  1. MacMunn, Falls, Becke. 1928–1930 Vol. 1, pp. 289–290