Bonsay — Vikipediya
Bonsay (盆栽?, azərb. "dibçəkdə ağac") — dibçəkdə və kiçik məkanda cırtdan ağac yetişdirmək sənəti. Bonsay sənəti Çində yaranmışdır. Bonsay sözü çinlilərin "pen-çay" kəlməsinin yaponlaşdırılmış variantıdır.
Bonsayın vətəni Yaponiyadır, tərcümədə dayaz qabda bitki deməkdir. Onlar təbii şəraitdə böyüyən ağacın kiçilmiş nümunəsi olub, dibçəkdə becərilir, özünün minatür görünüşü ilə insaları valeh edir. Yaponiyada bonsay incəsənəti hələ bizim eranın VI əsrində yaranmış, becərilmə üsulları inkşaf etdirilərək bütün dünyaya yayılmışdır. Son dövrlərdə alimlər tərəfindən aparılmış tədqiqatlar nəticəsində məlum olunmuşdur ki, bansayın vətəni Yaponiya olmasına baxmayaraq hələ eramızdan iki min əvvəl Qədim Çin incəsənətində də qablarda dekorativ ağaclar becərilirdi. Avropada və digər ölkələrdə isə bonsayın yayılması əsasən XX əsrin əvvəllərinə təsadüf edilir.
Təbii şəraitdə böyüyən bansaylara düzgün aqrotexniki qulluq edildikdə 100 il yaşaya bilər. Onlar insanlarda ədalət, müdriklik, xeyirxahlıq kimi müsbət keyfiyyətləri əks etdirər.
Bonsayların qurulmasında aşağdaki qanunauyğunluqlara riayət olunmalıdır:
- gövdəsi möhkəm olub, kök sistemi yaxşı görünməlidir;
- budaqların xətti dəqiq və aydın olmalıdır;
- gövdə və budaqlar bitkinin əsas elementi olduğu üçün yaxşı görünməlidir;
- təbii şəraitdə böyüyən ağaca oxşar olmalıdır;
- ağac və qab bir-birinə uyğun gəlməlidir;
- ölçüsünə və formasına görə bir-birindən fərqlənməlidirlər.
Üslublar
[redaktə | mənbəni redaktə et]Bonsayın bir neçə üslubu mövcuddur:
Çokkan | ||
Moyoqi | ||
Sokan | ||
Şakan | ||
Kenqay | ||
Han-Kenqay | ||
Netsunaqari | ||
Bucinqi (ədəbi üslub) | ||
Sekicocu | ||
İşitsuki | ||
Hokidaçi | ||
Yose-Ue | ||
İkadabuki |