Boyar — Vikipediya
Boyar — rus knyazlıqlarında və sonralar Rusiya dövlətinin ilk vaxtlarında Böyük knyazdan sonra dövlətin idarə edilməsində mühüm rol oynayan yüksək zümrə, iri əyan.
Etimologiya
[redaktə | mənbəni redaktə et]Boyar sözünün etimologiya-sı ilə bağlı müxtəlif fikirlər irəli sürülməkdədir. Bəzi alimlər boyar sözünün slavyan mənşəli olduğunu və döyüş mənasına gələn "boy" sözündən əmələ gəldiyini hesab edirlər. Digər alimlər isə sözün türk mənşəli olduğunu və varlı kişi mənasını daşıyan "bay ar" sözlərindən törədiyini iddia edirlər.
X–XIII əsrlər
[redaktə | mənbəni redaktə et]İlk dövrlərdə boyarlar torpaq sahibliyi ilə yanaşı həm də knyazın məsləhətçisi hesab olunurdular. Onlar varislərin təyin edilməsində, diplomatik danışıqlar zamanı və s. yaxından iştirak edirdilər. boyarların toxunulmazlıq, habelə digər bir knyazın xidmətinə keçmək hüququ var idi. Onlar həmçinin döyüşlərdə knyaz ordusunda vuruşmalı idilər. XII əsrdə mərkəzi hökumətin zəifləməsi ilə birlikdə boyarların gücü də artmışdı
XIV–XVII əsrlər
[redaktə | mənbəni redaktə et]XIV əsrdən etibarən bəzi xırda knyazlar da boyar adlanmağa başlandı və əmlak boyarları adı verilən boyarlar meydana gəldi. Əmlak boyarları knyaz saraylarında yaşayır və müxtəlif vəzifələr icra edirdilər (mehtərbaşı, şərabdar və s). boyar dumasının təşkilindən sonra yüksək vəzifə daşıyan dövlət məmurları da boyar adlanmağa başlandı. Mərkəzləşmiş rusiya dövləti yaradıldıqdan sonra boyarların hüquqları məhdudlaşdırıldı. Boyarlara ən ağır zərbəni isə IV Ivan-ın opriçnina siyasəti vurdu. 1714-cü ildə votçina-nın ləğvi ilə dvoryanlarla boyarlar arasındakı fərq aradan qaldırıldı və boyar sinfi ortadan qalxdı.