Boz durna — Vikipediya

Boz durna
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Sinif:
İnfrasinif:
Klad:
Yarımdəstə:
Fəsiləüstü:
Fəsilə:
Cins:
Növ:
Boz durna
Beynəlxalq elmi adı

Boz durna (lat. Grus grus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin durnalar fəsiləsinin durna cinsinə aid heyvan növü.

Ümumi rəngi bozdur. Boğazı, boynunun aşağı hissəsi və başının yuxarı hissəsi qaradır. Uçuş vaxtı boynunu və ayaqlarını düz uzadır. Peysəri çılpaqdır, qırmızı rəngdədir. Ayaqları qaradır. Uçuş vaxtı durna dəstəsi adətən üçbucaq əmələ gətirir

Avropa, Asiya və Afrikada yayılıb. Azərbaycanda köçəri və köçəri- qışlayan növdür. 1970-ci illərədək Ağgöl, Mehman, Şilyan və Qarasu göllərində qışlamışdır. Hazırda qışı mülayim keçən illərdə qeydə alınır. 2003-cü ildə Əyriçay su anbarında 1 fərd, 2005-ci ildə Samux rayonu ərazisində 14 fərd, 2008-ci ildə Naxçıvan ətrafında 8 fərd, 2011-ci il 4 fevralda Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində 3 fərd qış dövründə qeydə alınmışdır. Köç vaxtı 2000-ci illərdə 300-600 fərdə qədər olan dəstələri dağ aşırımlarında Zaqatala rayonunda, Göygöl Milli Parkı ərazisində, Naxçıvan şəhəri trafında qeydə alınır. Ümumiyyətlə köçü Goyçay rayonu ərazisində mart ayında müntəzəm olaraq köç vaxtı qeydə alınır. Payız və yaz köçü Qızılağac Dövlət Təbiət Qoruğunda müntəzəm qeydə alınır.

Dayaz su bataqlıq ərazilərdə və onların ətrafında rast gəlinir. Payız köçü avqust-noyabrda, yaz köçü mart-mayda olur. Azərbaycanda 3 miqrasiya yolu olduğu müəyyən edilib. Zaqatala-Gəncə-Naxçlvan; Qəbələ-Ağcəbədi-Araz çayı istiqaməti üzrə və Xəzər sahil boyu üzrə köç edirlər. 2005-2010-cu illərdə köç zamanı yerə yenərək 20-23 məntəqədən yemlənmək, gecələmək, istirahət məqsədilə istifadə edirdi. Cücərti, dən, toxum, həşəratlarla, qurbağalarla, siçanabənzər gəmiricilərlə və s. ilə qidalanır

Dünyada sayı 360-370 min fərd təşkil edir. Azərbaycan ərazisində yaz-payız köçü zamanı sayları 3542-3562 fərd təşkil edir. XX əsrin 50-ci illərinə qədər Ağgöl və Şilyan gölü ətrafında hər il 100-ə qədər fərdi qışlayıb. Köç vaxtı (X. 1958-ci ildə) Qızılağac Dövlət Təbiət Qoruğunda 500, 10. IX. 1974-cü ildə 36, 15. X. 2001-ci ildə Mingəçevir su anbarının Şimal sahil zolağında 11 fərdi qeydə alınıb. Payız köçündə, 2005-ci ildə 1208; 2006-cı ildə 3358; 2007-ci ildə 3407; 2008-ci ildə 5120; 2009-cu ildə 4843; 2010-cu ildə 3318 fərd qeydə alınmışdır. Yaz köçündə, 2005-ci ildə 3088; 2006-cı ildə 3696; 2007-ci ildə 3412; 2008-ci ildə 3674; 2009-cu ildə 4246, 2010-cu ildə 3258 fərd qeydə alınmışdır.

Azalma səbəbləri

[redaktə | mənbəni redaktə et]

XX əsrin 70-ci illərinə qədər su-bataqlıq biotoplarının qurudulması, kənd təsərrüfatının intensivləşdirilməsi, qanunsuz ov.

Qorunması üçün qəbul edilmiş tədbirlər

[redaktə | mənbəni redaktə et]

Ovlanması qadağandır. Durnakimilər - Gruiformes Durnalar - Gruidae Bonn, Bern, Ramsar konvensiyalarına və AEWA sazişinə daxil edilmişdir. Azərbaycanda mədəni-mənəvi dəyərə malik quş olduğundan durnalar keçmişdə əhali tərəfindən müqəddəs quş sayılmış, ovlanmamış, əti yeyilməmiş və ənənvi olaraq qorunmuşdur.

Qorunması üçün məsləhət görülmüş tədbirlər

[redaktə | mənbəni redaktə et]

Mahmudçala-Ağçala göllərinə yasaqlıq statusunun verilməsi və ətrafındakı yarımsəhralarda payızlıq dənli bitki əkininin genişləndirilməsi, növün qorunmasının geniş təbliği vacibdir.