Bozgüney — Vikipediya

Bozgüney
39°47′10″ şm. e. 46°30′12″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Bozgüney xəritədə
Bozgüney
Bozgüney

BozgüneyAzərbaycan Respublikasının Laçın rayonu Vağazin kənd inzibati ərazi dairəsində kənd.[1]

Laçın rayonunun Vaqazin inzibati ərazi vahidində olan kənd Qarabağ silsiləsinin yamacındadır. Kənd Bozgüney adlı sahədə salındığına görə həmin yerin adı ilə adlandırılmışdır. Toponim boz (bitkisiz, quru yer) və güney (cənub, gün tutan yer) komponentlərindən düzəlib, "gün tutan quru yer" mənasındadır. Boz komponentli toponimlər ümumtürk toponimiyasında geniş areala malikdir. Özbəkistanda Boz, Bozatau, Bozsu, Qazaxıstanda Bozşakol, Bozbien, Boz təpəsi, Bozqır təpəsi, Gökboza, Cənubi Azərbaycanda Boz, Krımda Boz, Bozqana, Ermənistanda Bozqala, Bozyoxuş və s. toponimlər bu areala daxildir[2].

1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.

Erməni işğalınadək kənd əhalisi Azərbaycan türklərindən ibarət idi.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əsas təsərrüfatı heyvandarlıq idi.

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. Bozgüney // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 149. ISBN 978-9952-34-155-3.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]