Budaqlı danaya — Vikipediya
Budaqlı danaya | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Budaqlı danaya | ||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Budaqlı danaya - ( lat. Danae racemosa (L.) Moench). Bigəvərkimilər—(Ruscaceae Hutch.) fəsiləsinə aid bitki növü.
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu: “Təhlükəli həddə yaxın olanlar” kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir növüdür.[1]
Qısa morfoloji təsviri:
[redaktə | mənbəni redaktə et]Qısa, sürünən, üfüqi kökümsov gövdəli həmişəyaşıl, qollu-budaqlı yarımkoldur. Gövdəsinin uzunluğu 0, 5-1, 5 (2, 5) m-dir. Çiçək salxımlarının uzunluğu 4-7 sm-dir, (3) 6 -16 (20)çiçəklidir, təpə budaqlarındakıkaldodidlərin qoltuqlarında yerləşmişdir və üst tərəfdən buğumlara ayrılmışdır. Çiçəkləri xırda ikicinslidir, diametrləri 3 mm-ə yaxındır; çiçəkyanlığı sənəkvari şəkildə və ağdır, bir qədər lətlidir, deltaşəkilli 6 dişiciyi vardır. Erkəkcikləri 6-dır, onların telləri birləşib, boru şəklini almışdır. Giləmeyvələri kürəvi, lətli, qırmızı rəngli, birtoxumlu, diametri 6-8 (10) mm-dir.[2] [3]
Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri:
[redaktə | mənbəni redaktə et]May-iyul (avqust) aylarında çiçəkləyir. Oktyabr ayında meyvə verir. Tozlanması anemofildir. Toxumla və vegetativ yolla çoxalır. Həyat forması nanofanerofitdir. İstisevən və kölgəyə davamlıdır. Torpağa qarşı az tələbkardır. Dəniz səviyyəsindən 1200 m hündürlükdə aşağı və orta dağ qurşaqlarında, rütubətli və kölgəli, enliyarpaqlı meşələrdə, qayalıqlarda və meşəli dərələrdə, ağacqayın-fıstıq, vələs-fıstıq meşələrində və dağ dərələrinin qarışıq meşələrində ağaclar arasında bitir. [3][4] Dekoartiv və alkaloidli bitkidir. Xalq təbabətində istifadə olunur.
Yayılması:
[redaktə | mənbəni redaktə et]Lənkəran ovalığı (Astara rayonunun Şüvi, Bürcəli, Aşağı və yuxarı Apo kəndləri) və dağlıq hissəsi (Lerik rayonun Vistan kəndi), Böyük Qafqazın şərqi (Qəbələ rayonunun Qüybəd dağı, İsmayıllı rayonunun Xanəgah kəndi) [2][5]. Hirkan Milli Parkının ərazisi (Vəşərüd, Astaraçay, ovala, Nıvıştaru, Lomin çayları kənarları) [2][5]
Sayı və tendensiyası:
[redaktə | mənbəni redaktə et]Populyasiyanın sayında azalma müşahidə edilir.
Məhdudlaşdırıcı amillər:
[redaktə | mənbəni redaktə et]Meşə sahələrindən kənd təssərüfatı əkinləri üçün istifadə edilməsi, yerli əhali tərəfindən yem kimi toplanılması, budaqlarının buket, əklil və bəzək üçün istifadə edilməsi.
Mühafizə tədbirləri:
[redaktə | mənbəni redaktə et]Şahdağ Milli Parkında və Hirkan Milli Parkında mühafizə olunur.