Buxara papaq — Vikipediya
Buxara papaq — Azərbaycanın milli papaq növü.
Bəy zümrəsinin nümayəndələri və varlı təbəqələri Buxara papaq geyinirdi. Onları Buxaradan gətirilmiş dəridən konus şəklində və ya iti uclu hazırlayırdılar. Belə papaqlar şəhər aristokratiyası üçün də xarakterik idi. Buxara papağa "Şiş papaq" və ya "bəy papaqları" da deyilirdi.
Buxara papaqların hündürlüyü 11 santimetrdən çox olmurdu. Buxara papaqlarının hazırlanma texnologiyası digərlərinindən fərqlidir. Üç qaragül cinsli quzu anadan olan kimi (hətta anası onu yalayıb dərisini qurutmamış) kəsilməlidir. Belə olmasa, onda quzunun dərisinin üzərindəki düyünlər açılır, onda isə həmin dəridən bu papağı tikmək mümkünsüz olur. Onun dəyəri də dərinin üzərindəki yun düyünlərinin açılmamasındadır.
Bu papaq formasının Səfəvi hökmdarlarının "qızılbaş" ordusundan qalması zənn edilir. Buxara papaqlar bahalı papaq növlərinə aid edilir.