Cəfər Yusifov — Vikipediya

Cəfər Yusifov
Cəfər İsa oğlu Yusifov
Şəxsi məlumatlar
Doğum tarixi 13 oktyabr 1945(1945-10-13)
Doğum yeri
Vəfat tarixi 15 dekabr 2023(2023-12-15) (78 yaşında)

Təltifləri "Şöhrət" ordeni
Fəxri dəmiryolçu

Cəfər Yusifov (13 oktyabr 1945, Birinci Şıxlı, Qazax rayonu15 dekabr 2023) — Bakı Metropoliteninin sabiq rəisi (1993–1998).

Cəfər İsa oğlu Yusifov 1945-ci il oktyabrın 13-də Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olub. 1978-ci ildə Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsində qızdırıcı sistemlər və ventilyasiya qurğuları mühəndisi ixtisası üzrə təhsil alıb. Bakı metropolitenində 1968-ci ildə tunel fəhləsi kimi işləməyə başlayıb. Metropolitendəki əmək fəaliyyəti dövründə tunel ustası və distansiya rəisi, 1988-ci ildən isə Tunel qurğuları xidmətinin rəisi vəzifəsinə yüksəlib. 1993-cü ilin noyabrında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə Bakı metropoliteninin rəisi vəzifəsinə təyin edilib, 1997-ci il iyulun 27-nə qədər bu vəzifəni icra edib.

15 dekabr 2023-cü il tarixində dünyasını dəyişib.[1]

C. Yusifov 2002-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə "Şöhrət" ordeninə layiq görülüb.[2] Bakı metropolitenində göstərdiyi xidmətlərə görə "Fəxri dəmiryolçu" döş nişanı ilə təltif edilib.[3]

  1. ""Bakı Metropoliteni"nin sabiq rəisi vəfat edib - FOTO". Oxu.Az (az.). 2023-12-15. 2023-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-15. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  2. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2023-12-15.
  3. https://achiqkitab.aztc.gov.az/az/file/view/xxi-esrin-baki-metropoliteni.pdf